Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Always (bez)
Always — Procter & Gamble şirkətinə daxil olan, 1983-cü ildə yaradılmış qadın baxımı və müdafiəsi üçün bezlər istehsal edən marka. Always dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla satılır. Buna misal olaraq Yaponiya, Hindistan, Çin, Cənubi Koreya, Tayvan, Filippin, Tayland, İndoneziya və Avstraliyada Whisper, İtaliyada Lines Türkiyə də isə Orkid adı altında satılır. Digər adlarına misal kimi isə İspaniya və Portuqaliyada istifaəd edilən Evax və Ausonia adlarını göstərmək olar. Procter & Gamble Always markasını dünya səviyyəli marka olması yolunda ciddi addımlar ataraq, qadın sağlamlığı və təmizliyi sahəsində də keçirdiyi layihə və tədbirlərlə tez-tez gündəmə gəlir.
Bez nazvaniya
Bez nazvaniya (rus. Без названия, azərb. İsimsiz‎) — Nikolay Noskovun beşinci studiya albomu. Albom məşhur istehsalçı Horst Schnebel studiyasında Almaniyada qeydə alınıb.
Belo-Bezvodnoe gölü
Belo-Bezvodnoe gölü —Tatarıstanın Zelenodolski rayonu, Voljsk-Kamski qoruğu ərazisində yerləşən göl. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Zelenodolski rayonunda, Belo-Bezvodnoe kəndində yerləşir. Su tutarı qəliz formaya malikdir. Uzunluğu 564 metr, maksimal eni isə 180 metrdir. Su səthinin sahəsi 7,06 ha-dır. Orta dərinliyi 2 m, maksimal dərinliyi isə 4 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 300 m³-dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir.
Bezancan
Bezancan— İranın Kirman ostanının Baft şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,417 nəfər və 1,112 ailədən ibarət idi.
Bezanson
Bezanson (fr. Besançon; klass. lat. Bysantium; orta-əsr lat. Vesuntio, Vesontio; alm. Bisanz‎) — Fransanın şərqində yerləşən şəhər, Du departamentinin və Franş-Konte regionun inzibati mərkəzi. Maşınqayırma, saat, tekstil və geyim sənayesi inkişaf etmişdir. 2013-ci ildə əhalinin sayı 116,952 nəfər təşkil edirdi. == Tarixi == Antik dövrdə Vesontio adlandırılmış və Sekvanın qalli qəbiləsinin mərkəzi M.Ö. 58-ci ildə Yuliy Sezar tərəfindən götürülmüşdür. 18-ci əsrin sonunda İsveçrənin qaçqınları Bezanson saat sənayesinin əsaslarını qoydular.
Bezanson (rayon)
Bezanson (fr. Besançon) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Du. Prefektura — Bezanson. Rayon əhalisi 2006-cı ildə 259.168 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 104 nəfər / km² . Rayonun sahəsi — 2497 km².
Bezden zirvəsi
Bezden zirvəsi (bolq. връх Безден, ‘Vrah Bezden’ \'vr&h 'bez-den\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2900 m hündürlüklü qaya zirvəsidir. Zirvə Patleyna buzlağından şimalda, Ellen buzlağından cənubda yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə qərbi Bolqarıstanda yerləşən Bezden şəhərinin adını daşıyır. == Yerləşməsi == Bezden zirvəsi 78°04′57″ c. e. 85°42′07″ q. u.
Bezhan Feyzullayev
Beziki
Beziki - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Beziki - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Orta əsrlərdə Ermənistanda yaşamış kürd mənşəli Paziki tayfasının adını əks etdirir. XIX əsrdə Türkiyədə Beziki kürd tayfası olmuşdur. İranda XIX əsrdə Zəngənə adlı kürd mənşəli tayfanın da bir qolu Bazuki adlanırdı. Bax: Baziki.
Bezilə (Sərdəşt)
Bezilə (fars. بزيله‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Bezlyudivka
Bezlyudivka — Ukraynada şəhər tipli qəsəbə. Xarkovun 3 km yerləşir. Əhali - 9.693 nəfər. Ortodoks kilsələri, 2 məktəb, 3 kitabxana, xəstəxana, uşaq bağçası, 3 stadion var. Bezlyudovskiy gölü - istirahət sahəsi Xarkiv və kənd sakinləri.
Bezmindaq
== Toponim == Bezmindaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) dağ adı. Dağın adı türk dillərindəki bayz, baz sıldırım (bax: Boz Abdal) və menqi buzlaq, daimi qar sözlərindən ibarət olmaqla Zirvəsi daim qar olan sıldırım mənasını verir. == Həmçinin bax == Zəngəzur qəzası Qərbi Azərbaycan == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri. Bakı, 1992. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
Fyokla Bezzubova
Fyokla İqnatevna Bezzubova (1880—1966) — erzyan əsilli xalq hekayəçisi. 27 sentyabr 1880-ci ildə Od Murza kəndində (hazır ki — Yeni Turdaki kəndi, Koçkurovski rayonu, Mordoviya) anadan olmuşdur. Milliyyətcə erzyan idi. Fyokla Bezzubova böyük bir kəndli ailəsində böyümüşdür. Bu səbəbdən məktəb təhsili almamışdır. Çünki uşaqlığı evdə və sahədəki valideynlərə kömək etməkdə keçmişdir. Mahnılara olan məhəbbəti nənəsi Evdokia İvanovna Zverkova aşılamışdır. Fyokla Bezzubova 1901-ci ildə İlya Konstantinoviç Bessubova ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı qonşu Semiley kəndindəndir. 1902-ci ildə onların Qriqori adlı oğlu doğulur.
Katolikos Bezgen
Katolikos Bezgen — Albanların LIII katolikosu. == Katolikosluğu == Katolikos II Qriqorisdən sonra katolikosluq taxtı bir neçə il yenə boş qalmış, keşişlər dağ və mağaralarda gizlənməyə məcbur olmuşdu. Bu vaxt artıq katolikosluq mərkəzi Gəncədən Çərəktarda yerləşən Çərəktar monastırına köçürülmüşdü. Bezgen bu dönəmlərdə katolikos olmuş, daha sonra dini rütbələrdən əl çəkərək evlənmiş və uşaqları da olmuşdu. == Anti-katolikosluğu == Katolikos III Stepannosun dövründə bir müddət Gəncə əhalisi tərəfindən anti-katolikos elan olunmuşdu.
Mixail Bezborodov
Mixail İliç Bezborodov (rus. Михаи́л Ильи́ч Безборо́дов; 10 yanvar 1907, Starıy Piçinquşi[d], Penza quberniyası[d] – 11 mart 1935, Starıy Piçinquşi[d], Orta Volqa diyarı) — Mokşa-sovet şairi, yazıçısı və dramaturqu. Mixail İliç Bezborodov 10 yanvar 1907-ci ildə Rusiya imperiyasının Starıy Piçinquşi kəndində anadan olmuşdur. Onun ilk nəşr olunan şeiri "Moraftoma quds" idi. Şeir 1927-ci ildə "Od vele" qəzetində dərc olunmuşdur. Bezborodov 11 mart 1935-ci ildə anadan olduğu kənddə vəfat etmişdir.
Pyer Bezuxov
Qraf Pyotr (Pyer) Kirilloviç Bezuxov (rus. Пьер Безухов, Пётр Кириллович Безухов) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhərmqanlarından biri. O, qeyri-qanuni doğulmuş olmasına baxmayaraq, zəngin qraf Kirill Vladimiroviç Bezuxovun ən sevimli övladı və varisidir. Romanın əvvəlində Pyer Fransada təhsilini tamamlayaraq yenicə Rusiyaya qayıtmış, karyera qurmaq istəyində olan gəncdir. O, təmiz qəlbli, savadlı bir gənc olmaqla yanaşı, Rusiya saray cəmiyyətinin həyat tərzinə uyğunlaşa bilmir. Lakin zəngin qrafın varisi olması zadəgan cəmiyyətində ona qarşı marağı artırır. Atasının ölümündən sonra zəngin varidata sahib olan Pyerin həyatı və sosial mövqeyi dəyişir və o, yeni Knyaz Bezuxov olur. Sadəlövhlüyü üzündən, o, tezliklə Knyaz Kuraginin cəmiyyətdə yüksək nüfuza malik olan gözəl və hiyləgər qızı Elen Kuraginlə evlənir. Elen Pyeri sevmir və bu evlilikdən yalnız maddi gəlir üçün istifadə etmək fikrində olur. Tezliklə Pyer arvadının Doloxovla olan gizli əlaqəsindən xəbər tutur və onu duelə çağırır.
Sergey Bezrukov
Sergey Vitalyeviç Bezrukov — Rusiyanın tanınmış teatr və kino aktyoru.
Tiaqo Bezerra
Tiaqo Queiroz Bezerra (17 fevral 1987, Braziliya) — braziliyalı, peşəkar Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş futbolçusudur. Türkiyədə tanınan Altay, böyük işlər gördükdən sonra Karşıyaka komandasında da oynadı. Hücum yarımmüdafiəsi mövqeyində çalışan oyunçu, İzmirli futbolsevərlərdə iz buraxdı, vuruşları və qolları ilə azarkeşlərinin qəlbində özünə yer tapdı. 2013–14 mövsümünün əvvəlində Adanaspora transfer olan Tiaqo, ilk oyununu 4: 0 hesabı ilə uduzan Orduspora qarşı keçirdi. 2013–14 mövsümündə 31 rəsmi oyun keçirən Tiaqo, 16 qol və 9 asistlə ən çox statistikaya sahib olan komandanın oyunçusu oldu. 2013–2014 mövsümündə 8 sarı vərəqə aldı. İlk mövsümündə Adanasporda 17 nömrəli forma geyinən Tiaqo, 2014–15 mövsümündə 10 nömrəli formanı geyinməyə başladı. 2014–15 mövsümündə 2 qolu penaltidən 15 qol vurdu. O, bu mövsüm 7 sarı və 1 qırmızı vərəqə alıb. Adanasporda 2 mövsüm oynayan Tiaqo, 8 -i penaltidən olmaqla ümumilikdə 31 qol vurdu və 2 mövsüm ərzində 15 sarı, 2 qırmızı vərəqə aldı.
Aleksandr Bezobrazov
Aleksandr Mixayloviç Bezobrazov (rus. Александр Михайлович Безобразов; 13 sentyabr 1853, Tambov – 9 oktyabr 1931, Sent-Jenevyev-de-Bua[d]) – Rusiya biznesmeni, siyasi aktivisti və avantüraçısı. Rus-yapon müharibəsinə qədərki dövrdə Rusiyanın Şərqi Asiyadakı avantüralarının arxasında o dayanırdı. == Həyatı və fəaliyyəti == Aleksandr Bezobrazov 1853-cü ildə Tambov şəhərində zadəgan ailəsində doğulmuşdur. Rusiya İmperator Ordusuna qatılmış, Süvari Mühafizəçilərində kapitan rütbəsinə qədər yüksəlmişdir. Çar II Aleksandrın 1881-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra Müqəddəs milis adlı əks-inqilabçı qrupa qatılmışdır. O, biznes maraqları ilə siyasi fəaliyyətini birləşdirmiş və 1898-ci ildə taxta-şalban biznesi vasitəsilə Koreyanın şimalında Rusiyanın təsir dairəsini artırmağa başlamışdır. Tezliklə Rusiya çarı II Nikolayın hüzuruna çıxmışdır. Bezobrazovun natiqliq bacarıqları onu bütün konsessiyaçı qrupun sözçüsünə çevirmiş və bu qrup Bezobrazov dairəsi kimi tanınmağa başlamışdır. Taxta konsessiyası üçün təklif olunan plan maliyyə naziri Sergey Vitte tərəfindən müsbət qarşılanmasa da, 1902-ci ildə çar planı təsdiqləmiş və Bezobrazovu Şərqi Asiyaya göndərmişdir.
Pyotr Bezobrazov
Pyotr Alekseyeviç Bezobrazov (rus. Пётр Алексе́евич Безобра́зов; 29 yanvar 1845 – 17 iyul 1906 və ya 17 iyun 1906, Sankt-Peterburq) – Rusiya İmperator Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı Vladivostok eskadrasının komandiri olmuşdur. Müharibədən sonra donanmanın görkəmli fiqurlarından biri olmağa davam etmişdir. Pyotr Bezobrazov 1842-ci ildə doğulmuşdur. 1864-cü ildə "Dmitrii Donskoi" freqatında donanma xidmətinə başlamışdır. 1883-cü ildə "Svietlana" freqatının zabiti olmuşdur. 1885–1888-ci illərdə bir neçə kanoner qayığının komandiri təyin olunmuş, 1890-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. 1893–1897-ci illərdə "General-Admiral" krayserinin və "Navarin" döyüş gəmisinin komandiri olmuşdur. 1897-ci ildə kontr-admiral rütbəsinə yüksəlmiş, 1901-ci ilə qədər Kronştadtdakı donanma bazasındə heyət başçısı və Baltika Donanmasında köməkçi komandir olmuşdur.
İosif Bezpalko
İosif İvanoviç Bezpalko (ukr. Йосип Іванович Безпалко; 13 may 1881, Çernovtsı, Sisleytaniya – 1950, QULAQ[d]) — Ukrayna ictimai-siyasi, dövlət xadimi və həmkarlar ittifaqı rəhbəri. İosif İvanoviç Bezpalko 13 may 1881-ci ildə Avstriya-Macarıstanda, Çernovtsı şəhərində kasıb burjua ailəsində anadan olmuşdur. Siyasi fəaliyyətdə iştirakına görə gimnaziyadan xaric edilmişdir. O, 1899-cu ildə gimnaziya və tələbə gənclərin gizli dərnəyini yaratmışdır. 1901–1902-ci illərdə Ukraynada milli təşkilatın çap orqanı olan "Bukovyna" qəzetinə redaktorluq etmişdir. 1903-cü ildə müəllimlik etməyə başlamışdır. Bukovinada ilk cəmiyyətlərdən biri olan "Siç"in təsisçisi, 1903-cü ildən "Promin" müəllim qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir. 1907–1908-ci illərdə Bukovina həmkarlar ittifaqlarının regional katibi olmuşdur. 1907–1914-cü illərdə Ukrayna Sosial Demokrat Partiyasının Bukovina vilayət təşkilatının yaradıcısı və sədri olmuşdur.
Sergey Bezuqlı
Sergey Bezuqlı (7 oktyabr 1984) — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı, Avropa Çempionatının qalibi. Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2006-cı ilin avqustunda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 46.768 saniyə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu. Daha sonra Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2008-ci ilin mayında İtaliyanın Milan şəhərində baş tutan Avropa Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 40.192 saniyə nəyicə göstərdi və turniri gümüş medalla başa vurdu. Həmin ilin avqustunda Sergey Bezuqlı və Maksim Prokopenko dueti Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. C-2 500 metr turnirinin final mərhələsində 1 dəqiqə 44.156 saniyə nəticə göstərən Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiadanı 8-ci pillədə başa vurdu. Olimpiadadan sonra Azərbaycan Kanoe Federasiyası bir sıra idmançıları, o cümlədən Sergey Bezuqlı və Maksim Prokopenko duetini Azərbaycan yığmasının heyətinə cəlb elədi. Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2009-cu ilin iyununda Almaniyanın Brandenburq şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində bürünc medalın sahibi oldu. Həmin ilin avqustunda Kanadanın Dartmut şəhərində baş tutan Dünya Çempionatında isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirini bürünc, C-2 1000 metr turnirini isə gümüş medalla başa vurdu. 2010-cu il də Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün uğurlu oldu. İyunda İspaniyanın Trasone şəhərində baş tutan Avropa Çempionatında Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirində 1 dəqiqə 38.825 saniyə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.
Bezil Henri Liddell Hart
Sir Basil Henry Liddell Hart (31 oktyabr 1895[…], Paris – 29 yanvar 1970[…], Marlou[d], Bakingemşir qraflığı[d]) — İngilis hərbçisi, hərbi nəzəriyyəçisi və hərbi tarixçisi olmuşdur. O, 1920-ci illərdə və sonralar yazdığı hərbi tarix seriyası ilə tanınır. O, ildırımsürətli əməliyyatı strategiyası əvəzinə "dolayı yanaşma" strategiyasını müdafiə etmişdir. 1895-ci ildə Parisdə anadan olmuşdur. Cambridge st. Paul's və Korpus Kollecini bitirdikdən sonra orduya daxil olmuşdur; daha sonra isə Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1924-cü ildə yaralanmış və üç il sonra kapitan rütbəsi ilə təqaüdə çıxmışdır. O, hərbi hava qüvvələrinin və zirehli birləşmələrin qızğın müdafiəçisi və tərəfdarı olmuşdur. Hart 1937-ci ildə Müharibə Nazirinin müşaviri olmuşdur. 1925–1935-ci illərdə Daily Telegraph qəzetinin, İkinci Dünya Müharibəsinin başlandığı 1939-cu ilə qədər isə Times qəzetinin hərbi müxbiri kimi işləmişdir.
Artyun Amira Bezciyan
Artyun Amira Bezciyan (erm. Յարութիւն Պէզճեան; 10 aprel 1771 – 3 yanvar 1834) Kazaz Artin kimi də tanınır. Osmanlı ermənilərindən olan xeyriyyəçi, tacir, maliyyəçi, məsləhətçi və Surb Prkiç erməni xəstəxanasının yaradıcısıdır. == Həyatı == Artyun Bezciyan Yenikapı kvartalında erməni mənşəli ailənin övladı olaraq dünyaya gəlmişdir. Yerli Qumqapı Erməni Məktəbini bitirmiş və atası ilə birlikdə ipək ticarətinə başlamışdır. Osmanlı zərbxanasına rəhbərlik edən erməni ailəsi olan prestijli Düzyan Ailəsində işləyərkən tezliklə Osmanlı sarayı ilə tanış olmuşdur. Müxtəlif yüksək rütbəli Osmanlı məmurlarının etimadını qazandıqdan sonra II Mahmudun iqtisadi və şəxsi məsləhətçisi olmuşdur. II Mahmudun razılığı ilə Bezciyan rütbələrdə yüksəlmiş və Osmanlı xəzinəsinin zərbxana müdiri olmuşdur. O, Türkiyə Erməniləri Yeparxiyasının binası və Yeparxiya kafedralı olan Surp Asdvadzadzin Patriarx Kilsəsinin ianə layihəsinə başlamışdır. O, Bəyoğluda bir neçə erməni qız məktəbindən əlavə, Bezciyan erməni məktəbi, Arakelots Azkayin, Boğosyan, Varvaryan, Topqapı və Eyüphandakı Bezciyanın yaradıcısıdır.
Bezciyan erməni məktəbi
Bezciyan erməni ibtidai məktəbi — İstanbulun Fateh distriktinin Qumqapı kvartalında yerləşən və erməni icmasına mənsub olan məktəbdir. 1700-cü illərin axırlarında Qumqapıda mövcud olan məktəb binasının yanğın nəticəsində məhv olmasından sonra Artyun Amira Bezciyan tərəfindən yenidən inşa edilmişdir. 1915-ci ildəki Erməni soyqırımından sonra burada oxuyan tələbələrin və xristian ziyarətçilərin sayı azalmışdır.
Ber-lez-Alp
Ber-lez-Alp (fr. Berre-les-Alpes) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Kommunanın sahəsi — 9,58 km², əhalisi — 1257 nəfərdir (2006) artım tendensiyası ilə: 1278 nəfər (2012), əhalinin sıxlığı 133,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1280 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1278 nəfər.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağı Yaşayış məntəqələri Ben (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları) Digər Ben (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Ber
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Karl Benz
Karl Fridrix Mixael Bents (alm. Carl (Karl) Friedrich Michael Benz‎; 25 noyabr 1844[…] – 4 aprel 1929[…]) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır. == Həyatı == Karl Fridrix Bents 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karl Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır. == Karyerası == Karl Bents öz emalatxanasında yeni daxiliyanma mühərrikləri yaratmağa başlayır. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent alır. Tezliklə, Karl Bents gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini - sürətləndirici, batareya ilə işləyən yanma sistemi və alışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru - patentləşdirur.
Kips Bey
Kips Bey (ing. Kips Bay, sözbəsöz tərcümədə "Kipsin buxtası" deməkdir) — Nyu-York şəhərinin Manhetten borosunun şərq hissəində yerləşən kvartal. O, şimaldan 34-cü küçə, şərqdən İst-River, cənubdan Şərqi 27-ci və/və ya 23-cü küçələr və qərbdən Üçüncü prospekt ilə əhatələnib. Kips Bey 10010 və 10016 əsas poçt kodları ilə Manhettenin 6-cı bölgəsinin bir hissəsidir. Nyu-York Polis Departamentinin 13 və 17-ci bölmələri tərəfindən patrul edilir.
Lez-Abre
Lez-Abre (fr. Les Abrets) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38001. Kommunanın 2012-ci il üçün əhalisi 3607 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 261 ilə 434 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Lez-Albr
Lez-Albr (fr. Les Albres, oks. Los Aures) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12003. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 39 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 348 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Lez-Andre
Lez-Andre (fr. Les Adrets) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38002. Kommunanın 2012-ci il üçün əhalisi 938 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-şərqdə yerləşir.
Lez-Avenyer
Lez-Avenyer (fr. Les Avenières) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38022. Kommunanın 2008-ci il üçün əhalisi 5095 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 260 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Lez-Enfurna
Lez-Enfurna (fr. Les Infournas, oks. Infornats) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 26 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 14 nəfər arasında (15-64 yaş arasında) 11 nəfər iqtisadi cəhətdən, 3 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 60.0%) idi. Fəal olan 11 nəfərdən 9 nəfər (5 kişi və 4 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Lez-Eparr
Lez-Eparr (fr. Les Éparres) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38156. Kommunanın 1999-cu il üçün əhalisi 916 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 319 ilə 501 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Lez-Omerq
Lez-Omerq (fr. Les Omergues, oks. Leis Amèrgues) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04140. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 123 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15–64 yaş) arasında 55 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70,5%, 1999-cu ildə 73,0%). Fəal olan 55 nəfərdən 45 nəfər (25 kişi və 20 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi.
Lez-Or
Lez-Or (fr. Les Orres, oks. Los Uèris) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05098. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 516 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 384 nəfər (15–64 yaş) arasında 298 nəfər iqtisadi fəal, 86 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,6%, 1999-cu ildə 75,8%). Fəal 298 nəfərdən (166 kişi və 124 qadın), 8 nəfəri işsiz (3 kişi və 5 qadın) idi.
Luis Bes
Luis Bes (25 dekabr 1891 — 1 yanvar 1961) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Luis Bes Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Luis Bes birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Lyu Bey
Lyu Bey (çin. ənən. 刘备, sadə. 劉備), (161—223) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının birinci hökmdarı və Şu sülaləsinin banisi. == Həyatı == 220-ci ildə sonuncu Han imperator hakimiyyətdən Veylər tərəfindən uzaqlaşdırıldıqdan sonra Lyu Bey bi əqəba kimi Han sülaləsi ailəsini öz tərəfinə çəkərək onlara itirilmiş hakimiyyət və ərazilərin qaytaracağını vəd edir. 221-ci ildə özünü yenidən qurmuş olduğu Han dövlətini imperatoru elan edir. Çin tarixində bu dövlət həm də Şu Han kimi tanınır. Bundqn iki il sonra Lyu Bey Sun Çyuanın üzərinə itirilmiş Hunan və Hubey əyalətlərini geri qaytarmaq məqsədilə yürüş edir. Yürüş uğursuz olan Lyu Bey geri paytaxta çəkilərkən yolda 223-cü ildə vəfat edir. Vəsiyyətinə əsasən oğlu Lyu Şan onun yerini tutur.
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (Ərəbcə: الإمارات العربية المتحدة - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi. Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi . Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur.
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Bəzm
Bəzm İranın Fars ostanının Bəvanat şəhristanının Mərkəzi bəxşinin Sərvistan dehistanında kənd.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 422 nəfər və 111 ailədən ibarət idi.
Gəz
Gəz — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,432 nəfər və 5,704 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gəz dilində danışırlar.
Vəz
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Xəz
Xəz heyvanların bədənini örtən tük örtüyüdür.
Məhəmməd Şah bəy Ben Yude Sultan türbəsi
Məhəmməd Şah Bəy Ben Yude Sultan türbəsi (bəzən həmçinin Eski Türbə də deyilir) — Bivede Sultanın türbəsi. Bivede Sultan Acağan bəyin qızı və Məhəməəd Şah Bəyin anası olmuşdur. Tikili təxminən XIV əsrin sonu — XV əsrin əvvəllərinə aid edilir. Əvvəl Əziz (qəbiristanlıq) ərazisində Eski Yurtda (indiki Bağçasaray şəhərinin bir hissəsi) Çürük Su çayının aşağı axarı boyunca yerləşirdi. Hazırda obyekt yaşayış binalasının kvartalı içərisində, fərdi mülklər arasında yerləşir. 2014-cü ildən Krımı işğal edən Rusiya Federasiyasında bura federal əhəmiyyətli mədəni irs obyektidir, beynəlxalq səviyyədə bu əraziləri ölkəsinin bir hissəsi sayan Ukrayna isə buranı milli əhəmiyyətli mədəni irs abidəsi hesab edir. Yazılı tarixi mənbələr olmadığı üçün adı kimi tikilinin inşa edilmə tarixi şərtdir. Mütəxəssislər tikilinin memarlıq üslubuna görə düşünürlər ki, o, XIV əsrin sonlarında — XV əsrin əvvəllərində inşa olunub, ancaq Orda dövründə də tikilməsi istisna edilmir. Daha sonralarda, Krım xanlığı dövründə inşa edilən türbələr çoxşaxəli idi. Kvadrat şəkli isə köhnə Krım-Tatar memarlığına xasdır və xeyli qədimliyin göstəricisidir: bu cür tikililər (məscidlər) Krımın şərqində də yerləşir və XIII — XVI əsrin əvvəllərinə aiddir.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.
Fərrux bəy
Fərrux bəy (təq. 1547 – təq. 1615) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur. Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir.
Gəz (konfet)
Gəz — İsfahan bölgəsində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.