Herminium alaschanicum var. tanguticum
Təkyumrulu qışlaqotu (lat. Herminium monorchis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qışlaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
== Botaniki xarakteristikası ==
Çoxillik ot bitkisidir. Kökyumruları şarşəkillidir, diametri 5-9 mm-dir. Gövdənin hündürlüyü 10-25 sm-dir. 2 (az hallarda 3) lansetyarpaqlı, kök hissədə yerləşir, çiçək qrupu nazik, sıx olmayan salxım şəklindədir. Çiçəkləri xırda, sarı-yaşıl, bal ətirlidir. Çıçək dodağı nizəşəkilli, uzunluğu 3,25-3,75 mm, yan qnadları xətvari, kütdür, ortadakından 2 dəfə qısadır.