Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əli Kərimov (balabançı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.
Arabaçı
Arabaçı (Gədəbəy) — Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Arabaçı — Gədəbəy rayonunun Çobankənd inzibati ərazi vahidində kənd.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Murad Baradakçı
Murad Gökhan Bardakçı (25 dekabr 1955, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və aparıcı. Murad Bardakçı 25 Dekabr 1955-ci ildə jurnalist Nemika Bardakçının tək uşağı olaraq İstanbulda doğulub. 1966-cı ildə Ankara Atatürk Lisesindən məzun olub. 1978-ci ildə Ankara Universitetində İqtisadiyyat bölməsindən məzun olub lakin İqtisadiyyat üzrə deyil jurnalistikaya yönəlmişdir. Jurnalistikanın maqazin və digər bölmələrini deyil, tarixi araşdırmalar üzərində jurnalistdir. Televizya proqramlarında tarixi hadisələr əsasən Osmanlı İmperiyasının dağılma dövrü haqqında fikirlər irəli sürür. Bir çox kitab müəllifidir. Bir müddət bəzi tarixçi professorlarla birlikdə " Tarihin Arka Odası " adlı proqramın aparıcısı olub . Bir çox qazetlərdə məqalələri yayımlanır. əsasən tarix sahəsi üzrə ixtisaslaşmış jurnalist, yazıçı və televiziya aparıcısı.
Vallon Brabantı
Vallon Brabantı (fr. Brabant wallon, nid. Waals-Brabant, alm. Wallonisch-Brabant‎; vallon. Roman Payis) Belçikanın 10 əyalətindən biridir. Belçika əyalətləri içərisində ən kiçiyidir. 1 yanvar 1995-ci ildə Vallon Brabantı Flamand Brabantından ayrıldı. Eno, Namür, Lyej və Flamand Brabantı ilə sərhədlənir. İnzibati ərazi mərkəzi Vavr şəhəridir. Sahəsi: 1091 кm² Əhalisi: 379 515 nəfər.
Arabaçı (Gədəbəy)
Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ayaz Arabaçı
== Həyatı == Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Bahadırzadə Arabaçı Əli Paşa
Bahadırzadə Arabaçı Əli Paşa (d. 1620 - ö. 1693) — II Əhməd dövründə ümumilikdə 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1620-ci ildə Ohridə dünyaya gəlmişdir. Mədrəsə təhsilindən sonra bəzi dövlət adamlarına imamlıq, bəzi əyalətlərdə isə qazı və naib oldu. Daha sonra Körpülü Fazil Mustafa Paşanın himayəsinə girərək əvvəlcə sədarət kəndxudası, 1690-cı ildə yeniçəri ağası, ardından vəzir və riqabdar ağa oldu. Şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi və başqazı Yəhya Əfəndinin himayəsi və dəstəyi ilə 1691-ci ildə Fazil Mustafa Paşanın yerinə sədarətə gətirildi. O əsnada davam edən Osmanlı-Avstriya müharibəsində ordunun başında cəbhəyə getmək əvəzinə, mərkəzdə qalaraq özünə rəqib gördüyü bəzi dövlət adamlarını müxtəlif bəhanələrlə edam və ya sürgün etməyə başladı. Belqrad istiqamətindəki ordu isə bərbad vəziyyətdə idi. Ölkənin daxili problemləri də dərinləşmiş, siyasi vəziyyət gərginləşmişdi.
Nikolay Arabacı
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva)—Qaqauz şairi. İlk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri İnstitutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRİ-nin İstanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər. İstanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalı­şan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradı­cılığa başlayır. İlk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir. SSRİ-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı.