Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barxudarlı
Barxudarlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. == Toponimikası == "Barxudar" şəxs adından və "-lı" şəkilçisindən əmələ gəlmiş toponim hesab olunur. Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona "Topçubaşı" ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və başqa şəhərlərin mühafizəsində istifadə edilən iri qaladağıdan toplar Barxudarın başçılığı ilə hazırlanmışdı. Oykonim həmin hadisələrin nəticəsi kimi də meydana çıxa bilər. Bəzi tədqiqatçıların fikrincə, kəndi "barxudarlı" nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidədir.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Antiqua və Barbuda bayrağı
Antiqua və Barbuda bayrağı — Antiqua və Barbudanın Dövlət bayrağı.
Antiqua və Barbuda–Azərbaycan münasibətləri
Antiqua və Barbuda–Azərbaycan münasibətləri — Antiqua və Barbuda ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin aprel ayının 5-də qurulmuşdur.