BİLİŞ

is.
1. Bilmək işi, bilmə.
2. Bilik, mərifət.
Aşinayi bilməmişsən, ey bilişdən yad olan; Mərifətdən dəm vurursan, neyləyim, biganəsən. Nəsimi.

3. köhn. Dost, yaxın, tanış.
Yad olmişəm yenə bu gün biliş ilə, nedəyin. Q.Bürhanəddin.
Ey bilişim, məndən axır olma yad. Yusif Məddah.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİLİŞ mərifət

Etimologiya

  • BİLİŞ “Tanış-biliş” deyirik, sinonimlər birləşməsidir, bilmək sözündən əmələ gəlib, bilik sözü ilə qohumdur
BİLİNMƏZ
BİLİTTİFAQ

Digər lüğətlərdə