Atın dal tərəfindən belinə çəkilən ip, toqqa, örkən.
Şah İsmayıl atasından bu sözü eşidib barigahdan çıxdı. Qəmərdayın ziltəngini bərkitdi, belinə qalxdı, sürüb anasının yanına gəldi, ondan getmək üçün rüsxət istədi. (“Şah İsmayıl”)
*
– Ancaq mənim atım o atlardan deyil, çox etibarlı heyvandır, – deyib yenə gözündən öpdü, sonra ziltəngini yeddi yerdən bərkidib yavaş-yavaş getdi, istəyirdi ki, bağdan çıxsın. (“Sam şahzadə”)
*
Dilsuz bu sözü eşidib, atının ziltəngini yeddi yerdən möhkəm bağlayıb quş kimi atın üstündə qərar tutdu. (“Dilsuz və Xəzangül”)