ŞƏMİSTAN

şamı olan yer; işığı olan ərazi.
ŞƏMİLƏ
ŞƏMKİR
OBASTAN VİKİ
Şəmistan Həsənli
Həsənli Şəmistan Mahmud oğlu (15 dekabr 1938, Yuxarı Qoşakilsə, Lüksemburq rayonu) — azərbaycanlı fizik, fizika-riyaziyyat elmləri doktoru. Şəmistan Həsənli 15 dekabr 1938-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. 1957-1962-ci illərdə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətini Leninqrad "Morfizpribor" İnstitutunda başlamış və orada sovet hərbi sualtı qayıqlarının idarəedici qurğularının yaradılmasında fəal iştirak etmişdir. Aspirant hazırlığını Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutunun Dövlət və Lenin mükafatı laureatı prof. D.N. Nasledovun rəhbərlik etdiyi "Elektron yarımkeçiriciləri" laboratoriyasında keçmişdir. 1971-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə Leninqrad Politexnik Universitetinin "Polimerlər və dielektriklər Fizikası" kafedrasında pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat işləri ilə də məşğul olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Onun rəhbərliyi altında iki aspirant və iki dissertant fizika üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsi almışdırlar.
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.
Şəmistan Sadıxov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri. Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir. Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di.
Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb. Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi.
Şəmistan Əzizov
Şəmistan Həsənov
Həsənov Şəmistan Hüseyn oğlu- (13 yanvar, 1934-cü il, Böyük Qarakilsə, Qərbi Azərbaycan)- Prezident təqaüdçüsü (2018), Əməkdar mühəndis (2017), Bakı Dəniz Limanının keçmiş kapitanıdır. Həsənov Şəmistan Hüseyn oğlu 13 yanvar 1934-cü il tarixində Qərbi Azərbaycanın Böyük Qarakilsə (Kirovakan) rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. Bakı Dəniz Limanının keçmiş kapitanıdır. Kapitan vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmış. 23.02.2020-ci il tarixində (86 yaşında) öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 1951-ci il tarixində 17 yaşında Bakı şəhərinə gələrək "Kirov" gəmisində ocaqçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1953–1957-ci illərdə SSRİ Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik Məktəbində təhsil almışdır. Dənizçilik Məktəbini bitirdikdən sonra 1958-ci ilin yanvar ayından başlayaraq müxtəlif gəmilərdə ("Türkmənistan", "Qırğızıstan", "Tacikistan") matros, şturman, kapitanın böyük köməkçisi və kapitan vəzifələrində çalışmışdır. 1978-ci ildə Odessa Ali Dənizçilik Məktəbini bitirmişdir. 1977–1987-ci illərdə "Berdı Kerbabayev" quru yük gəmisində uzaq səfərlər kapitanı kimi Qara dəniz hövzəsində işləmiş, İtaliya, keçmiş Yuqoslaviya, Fransa, Almaniya, Portuqaliya, Misir, Əlcəzair, İspaniya və s.

Digər lüğətlərdə