DAŞLIQ

is. Daş çox olan yer, daşla örtülü yer. Daş daşlığa yağar, dolu dəryaya. ( Ata. sözü ).
Atlar … Kür sahilindəki daşlığın xəlvət bir yerində söyüd ağaclarına bağlanmışdı. M.Hüseyn.
Dərinlərə düşmüş dərə ağ daşlıq və çınqıllıq üzrə uzanıb gedirdi. S.Rəhimov.

// sif. Daş çox olan, daşla örtülü. Daşlıq yer. Daşlıq çöl.
– Daşlıq yolun kənarlarında ot-ələf elə ucalmışdı ki, deyərdin, buralar xüsusi biçənək yeridir. Mir Cəlal.

DAŞLI-KƏSƏKLİ
DAŞMA₂
OBASTAN VİKİ
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Daşlıq göyərçini
Qayalıq göyərçini (lat. Columba rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir. .

Digər lüğətlərdə

ве́дьмовский маньяка́льно перемигну́ться сви́точка скобяно́й телеконфере́нция ува́рочный заша́ркиваться льсти́во музыкозна́ние наложи́ть шов преднового́дье учиня́ть что вы говори́те! энтропи́я вячу expiration go-ashore helminthiases hermetist high-heat hogsback muck fork Skye овальный