Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəcistan
Bəcistan— İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Bəcistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,136 nəfər və 3,090 ailədən ibarət idi. Bəcistanın ən əhəmiyyətli məhsulları zəfəran və nardır.
Bəcistan şəhristanı
Bəcistan şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəcistan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 29,495 nəfər və 8,098 ailədən ibarət idi.
Bəlistan (Sərab)
Bəlistan (fars. بالستان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (26 ailə).
Behistan
Behistan (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Behistan (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Behistan (Çaypara)
Behistan (fars. بهستان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (14 ailə).
Behistan (Mahnişan)
Behistan (fars. بهستان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (81 ailə).
Bidistan
Bidistan- İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,110 nəfər və 5,263 ailədən ibarət idi. Burada üstünlükdə olan yerli Azərbaycan türkləri ilə yanaşı az sayda gəlmələr də yaşyaır.
Bilistan
Bilistan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Bilistan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Toponim tat dilindəki bil (sucaq yer, bataqlıq, çökəklik) və stan (yer, məkan) sözlərindən (- i birləşdirici şəkilçidir) ibarət olub, “çökəklik (sucaq) yer” mənasındadır. == Əhalisi == Əhali əsasən ləzgilərdən ibarətdir. Əhalisi 79 nəfərdir ki onunda 37 nəfəri kişi, 42 nəfəri qadındır.
Bərdistan
Bərdistan— İranın Buşehr ostanının Dəyyer şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,198 nəfər və 1,135 ailədən ibarət idi.
Dəbistan
Dəbistan (jurnal)
Tuyistan
Tuyistan (fars. طويستان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (56 ailə).
Çəmistan
Çəmistan — İranın Mazandaran ostanının Nur şəhristanının Çəmistan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,481 nəfər və 2,420 ailədən ibarət idi.
Balistan (Urmiya)
Balistan (fars. بالستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (248 ailə).
Dəbistan (jurnal)
"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal. == Haqqında məlumat == "Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi.Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır."Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı: == Əməkdaşlar == Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər.Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. == Jurnalda əks olunan mövzular == "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu. Bir çox tarixi — təbiət, elmi, fənni, ədəbi və ictimai məlumat tapmaq mümkün idi. "Dəbistan"ın "Valideynə məxsus vərəqə"si də olmuşdur. == Jurnalın bağlanması == Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün jurnala xeyriyyəçi Zəkəriyyə bəy Aslanov da köməklik göstərənlər arasında olmuşdur.
Vəlistan (Miyanə)
Vəlistan (fars. ولستان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (14 ailə).
Vənistan (Vərziqan)
Vənistan (fars. ونستان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (58 ailə).
Şəmistan Həsənli
Həsənli Şəmistan Mahmud oğlu (15 dekabr 1938, Yuxarı Qoşakilsə, Lüksemburq rayonu) — azərbaycanlı fizik, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Şəmistan Həsənli 15 dekabr 1938-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. 1957-1962-ci illərdə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətini Leninqrad "Morfizpribor" İnstitutunda başlamış və orada sovet hərbi sualtı qayıqlarının idarəedici qurğularının yaradılmasında fəal iştirak etmişdir. Aspirant hazırlığını Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutunun Dövlət və Lenin mükafatı laureatı prof. D.N. Nasledovun rəhbərlik etdiyi "Elektron yarımkeçiriciləri" laboratoriyasında keçmişdir. 1971-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə Leninqrad Politexnik Universitetinin "Polimerlər və dielektriklər Fizikası" kafedrasında pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat işləri ilə də məşğul olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Onun rəhbərliyi altında iki aspirant və iki dissertant fizika üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsi almışdırlar.
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.
Şəmistan Sadıxov
Şəmistan Əbdulağa oğlu Sadıxov (1994; Əvilə, Lerik rayonu, Azərbaycan — 12 sentyabr 2022; Laçın, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin baş çavuşu, şəhid. == Həyatı == Şəmistan Sadıxov 1995-ci ildə Lerik rayonu, Əvilə kəndində anadan olmuşdur. 2013-cü ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət aparıb. Ölümündən 84 gün əvvəl ailə həyatı qurmuşdur. == Hərbi xidmətləri == Şəmistan Sadıxov 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi "Azərbaycan-Ermənistan sərhəd toqquşması" zamanı şəhid olub.
Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri. == Həyatı == Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub.1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir.Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir. Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di. Levitan haqqında çox şey öyrəndim."1992-ci ildə onu Azərbaycan Dövlət Televiziyasına keçirdilər. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarırdılar və onun səsi üzərində dayandılar.
Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. == Həyatı == Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb. Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi.
Şəmistan Əzizov
Şəmistan Əzizov (tam adı: Şəmistan İlyas oğlu Əzizov; 6 dekabr 1993; Göyçay, Azərbaycan — 15 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəmistan Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Beyliston
Beyliston (ing. Baillieston) — Qlazqo şəhərinin rayonu.
Dehistan
Dehistan (fars. دهستان‎) — İranda inzibati ərazi vahidi. Bəxşlərin tərkibinə daxildir və bir neçə kənddən ibarət olur. İranın azərbaycandilli əhalisi arasında kəndistan da adlandırılır.
Registan
Registan — qumlu səhra Əfqanıstanın cənubunda yerləşir. Şimaldan və qərbdən Qilmend çayı, cənubdan Çaqai dağı, şərqdən isə Kvetto-Pişinski alçaq dağlığı ilə əhatələnir. Burada hündürlüyü 60 metr olan barxanlar vardır. Səhranın sahəsi 40 000 km²-dir. Hündürlük şərqdə 1500 metr, şərqdə isə 800 metr təşkil edir. Subtropik kontinental iqlimə malikdir. Havası quru olub, illik yağıntının miqdarı 100 mm-dir. Yağıntı əsasən qış və yaz ayları düşür. Səhradan qoyunçuluq, dəvəçilik və davarçılıqda istifadə edilir. Cənub-qərbindən Əfqanıstan-Pakistan dövlət sərhədi keçir.
Bağıstan (Urmiya)
Bağıstan (fars. ‎‎باغستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (82 ailə).
Dehistan (Əhər)
Dehistan (fars. دهستان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).