BİHUŞ

sif. [ fars. ]
1. Özündən getmiş, bayğın.
Sevil bihuş halda yatırdı. Ə.Sadıq.

□ Bihuş olmaq – özündən getmək, bayılmaq.
[Şahın] haman saat rəngi qaçıb guya ki, bihuş oldu. M.F.Axundzadə.
…Bilmədim hansı tərəfdən elə bir xırıltı səsi gəldi ki, mən az qaldım bihuş olam. C.Məmmədquluzadə.
Huşa getmiş uşaq xəyal içrə; Kəsrətiqüssədən olub bihuş. C.Cabbarlı.

2. Huşsuz, yaddaşsız, hafizəsiz; fikri dağınıq. Bihuş adam.
3. məc. Məst, heyran, valeh.
□ Bihuş olmaq – məst olmaq, heyran olmaq, valeh olmaq.
Eşitdim ol qarə göz dilbərim sağərpərəst olmuş; Mey içmiş, məclisi-əğyardə bihuşü məst olmuş. S.Ə.Şirvani.
Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİHUŞ bihuş bax 1. bayğın; 2. huşsuz
  • BİHUŞ məst — heyran — valeh
  • BİHUŞ bayğın
  • BİHUŞ hafizəsiz — yaddaşsız
BİHUDƏ
BİHUŞANƏ
OBASTAN VİKİ
Bihuşedici dovşandodaq
Bihuşedici dovşandodaq (lat. Lagochilus inebrians) - dovşandodaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxşaxəli yarımkol bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm-dir. Oduncaq gövdəli, sadə və ya budaqlanan, yuxarı hissəsi sıx yarpaqlı, aşağı hissəsi parlaq ağ gövdəlidir. Yarpaqlarının üzəri tükcüklərlə örtülü olub, geniş yumurtavaridir. Əsası pazşəkilli, 3-5 bölümlü, geniş yumurtavari bütövkənarlı və ya dişcikli-kənarlıdır. Aşağı yarpaqlarının uzunluğu 1,5-2 sm, yuxarısı 2,5 mm-dir. Çiçəyi oturaq, kasayarpağı möhkəm, horizontal, üçtərəfli-bizəbənzər olub, tüklüdür. Kasacığı uzunsov-zəngşəkilli, geniş qıfabənzərdir. Tacı ağ və ya solğun - çəhrayı olmaqla qəhvəyi damarlanmışdır.
Bihuşedici quramit
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.

Digər lüğətlərdə

вспоте́ть выступа́ть грех матрици́ровать моча́листый по-перси́дски располосну́ть денатура́т лови́ться на ве́чные времена рисосе́яние суперфосфа́т тальк artistic director bemaul Buckskin exit humpbacked pen-portrait Quiché sea-letter solidago перенапрягаться ругнуть уличение