Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baltalı
Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şəkinin 6–7 km-ində yerləşir.
Baltalı bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Viliskada baltalı cinayət
Viliskada baltalı cinayət və ya Viliskada kütləvi qətl hadisəsi (ing. Villisca axe murders) - 1912-ci ilin 10 iyun tarixində Amerika Birləşmiş Ştatlarının Ayova ştatının Viliska şəhərində yaşayan Mur ailəsinin bütün fərdlərinin qətlə yetirilməsi ilə nəticələnmiş cinayət hadisəsi. Cinayətin 10 iyun axşamı və 11 iyun səhərinə yaxın törədildiyi və cinayət aləti kimi baltadan istifadə edildiyi müəyyənləşdirilmişdir. Hadisə nəticəsində ailə fərdlərindən olan dörd uşaq olmaqla, ümumilikdə səkkiz nəfər qətlə yetirilmişdir və qurbanların xüsusən başlarında olmaqla kəskin balta yaraları təyin olunmuşdur. Uzun müddət davam edən istintaq və araşdırmalara baxmayaraq Viliska baltalı cinayətinin əsil təşkilatçıları heç bir zaman tapılmamışdır. Bir necə nəfər məhkəmə önünə çıxarılsa da, yetərli sübut olmadığı üçün təqsirləndirilən şəxslərin hər birinə bəraət verilmişdir. == Arxa plan == Mur ailəsi, ailə başçısı Coş (43 yaş), Sara (39 yaş) və Herman Montqomeri (11) Meri Katerina (10) Artur Bodi (7) və Paul Vernon (5) adlı dörd uşaqdan ibarət idi. Maddi baxımından təminatlı olan ailə Viliska şəhərində yaxşı adla tanınırdılar. 1912-ci ilin 10 iyun tarixində ailənin fərdi Meri Katerina səkkiz yaşlı İna Mey və 12 yaşlı Lena Stillingeri gecəni onlarda keçirmək üçün öz evlərinə dəvət etmişdir. Hadisə axşamı Sara Mur öz övladları və evə qonaq çağırılan qızlarla birlikdə yerli şəhər kilsəsindəki Uşaqlar Günü Proqramında iştirak etmişdilər.
Nyu-Orlean baltalı qatili
Nyu-Orlean baltalı qatili (ing. Axeman of New Orleans) - Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Nyu-Orlean şəhərində 1918-1919-cu il tarixlərində balta ilə silsilə cinayətlər törətmiş naməlum şəxs. Dövrün mətbuat oraqanlarında və başda qəzetlərdə baş vermiş cinayətlər haqqında ardıcıl yazılar çıxmışdır və Nyu-Orlean baltalı qatili başda Luiziana ştatı olmaqla, ətraf ərazilərdə yaşayan əhalinin ciddi narahatçılığına səbəb olmuşdur. Aparılan bütün araşdırmalara baxmayaraq, cinayətləri törədən şəxs heç bir zaman həbs oluna bilməmişdir.
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Baltacı Araz
Baltacı Araz və ya Məhəmməd Məhəmmədəli oğlu (23 oktyabr 1953, Mərənd, Cənubi Azərbaycan - 25 iyun 2012, Münster, Almaniya) — azərbaycanlı şair. == Həyatı == Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Cənubi Azərbaycanın, Mərənd bülgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-1979-cu illərdə İstanbulun Memar Sinan Gözəl Sənətlər Universitetində ali təhsil almışdır. 1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan "Yoldaş" dərgisində işıq üzü görmüşdür. 1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir. Baltaçı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini, tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ... əsaslarının nəzəri təhlilini vermişdir. Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır. Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur.
Döyüş baltası
Döyüş baltası ənənəvi olaraq müharibələrdə istifadə edilən balta növüdür. Əksəriyyəti yüngül olub və bir əllə tutmaq üçündür, daha ağır olanları isə iki əl ilə istifadə edilməsi üçündür. Onların çəkisi 0,5 kq ilə 3 kq arasında dəyişir.
Orhan Baltacı
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Orxan Baltacı
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Qazma baltası
Qazma baltası- yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. == Təsnifatı == Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Xaltalı eyrenis
Xaltalı eyrenis (lat. Eirenis collaris) — Eyrenis cinsinə aid ilan növü. == Görünüşü == Bədəninin uzunluğu 40 sm, quyruğu isə bədənindən 4–5 dəfə kiçikdir. Yuxarı hissəsi hissəsi boz-zeytunu, qəhvəyi-box və ya parlaq-qara rənglər vardır. == Yaşayış tərzi == Daşlı və qilli yarımsəhralarda yayılmışdır. Onlar 1500–1600 m yüksəkliklərə qədər yayıla bilir. Hörümçəklər, böçəklər və Cücülərlə qidalanır. Yumurta qoymaqla çoxalır. 4–8 arası yumurta qoyur. Əsasən 5 yumurta (17x19) qoyması ilə seçilir.
Xaltalı iquanlar
Xaltalı iquanlar (lat. Crotaphytidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Baltaçı Həsən Paşa
Baltaçı Həsən Paşa (ö. 1700) — Osmanlı sultanı IV Mehmed, II Süleyman, II Əhməd və II Mustafanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunda yetişmiş, ardından bostancılar bölümündə xidmət etmişdir. Ardından öncə Validə Turhan Sultanın, 1683-cü ildə onun vəfatıyla Hasəki Gülnuş Əmətullah Sultanın kəndxudası oldu. 1687-ci ilin martında vəzirliklə Misir bəylərbəyi oldu. Ancaq bir neçə ay sonra vəzifədən alınaraq Bağdad əyalətinə təyin olundu. 1688-ci ildə vəzifədən alınsa da, çox keçmədən yenidən Bağdada, ardından 1691-ci ildə Şəhrizora təyin olundu. Rodos adasının mühafizəsi ilə vəzifələndirildi və 1695-ci ildə təqaüdə ayrıldı. 1697-ci ildə vəzirliyi alınsa da, 2 il sonra geri qaytarıldı.
Baltaçı Mehmed Paşa
Baltaçı Mehmed Paşa (1662, Osmancık, Çorum ili – iyul 1712) — III Əhmədin səltənətində 2 dəfə - ümumlikdə 2 il 7 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Silâhdar, Nusretnâme, II/2, s. 207, 229, 262, 268-275, 286. Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, Freiburg 1969, s. 7, 10. Hammer, HEO, XIII, tür.yer. Sicill-i Osmânî, IV, 208-209. Ahmed Refik, Baltacı Mehmed Paşa ve Büyük Petro, İstanbul 1327, s. 61-83. Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s.
Döyüş baltası mədəniyyəti
Döyüş baltası mədəniyyəti (İngiliscə: Corded Ware; Almanca: Schnurkeramik; Fransızca: céramique cordée; Hollandca: touwbekercultuur), Avropada eramızdan əvvəl 2900-2350-ci illər arasında, son Neolit, Mis dövrü və erkən Tunc dövrünün arxeoloji mədəniyyətidir. Döyüş baltası mədəniyyəti qərbdə Reyn çayından şərqdə Volqaya qədər uzanan Şimali Avropa, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edən geniş ərazini əhatə edirdi. Müxtəlif dairələr tərəfindən Döyüş baltası mədəniyyətinin insanlarının genetik olaraq Yamnaya mədəniyyətinin insanları ilə sıx əlaqədə olduğu və bunun şərqdən Avropanın ürəyinə böyük bir köçü sənədləşdirdiyi iddia edilir. Döyüş baltası mədəniyyətinin proto-german və proto-baltik-slavyan kimi Hind-Avropa dillərini yaydığı düşünülür. Mədəniyyət həmçinin proto-hind-iran dilində danışan sonrakı Sintaşta mədəniyyəti ilə genetik yaxınlıq göstərir. == Terminologiya == Şnurlu keramika mədəniyyəti (almanca: Schnurkeramik-Kultur, hollandca: touwbekercultuur, fransızca: ceramique cordée, ingiliscə: Corded Ware) ilk dəfə 1883-cü ildə alman arxeoloqu Fridrix Klopfleiş tərəfindən təqdim edilmişdir. Keramika üzərində tapılan ip çapına bənzəyən ornamentlər bu adın verilməsində mühüm rol oynamışdır. Bu mədəniyyətin alt mədəniyyəti olan Tək Qəbir mədəniyyəti termini müxtəlif artefaktlarla əyilmiş vəziyyətdə dəfn edilmiş fərdlərə tətbiq edilən tumulus dəfn ənənələrindən irəli gəlir. Mədəniyyətin digər bir alt mədəniyyəti olan döyüş baltası mədəniyyəti də kişi məzarlarında tapılan daş döyüş baltalarına görə belə adlandırılmışdır. == Coğrafiya == Döyüş baltası mədəniyyəti Almaniya, Hollandiya, Danimarka, Polşa, Litva, Latviya, Estoniya, Belarusiya, Çexiya, Avstriya, Macarıstan, Slovakiya, İsveçrə, Rumıniyanın şimal-qərbində, Ukraynanın şimalında Rusiyanın Avropa hissəsində mövcud olmuşdur.
Hindi döyüş baltası
Hindi döyüş baltası (ing. tomahawk) — ənənəvi olaraq Şimali Amerikada yaşayan hindlilər tərəfindən müharibədə və məişət işlərinin görülməsində istifadə edilən balta. Tomahawk sözü ingilis dilinə XVII əsrdə Alqonkin dilindən keçmişdir. Zamanla döyüş silahı modernləşdirlmiş və geyim dəstinin yan ciblərinə taxılmaq üçün uyğunlaşdırılmışdır. Hindi döyüş baltasından əvvəllər hindilər istifadə etsə də, sonralar Yeni Dünyaya gələn Pilqremlərin nəsilləridə silahdan istifadə etməyə başlamışlar.
Qırmızı baftalı söyüd sovkası
Baltlar
Baltik xalqlar və ya Baltlar (lit. baltai, latış. balti‎) — Hind-Avropa etno-linqvistik qrupu. == Etmimologiya == Baltik ifadəsini ilk dəfə onun müasir olan mənasında, yəni Baltik dənizi üçün Adam Bremenlı 11-ci əsrdə isifadə edib. Baltik dillərin özündə bu söz ağ demək.1845-ci ildə Georq Henrik Ferdinand Nesselmann latış və Litva dili ayrı, baltik adlı dil qrupda saymağa təklif edib. == Tayfalar və millətlər == †Nəsli kəsilmiş == Mənbələr == Bojtár, Endre. Foreword to the Past: A Cultural History of the Baltic People. Budapest and New York: Central European University Press. 1999. 9.
Balçılı
Balçılı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Balçılı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Balıqlı
Balıqlı (Amasiya)
Bastamlı
Bastamlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. == Toponim == Müxtəlif mənbələrdə Bastamlı, Bestamlı və ya Bostamlı adı ilə rast gəlinən kəndin adı etnotoponim olub burada məskunlaşmış və Bayat boyuna mənsub olan Bastamlı oymağının adından irəli gəlir. 1917-ci ilə aid İngilis məxfi məlumatlarında bu oymağın 108 evdən ibarət olduğu qeyd edilmişdir. == Coğrafiya == Bastamlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 175 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Bastamlı kəndi arasındakı məsafə 13 km-dir. == Əhali == OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Bastamlı kəndində təxminən 5.3 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyundan törəmişdir.
Baytala
Baytala — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Baytala - Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı.Gürcücə yazılış forması Baitalo. Dağıstan əyalətinin Teymurxanşura dairəsində Baytal kənd adı ilə eynidir. Monqolca bu adal - "düşərgə", "elin dayanacaq yeri" və tala sözündəndir.
Baytallı
Baytallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Bağtala
Bağtala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 9 nəfər əhali yaşayır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 2 təsərrüfatda hər iki cinsdən toplam 9 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Bağtala oyk., mür. Qax r-nunun Qaxingiloy i.ə.v.-də kənd. Bağtala keçmişdə Qaxbaş kəndinə məxsus bağların adı olmuşdur. XIX əsrin ortalarında həmin kənddən ayrılmış ailələrin burada məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsinə elə həmin bağların adı verilmişdir. Oykonim "bağ içərisində kənd" deməkdir. == Abidələri == Yaxınlıqda yarım-xaraba şəkildə dövrümüzə gəlib çatmış Müqəddəs Bakirə Kilsəsi vardır.
Bağçalı
Bağçalı (Ağbaba)
Başnalı
Başnalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bağramyan qoyulmuşdur. == Əhalisi == Kəddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-32-cı illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Beştalı
Beştalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Beştalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd.
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Köhnə Balıqlı (Bakalı)
Köhnə Balıqlı (başq. Иҫке Балыҡлы, rus. Старые Балыклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Axman kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Axman): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (94 %), kryaşenlər (34 %) üstünlük təşkil edir.
Yeni Balıqlı (Bakalı)
Yeni Balıqlı (başq. Яңы Останков, rus. Яңы Балыҡлы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, kənd sovetliyindən (Bakalı): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 80 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (44%), kryaşlar (44%) üstünlük təşkil edir.
Battani
Əbu Abdillah Məhəmməd ibn Cabir bin Sinan ər-Rakkı əl-Hərrani (858, Harran[d], Şanlıurfa ili – 930, Səmərra, Səlahəddin mühafəzəsi) — Assur (Suriyalı) astronom. == Həyatı == əl-Battani, Harranın Battan qəsəbəsində doğuldu (859-929). Əsl adı Məhəmməd min Cabir ibn Sinan ər-Rakki el-Harranidir. Əbu Abdullah ləqəbi və Battani adıyla məşhur olmuşdur. Dünyanın gəlmiş keçmiş ən məşhur 20 astronomundan biri qəbul edilir.Battani, elmdəki məqsədini bu əsas üzərinə bina edər: “İnsan, Allahın (cc) varlığını, birliyini, qüdrətini və əsərlərinin mükəmməlliyini başda astronomiya olmaq üzrə, elmlər sayəsində öyrənə bilər. Məsələn bu görünən ulduzlar, üstündə yaşadığımız bu dünya və dünyanın hərəkətləri Allahın (cc) varlıq və birliyinin açıq bir dəlilidir.” === Günəş sistemini təsbiti === Battaninin işlərinin hamısı astronomiyayla əlaqədardır. Battani bu günki Həlbin 160 km şərqində Fərat çayı sahilindəki Rakka şəhərində bir rəsədxana (müşahidə evi) tikmiş; Günəş və Ayın görünər diametrlərində il boyunca meydana gələn dəyişiklikləri ölçmədə, əvvəlki elm adamlarının etdiyi işlərə əlavələr etmiş; Günəş, Ay və planetlərin hərəkətlərini, orbitlərini daha doğru bir şəkildə təyin etməyə çalışmışdır. Günəşin Dünyadan ən uzaq oldugu nöqtədəki hərəkətini kəşf etmiş, Dünyanınkına görə Günəşin orbit meyilini və Dünyanın çevrə oxundakı dəyişmə dəyərlərini tapmışdır. Özündən beş əsr sonra gələn Kopernikin 23A° 35ı olaraq tapdığı Dünyanın ekliptik mayilliyini o, 23A° olaraq hesablamış, bu gün məlum olan bucaq ölçüsünü təxminən yarım dəqiqəlik bir fərqlə tapmağı bacarmışdır. === Günəş və Ay tutulmaları === Battani, öz inkişaf etdirdiyi günəş saatı zatü’l-halaq, divara təsbit edilmiş böyük kadran və daha sonraları triguetum (zatü’ş-şubeteyn) adı veriləcək alət ilə, Rakkada, bəzi fəza hadisələrinin yanında, Günəş və Ay tutulmalarını rəsəd etmiş və əldə etdiyi məlumatlarla Ay və planet hərəkətləri haqqındakı məlumatları düzəltmiş, yeni Ayın görülmə şərtlərini təyin etməyə yarayan bir üsul inkişaf etdirmişdir.
Palmali
Palmali Şirkətlər Qrupu (ing. Palmali Group of Companies) — 1998-ci ildə Türkiyədə yaradılmış və qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupu. == Yaranma tarixi == "Palmali Şirkətlər Qrupu" 1998-ci ildə Türkiyədə yaradılmışdır. Şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlamışdır.Əməliyyatlar İstanbuldakı baş ofisdən idarə edilir. Qara və Aralıq dənizlərinin aralarındakı daşımacılığın ən əhəmiyyətli olduğu nöqtə kimi İstanbulu əsas korporativ qərarların alınmasına və idarəetmə strategiyalarının reallaşdırılmasına əsas verir. Bundan başqa, gəmi daşımacılığını 100% idarə nəzarət etmək üçün şirkətin Rostov-Don, Volqoqrad, Həştərxan, Moskva, Odessa, Pirey, Salonik, Bakı, Bourgas, Constanta, Malta, Novorosiysk, Peterburq, Ceyhan, Poti, Cenevrə, Sinqapur və İzmir kimi şəhərlərdə yerli ofisləri mövcuddur.Şirkət ən azı İSO 9001:2000, İSO 14001:2004 və İSM kodun tələblərinə cavab verən menecment sisteminin istismarıyla məşğuldur.