1. Balta ilə çapmaq, kəsmək, yarmaq, doğramaq; balta ilə vurmaq.
Onları karvan əhli baltaladı; … Doğrayıb, yandırıb ocaq qaladı.
2. məc. Yıxmaq, devirmək, dağıtmaq, məhv etmək, kökünü kəsmək, ortadan qaldırmaq; sarsıtmaq.
Nadanlığa qarşı mübarizə! Cəhalət və mövhumatın kökünü baltalamaq, xalq kütlələrinin gözünü açmaq, … azadlıq və səadətin yollarını ona göstərmək! Nərimanovun ilk əsəri olan “Nadanlıq”ın tarixi mənası budur.
3. məc. Birinin əleyhinə iş görmək, ziddinə danışmaq; birinə quyu qazımaq.
◊ Dibindən baltalamaq – bir sözü, ya danışığı dibindən, biryolluq kəsmək, danışmaq üçün yer qoymamaq.