Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arev Bağdasaryan
Arev Qriqorovna Bağdasaryan (erm. Արև Բաղդասարյան; 2 aprel 1918, Şuşa – 17 fevral 1994, İrəvan) və ya Naxşun bacı — erməni rəqqasə, mahnı ifaçısı, Ermənistan SSR-in xalq artisti (1961). == Bioqrafiyası == Arevin doğulmasından sonra ailəsi Bakıya köçmüşdür. Səhnəyə olan sevgisi və istedadı Arevi həvəskar rəqs dairəsinə gətirib çıxarmış, 1936-cı ildə isə rəqqasə Rostov-na-Donu şəhərində baş tutan olimpiadada birinci yeri tutmuşdur. 1937-ci ildə Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. == Yaradıcılığı == İnstitutu bitirdikdən sonra, Bağdasaryan Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına qəbul edilmiş və bir müddət ansamblın solisti olaraq çalışmışdır. Tamara xanımdan dərs almışdır. 1938-ci ildə ansamblın təribində Arev Bağdasaryan Moskvada birinci Azərbaycan incəsənəti dekadasında iştirak etmişdir. Moskva dekadasından qayıtdıqdan sonra ansamblın aparıcı solistlərindən biri kimi onu Bakı Xoreoqrafiya Akademiyasına yönləndirirlər və burada Bağdasaryan peşəkar rəqqasə təhsili alır. Böyük Vətən müharibəsi illərində Arev Bağdasaryan 89-cu atıcı diviziyasında xidmət edən hərbi qulluqçulara konsert vermək üçün ön cəbhəyə yola düşmüş ilk sənətkarlardan biri olmuşdur.
Edik Bağdasaryan
Edik Bağdasaryan (həmçinin, Baqdasaryan; erm. Էդիկ Բաղդասարյան; 7 dekabr 1962, Şuşa, DQMV) — Ermənistan araşdırmaçı jurnalisti. O, Ermənistanda hökumətin korrupsiyasını ifşa edən hekayələri ilə tanınmışdır. Bağdasaryan Ermənistan Araşdırmaçı Jurnalistlər Assosiasiyasının rəhbəri və Ermənistanın yeganə araşdırmaçı jurnalistika qəzeti olan "Hetq"in redaktorudur. O, Ermənistanın paytaxtı İrəvan şəhərində yaşayır. == Həyatı == Edik Bağdasaryan 7 dekabr 1962-ci ildə Azərbaycan SSR-də, DQMV-nin bir hissəsi olan Şuşa şəhərində anadan olmuşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış, sonradan təhsilini Moskva Dövlət Universitetində telejurnalistika ixtisası üzrə davam etdirmişdir. Bağdasaryan 2006-cı ildə Ermənistanın ən güclü biznesmeni hesab edilən Qaqik Tsarukyanı tənqid edən məqalədən sonra e-poçt vasitəsilə təhdidlər almışdır. E-poçt məktub müəllifinin "kral" adlandırdığı Tsarukyanı narahat edən hər kəsi öldürməklə hədələmişdir.Bağdasaryan 17 noyabr 2008-ci ildə zorakı hücumun hədəfinə çevrilmişdir. Onun fikrinə görə, bu, onun reportajları ilə bağlı idi.
Baqdasar Avakyan
Baqdasar Avakyan (1883, Ataqut, Şuşa qəzası – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == Bakı şəhərinin komendantı Baqdasar Avakyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Balnasar
Balnasar — Mecklenburq-Vorpommern, Almaniyada qurulmuş depressiv black metal/ambient musiqi qrupudur. Öz musiqi fikrini reallaşdırmaq istəyən Balnasar 2007-ci ilin noyabr ayında Bavragor və Nosophoros tərəfindən quruldu. Bavragor Wedardın vokalına oxşar səsini və qrupun sözlərini daha çox atmosferik havaya uyğun edir. Ümumilikdə qrup intihar, qaranlıq və depressiya mövzularını işləyir. İlk albomu Promo'nu 2008-ci ildə çıxartmışdır. 2009-cu ilin yanvar ayından bəri Schwaerze Productions ilə işləyir.
Bağçalar
Bağçalar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Gədi çayının mənsəbində, rayon mərkəzi Başkeçid şəhərindən 17 km qərbdə yerləşir. == Tarixi == Borçalı bölgəsində Bağçalar yaşayış məntəqəsi adına ilk dəfə 1701-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Tarixən yalnız etnik azərbaycanlılardan ibarət əhalisi olan kənddə 1721-ci ildə 25 ailə, 1870-c ildə 4 ailədə 27 nəfər, 1926-cı ildə 15 ailədə 104 nəfər əhali yaşamışdır.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 149 nəfər əhali 100 % etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 146 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Hazırda məktəbdə 10 şagird təhsil almaqdadır.
Ağdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Bağdada putyovka var... (film, 2000)
Bağdada putyovka var... tammetrajlı televiziya film-tamaşası rejissor Məhərrəm Bədirzadə tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film-tamaşanın qəhrəmanı Qürbət sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar və hadisələrin məcrası bundan sonra dəyişir. Əsas rolları Naibə Allahverdiyeva, Valeh Kərimov, Yasin Qarayev, Gülşən Qurbanova, Məsmə Aslanqızı, Tofiq Hüseynov və Kübra Dadaşova ifa edirlər. == Məzmun == Film-tamaşanın qəhrəmanı Qürbət (Valeh Kərimov) sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım (Naibə Allahverdiyeva) isə pul düşkünü bir qadındır.
Rəqs edən bağalar (film, 1935)
== Məzmun == Burada Qambay adlı oğlanın atası ilə sirkə getməsindən, heyvanların oyun çıxarmalarını görəndən sonra təlimçi olmaq fikrinə düşməsindən bəhs edilir. == Film Haqqında == Film yazıçı Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Aleksandr Popov Quruluşçu operator: Muxtar Dadaşov İkinci rejissor: Qəmər Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 132. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
X-XI əsrlərdə Bağdada ideoloji mübarizə
X-XI əsrlərdə Bağdadda siyasi mübarizə - Xilafətin paytaxtı Bağdadda, ideoloji və məzhəb qarşıdurmalarında təzahür edən, sosial-iqtisadi səbəbləri olan üsyanlar. 991-ci ildə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Sultan Məlikşahın vəfatına qədər İslam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. == Bağdad Buveyhilərin dövründə == Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi isə bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991-1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən (da'va) istifadə etməli idi.994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar əl-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı.O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədiri-Xum mərasimləri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına (Yaum əl-qar). Birinci Mus'eibin qiyamçı əl-Muxtarın üzərindəki qələbəsinə, ikincisi, peyqəmbərin Əbu Bəkrlə rəqiblərindən gizlənməsi ilə bağlı, sirdən olan epizoda həsr olunmuşdur.Səbəbi bu mərasimlər olan, 1002-ci ildə baş verən xalq həyəcanları, paytaxt küçələrində Əli və əl-Abbas[5] partiyalarından olan silahlı adamların (ayyarun) toqquşmasına gətirdi. Nəticədə gələn il üçün nəzərdə tutulmuş bütün kütləvi mərasimlər qadağan olundu.[6] Dərin siyasi böhran və xəlifənin və buveyhi əmirinin hakimiyətlərinin zəifliyini göstərən olduqca ciddi insident 1003-cü ildə baş verdi.