Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Xəzər sarıbaşı
Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir. 15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir.
Herakl yarımdası
Herakles yarımadası — Krım yarımadasının cənub-qərbində yerləşən, Qara dənizin daxilinə üçbucaq şəklində daxil olan yarımada. Hansı ki, Sevastopol buxtası ilə Balaklav buxtasını ayırlr. Yarımadanın sahəsi 100 km² təşkil edir. Yarəmadanın digər adı Traxeyskidir. XIX əsrdə həm də İrakliyski adı işlədilirdi. Yarımada Xersonesin kənd təsərrüfatı rayonu olmuşdur. Burada üzüm əkilir bağlar salınırdı. Yarımada öz növbəsində daşlı slçaq dağlıq ərazidən ibarətdir. Ən hündür zirvəsi Sapun dağıdır == İstinadlar == == Ədəbiyyat == Гриневецкий С. Р., Зонн И. С., Жильцов С. С. Черноморская энциклопедия. — М.: Международные отношения, 2006.
Herakles yarımdası

Typhlodromus krimbasi
Typhlodromus krimbasi (lat. Typhlodromus krimbasi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus krimbasi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.