Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maks Bekman
Maks Bekman (alm. Max Beckmann‎; 12 fevral 1884, Leypsiq — 27 dekabr 1950, Nyu-York) — alman rəssamı, XX əsrin ortalarına qədər ən məşhur portret ustalarından biri. == Həyatı == Veymarda şəkil çəkərək Berlinə köçən Maks Bekman Birinci Dünya müharibəsi zamanı xəstəxanada işləmişdir. O, mistika və fəlsəfə ilə maraqlanmışdır. Bir sənətkar kimi tanındığı illər - Veymar Respublikası dövrüdür. 1927-ci ildə Düsseldorf şəhərində Alman sənətkarlığı nominasiyası və Qızıl Medalı kateqoriyasında fəxri imperial mükafatını almışdır. 1925-ci ildən Stadelev İncəsənət İnstitutunda dərs demişdir. 1933-cü ildə faşist hakimiyyətinin təlimindən çıxarıldı, 500-dən çox rəsm əsəri Almaniyanın muzeylərindən çıxarıldı, işləri degenerat incəsənət nümunələri kimi sıralandı. Sənətkar və həyat yoldaşı 1937-ci ildə Amsterdama köçmüşdü, ancaq natsistlər burada da onu rahat buraxmadılar: 1944-cü ildə səfərbərlikdən qaçdıqdan sonra infarkt keçirdi. Yalnız 1947-ci ildə Bekkman və həyat yoldaşı okeanı keçə bildi.
Berdan Öztürk
Berdan Öztürk (1 may 1980, Tutağ, Ağrı ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı ilinin Tutak ilçəsində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. İngiltərənin London Universitetində beynəlxalq arbitraj və ticarət hüququ üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin və Mezopotamya Yaxınlarını İtirmiş Ailələrə Yardım, Dayanışma və Mədəniyyət Dərnəyinin (MEBYA-DER) üzvüdür. Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə baş tutan 8-ci qurultayında Leyla Güvenlə birgə həmsədr seçilib. Barəsində 2016-cı ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) 5 üzvünün dəfn mərasiminə qatıldığına görə istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildə isə Sülh Bulağı əməliyyatı ilə bağlı verdiyi açıqlamaya əsasən terror təbliğatı apardığına görə istintaqa cəlb olunub.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Pir Bəkran
Pir Bəkran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Pir Bəkran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,851 nəfər və 2,934 ailədən ibarət idi.
Pir Bəkran məqbərəsi
Pir Bəkran məqbərəsi (fars. آرامگاه پیربکران‎) —İranda yerləşən Azərbaycan Atabəylər dövləti zamanında tikilmiş abidədir. Məqbərə Fəlavərcan rayonunun Pirbəkran bölgəsində, şəhərin mərkəzi hissəsində yerləşir. Abidə 23 dekabr 1931-ci ildə 101 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Məqbərə Azərbaycan memarlığı üslubunda tikilmişdir.