Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
La-Byuiss
La-Büiss (fr. La Buisse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38061. Kommunanın 2006-cı il üçün əhalisi 2627 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 187 ilə 942 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
BİSS
BİSS (Basic Interoperable Scrambling System; ümumiyyətlə BISS olaraq bilinər) — Avropa Yayım Birliyi tərəfindən inkişaf etdirilən bir nəşr şifrləmə sistemidir. Bu sistem inkişaf etdirilməyə əvvəl, keçici davamlı nəşrlər, peyk Xəbər keçişləri hər hansı bir şifrləmə olmadan peykə çatdırılırdı. Bu da uyğun əkibməyinlər istifadə hər kəsin nəşr məzmununu izləməsini icazə verirdi. BISS ilə nəşrlər 12 xanalı iclas açarı ilə qorunur. Bu açar həm görünüş mesajçıların (encoder), həm görünüş həll edici cihaza (decoder) girilər, və encoderdeki açar ilə decoderdeki girilmiş açar eynidirsə yayım siqnalı həll edilmiş olar. Avropa Yayım Birliyinə üzv ölkələr ümumiyyətlə bu sistemi istifadə edir. Məsələn AZTV şifrləmə tələb edən bir çox nəşrində (məsələn matç nəşri və s.) BISS şifrləmə sistemini istifadə edir.
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.
Biris (Nəmin)
Biris (fars. بريس‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,204 nəfər yaşayır (273 ailə).
Bliss adası
Blis adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində yerləşir. Ondan 700 metr qərbdə Pritçett adası, 3 km şimal-şərqdə isə Brays adası yerləşir. Brays adasından Sadko boğazı ilə ayrılır. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 6 km, eni 3 km-dir. Adanın böyük hissəsini hündürlüyü 300 m olan buzlaq yerləşir. Blis adasının cənub qutaracağında yerləşən Beresford brnundan 50 m aralıda Zub adası yerləşir.
La-Büiss
La-Büiss (fr. La Buisse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38061. Kommunanın 2006-cı il üçün əhalisi 2627 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 187 ilə 942 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Kirbi Bliss Blenton
Kirbi Bliss Blenton (ing. Kirby Bliss Blanton; 24 oktyabr 1990, Te-Vudlends[d], Texas) — ABŞ aktrisası. Əsasən komediya filmi "Project X"dəki Emi rolu ilə tanınır.
Altıncı hiss
Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Hiss (müğənni)
Hiss (Röya Məmmədova; 11 avqust 1995, Bakı) — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == Röya Məmmədova 1995-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.Hiss musiqiyə 14 yaşında başlayıb. O, 15 yaşında "Sən bir nəğməsən" adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib. Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan "Bir Başka Güzel" proqramında xüsusi dəvətlə çıxış edib.Hissin 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə YouTube və Apple Music trendlərində birinci yerdə qərarlaşıb.O, ABŞ-nin ən böyük musiqi şirkəti olan Warner Music Group ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.28 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Prisi 2023" açılış mərasimində çıxış edib.17 may 2023-cü ildə Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə 39-cu Avropa çempionatında açılış mərasimində səhnəyə çıxmışdır.3 iyun 2023-cü ildə Bakcell Arenada keçirilən Azərbaycan Kubokunun finalında bağlanış mərasimində səhnəyə çıxmışdır.
Hiss orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsi ilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - toxunmaBunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Altıncı hiss (dəqiqləşdirmə)
Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Görünüş və hiss
Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir. Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir. Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Altıncı Hiss (film, 1999)
Altıncı hiss (ing. The sixth sense) — amerikan filmi. == Məlumatlar == Ölkə: ABŞ İl: 1999 Rejissor: Nayt Şyamalan Rollarda: Brüs Uillis, Heyli Coel Osment, Toni Kollett, Oliviya Vilyams Bəstəkar: Ceyms Nyuton Hovard Büdcə: 40 milyon $ == Film haqqında == Bir çox rejissorlar filmin final hissəsini işin başlanğıc mərhələsində lentə alır. Amma Şyamalan final səhnəni son çəkiliş günü lentə aldı. Rejissor filmini 1973-cü ildə çəkilmiş "İblisi sürgün edən" və 1980-ci ildə lentə alınmış "Adi insanlar" filmlərinin simbiozu hesab edir. 2000-ci ildə film evdə fərdi baxış üçün ən tələb edilən film oldu. Film "Horror" janrında "Oskar" mükafatına layiq görülmüş 4 filmdən biridir. Təqribən 80 milyon tamaşaçı filmi evdə izləyib. Heyli Coel Osment Koul rolunu əldə etmiş kastinqə qalstukla gəlmiş yeganə namizəddir. Şyamalan ssenarinin ona aid hissəsini oxuyub-oxumadığını soruşanda, Heyli ssenarini üç dəfə oxuduğunu deyir.
Altıncı hiss (film, 1935)
Altıncı hiss tammetrajlı bədii filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1935-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilmdə istehsal edilmişdir. Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. Filmdə əsas rolları Ələsgər Ələkbərov, İ. Daşdəmirov, Ələkbər Hüseynzadə, İsmayıl Hidayətzadə, Möhsün Sənani və S. Klimov ifa edirlər. == Məzmun == Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksey Kapler, İvan Tartakovski Rejissor: Mikayıl Mikayılov Operator: Fyodor Novitski Rəssam: Viktor Aden == Rollarda == Ələsgər Ələkbərov — mühəndis Heydər İ. Daşdəmirov — buruq ustasıƏləkbər Hüseynzadə — Hüseynov, böyük buruq ustasıİsmayıl HidayətzadəMöhsün Sənani S. Klimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Altıncı hiss (film, 2002)
Altıncı hiss qısametrajlı sənədli televiziya filmi 2002-ci ildə Lider televiziyasıda ekranlaşdırılmışdır. Film Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edir. == Məzmun == Film Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edir.
Səkkizinci hiss (teleserial, 2015)
Səkkizinci Hiss (ing. Sense8) — Uaçouiskilər və Maykl Straçnski tərəfindən Netflix üçün yaradılmış Amerikan elmi fantastika veb teleserialıdır. İstehsalçı şirkətlər Uaçouiskinin Anarchos Productions, Straçnskinin Studio JMS eləcədə Georgeville Television və Unpronounceable Productions şirkətlərini serialın çəkilişlərinə cəlb etdilər. Serialın birinci mövsümündə Aml Ameen, Doona Bae, Ceymi Klayton, Tina Desai, Tuppense Middleton, Maks Riemelt, Migel Anqel Silvestre və Brayn Smit kimi beynəlxalq aktyorlər iştirak edirlər və onların hər biri dünyanın ayrı ölkələrində yaşayan insanlardır. Lakin bir gün onlar psixi və emosianal mənada bir-birilərinə bağlı "sensate" olurlar. Rollarda həmçinin Frima Egiman, Terrens menn, Anupam Xer, Naveen Endrüs və Darri Hanna da çəkiliblər. İkinci mövsümdə Topi Onumere Ameen ilə dəyişdirilib. Serialın məqsədi siyasət, şəxsiyyət, seksuallıq, cins və din kimi mövzuları araşdırmaqdır. Hansı ki, digər bir çox elmi fantastika seriallarında yaradıcılar bu məsələlərə çox da diqqət yetirmirlər.Səkkizinci Hiss-in birinci mövsümünün hər bir seriası Uaçouiskilər və Straçnski tərəfindən yazılıb. İkinci mövsümdə Lili Uaçouiski serialı tərk etdi.
Behişt
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Həşt-Behişt
Həşt-Behişt (Təbriz) — Uzun Həsənin əmri ilə 1478-ci ildə tikilməsinə başlanılmış və 1484-cü ildə tikintisi sona çatmışdır. Həşt-Behişt (İsfahan) — Səfəvi hökmdarı Süleyman şahın əmri ilə 1669-cu ildə tikilib Həşt-Behişt (Bitlisi) — İdris Bitlisi tərəfindən yazılmış kitab. Həşt-Behişt (Dəhləvi) — Əmir Xosrov Dəhləvi tərəfindən yazılmış kitab.
Bağ-behişt xalçaları
Bağ-behişt xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Həşt-Behişt (Ağqoyunlular)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Həşt-Behişt (Təbriz)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (İsfahan)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Persi Bisş Şelli
Persi Biş Şelli (4 avqust 1792[…], Horşam[d], Uest Sasseks[d][…] – 8 iyul 1822[…], Speziya, Liquriya və ya Viarecco, Toskana) — İngilis yazınının və Romantizm Dövrünin ən əhəmiyyətli şairlərindən biridir. Etonda təhsil aldı. 1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə Aksforddan atıldı və atası tərəfindən də rədd edildi və Londona getdi. Orada Harriet Vestbruk adlı bir qadınla evləndi.