Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Ola bilməz (albom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Ömər Nəsuhi Bilmən
Ömər Nəsuhi Bilmən (1882, Ərzurum, Ərzurum vilayəti – 13 oktyabr 1971 və ya 11 oktyabr 1971, İstanbul) — Türkiyənin dəyanət naziri. Ömər Nəsuhi Bilmən 1883-cü ildə Ərzurumun Salasor kəndində dünyaya göz açıb. Atası dövrün tanınmış alimlərindən Hacı Əhməd Əfəndi idi. Kiçik yaşlarından atasını itirən Ömər ilk təhsilini Ərzurumun Əhmədiyyə Mədrəsəsində əmisi Əbdülrəzzaq Əfəndinin dəstəyi ilə alır. Onun təhsili ilə əsasən Ərzurum müftisi Narmanlı Hüseyin Əfəndi məşğul olurdu. Bir müddət təhsili doğulduğu yerdə alan Ömər, müəllimlərinin dünyadan getməsindən sonra 1908-ci ildə İstanbula gedir. Orada bir müddət Tokatlı Şakir Əfəndinin dərslərində iştirak edir.1909-cu ildə isə ondan dərs deməklə bağlı icazə alır. 1912-ci ildə imtahanlarda uğur qazanan Ömər Nəsuhi 1913-cü ildə yüksək qiymətlərlə Qazilər məktəbini bitirir. Müxtəlif illərdə fərqli sahələrdə iş fəaliyyətinə başlayır. 1926-cı ildə İstanbul Müftiliyində fəaliyyətə başlayan Ömər, 1943-cü ildə İstanbul müftisi təyin edilir.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.
Semyon Bilmes
Semyon Bilmes (d. 29 avqust 1955) - Azərbaycan əsilli amerikalı rəssam, Eşlənd İncəsənət Akademiyasının qurucusu və müəllimlərindən biri. Bu incəsənətin ABŞ-nin Oreqon şttının Eşlənd şəhərində və Havayinin Maui şəhərində bölmələri vardır. Bilmes ABŞ səviyyəsində marketinq, redaktə və kitab rəssamlığı sahəsində tanınmışdır. O, AT&T, CBS, General Mills, Warner Lambert, Smirnoff Vodka, Citibank, Clairol, Western Union, Alaska Airlines və Philip Morris kimi şirkətlərin reklamları üçün rəsmlər çəkmişdir. O, kitablara və Reader's Digest, the The New York Times dövrü mətbuatlar üçün rəsmlər çəkmişdir. Bilmesin yağlı boya rəssamlığı nümunəsi olan "Qırmızı türbanda xanım" əsəri American Showcase tərəfindən hazırlanmış ilin ən yaxşı dizaynları və rəsmləri siyahısında yer almışdır. Semyon Bilmes 1955-ci il 29 avqust tarixində Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur. O, ilk incəsənət təhsilini məktəbin ilk illərində almış, 16 yaşına çatdıqda isə Bakıda yerləşən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinda təhsilinə davam etmişdir. 1980-ci ildə Nyu-Yorka mühacirət etmiş, burada da Parlons Dizayn Məktəbindən məzun olmuşdur.
Balık Bişməse rayonu
Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir. == Tarixi == Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir.