Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtalama
Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur. == Tarixi == Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.
Baftala kəndi
Bağtala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 9 nəfər əhali yaşayır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 2 təsərrüfatda hər iki cinsdən toplam 9 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Bağtala oyk., mür. Qax r-nunun Qaxingiloy i.ə.v.-də kənd. Bağtala keçmişdə Qaxbaş kəndinə məxsus bağların adı olmuşdur. XIX əsrin ortalarında həmin kənddən ayrılmış ailələrin burada məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsinə elə həmin bağların adı verilmişdir. Oykonim "bağ içərisində kənd" deməkdir. == Abidələri == Yaxınlıqda yarım-xaraba şəkildə dövrümüzə gəlib çatmış Müqəddəs Bakirə Kilsəsi vardır.