Ceyhun Dadaşov
Ceyhun Arif oğlu Dadaşov — Azərbaycan rejissoru və aktyoru.
== Həyatı ==
Ceyhun Dadaşov 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1990–2000-ci illərdə Sumqayıt şəhər 33 saylı orta məktəbdə təhsil almış, 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədədniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasının bakalavr səviyyəsini, 2004–2006-cı illərdə isə Teatr rejissoru ixtisasının magistr pilləsini bitirmişdir. 2000–2003-cü illərdə Sumqayıt şəhər "Dostluq" mədəniyyət evində "Dram dərnəyinin rəhbəri", 2003–2004-cü illərdə həmin mədəniyyət evində "Dram dərnəyinin rejissoru" vəzifələrində çalışmışdır.
6 mart 2003-cü ildən — 2014-cü ilə qədər Dövlət Pantomima Teatrının aktyorvəzifəsində çalışmış və eyni zamanda elə həmin tearda rejissoru fəaliyyəti ilə də məşqul olmuşdur. O, M. Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Məngül, Kupa), Ç. Aytmatov "Manqurt" – (Juanjuan döyüşçüsü), B. Xanızadə "Zibillik pərvanələri" – (Hamlet, Skripkaçı), B. Xanızadə "Eşq" – (Ulduz, Vərəq), Z. Zeynalov "Maska" -(Üçbucaq), A. Kamyu "İnsan" -(Polis, Vəkil, Ərəb), B. Xanızadə "Kölgə" -(Sərxoş), A. Məmmədov "Korlar" – (Həyat)A. Ekzüperi "Balaca şahzadə" – (qızılgül), Şeyx Əttar "Uçuş" – (Saliq) və sairə tamaşalar da oynamış "Mən və Mən", Manqurt" kişi tamaşalara quruluş vermişdir.
2015-ci ildən etibarən – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "SABAH" qruplarında – pedaqoq kimi fəaliyyət göstərərək — "Aktyor sənəti", "Səhnə hərəkəti", "Qılınc təlimi", "Səhnə döyüşü" kimi fənnləri tədris edir. Eyni zamanda 2017-ci ildən etibarən — Gənc Tamaşaçılar Teatrı (Plastik həll üzrə rejissor) və "Dövlət Uşaq Filarmoniyası"nda – Teatr studiyasının rəhbəri və rejissoru vəzifəsində çalışır.
2010-cu ildə "Dünya Gənclərinin Alyansı" ictimai birliyinin apardığı sorğuya görə 2009-cu ilin "Gənc İstdadlı Aktyor" nominasiyası üzrə qaliblərdən biri oldum və Fəxri. 2015 – "Fəxri Mədəniyyət işçisi" döş nişanı.