Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilqeyis Həşimzadə
Bilqeyis Əhməd qızı Həşimzadə (1900, Nuxa – fevral 1961, Bakı) — ilk azərbaycanlı hüquqşünas qadın. == Həyatı == Bilqeyis Həşimzadə 1900-cü ildə Şəkidə, fəhlə ailəsində doğulub. Bilqeyis iki yaşında olarkən atası rəhmətə getmişdir. O, Şəki 2 №-li ipək fabrikində fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində qalmışdir. Ailədə maddi vəziyyətin ağır olması ilə əlaqədar əmisi 7 yaşlı Bilgeyisi Şəkinin tanınmış bəylərindən olan Rzaqulu bəyin evinə qulluqçu verir. O zaman Rzaqulu bəy evinin yuxari mərtəbəsində qizlar üçün məktəb təşkil etmişdi. Həmin məktəbdə Nəriman Nərimanovun bacisi qızı Nabat Nərimanova dərs deyirdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nabat xanım inqilabdan qabaq Şəkidə, Bakıda qız məktəblərində dərs demişdir. "Dəbistan", "İşıq" və s. məcmuələrdə maarifə dair yazılarla çıxış etmişdir.
Bilqeyis Məmmədova
Məmmədova Bilqeyis Mir Əbdülqəni qızı (d.27.9.1931, Bakı) — professor (1997). == Həyatı == Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1957). 1957 ildən konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında prof, vəzifəsində işləyir. 1953-62 illərdə Azərb. Dövlət musiqi nəşriyyatının baş redaktoru, 1962-66 illərdə "Azərnəşr"də İncəsənət redaksiyasının müdiri, 1969-79 illərdə Azərb. Dövlət Konservatoriyasında tədris və elmi işlər üz prorektor olmuş, həmçinin 1974-77 illərdə konservatoriyanın rektorı vəzifəsini icra etmişdir. Bir sıra elmi yazıların, dərs vəsaitlərinin müəllifidir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Bilqeys
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Bilqamıs
Gilqameş, Bilqamıs (şumer. Bilqames) — Şumer mifologiyasında yarı-əfsanəvi hökmdar. Bilqameş olaraq da bilinir. Ölümsüzlüyü axtarmışdır. Tanrılara üsyan edərək sirli diyarlara səfərlər etmişdir. Öldüyü zaman bir çayın yatağı dəyişdirilərək dəfn edilir, daha sonra çay təkrarən əvvəlki yatağına qaytarılır. Çay yatağının dəyişdirilməsinə dair eyni söz-söhbət Attila xan üçün də deyilir. Gilqameşin bədəni tüklüdür. == Tarixiliyi == Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur.
Bilgədi
Bilhədi — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 610 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir.
Bilqeş (Askın)
Bilqeş (başq. Билгеш, rus. Бильгиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 33 km, kənd sovetliyindən (Kaşka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 133 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100 %) üstünlük təşkil edir.
Henle ilgəyi
Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək. Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq (lat. crus descendens) və qalxan ayaqcıq (lat. crus ascendens); bunların ən dar hissəsinə boğaz – lat. isthmus deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunur. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. == İstinadlar == == Mənbələr == Prof.
Biləyi açan dirsək əzələsi
== Həmçinin bax ==
Biləyi bükən dirsək əzələsi
== Həmçinin bax ==