TƏRLƏMƏK

f.
1. Bədəni tərlə örtülmək, tər tökmək, dərinin məsamələrindən tər sızmaq. İstidən tərləmək. Alnı tərləmək.
– Bilqeyis həyəcanından tərləmişdi. S.Vəliyev.
İşləməyə adət etmədiyindən [Aydının] əlləri tərləyib qabarlaşmışdı. H.Seyidbəyli.

// məc. Bir işlə çox və ciddi məşğul olmaq, bir şey üzərində işləməkdən çox yorulmaq. Məsələnin həlli üzərində tərləmək.
2. Çökmüş buxardan nəm olmaq, nəm çəkmək.
Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun.
Qurumağa üz tutmuş ağaclar su içib cana gəldi, torpaq tərləməyə, nəfəs almağa, yenidən dirçəlməyə başladı. Ə.Məmmədxanlı.

3. Bir tərəfi isti, o biri tərəfi soyuq olan boru, şüşə və s. kimi şeylər üzərində su damlaları əmələ gəlmək; nəmlənmək. Pəncərənin şüşələri tərləyib. İstidən su borusu tərləyib.
4. məc. dan. zar. İstəmədiyi halda xərcləməyə, verməyə məcbur olmaq (pul haqqında). 100 manat tərlədim.
◊ Bığ(ının) yeri (yenicə) tərləmək – bax bığ.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRLƏMƏK xərcləmək — ödəmək — vermək
  • TƏRLƏMƏK əlləşmək — çalışmaq — işləmək
  • TƏRLƏMƏK islanmaq — nəmlənmək

Omonimlər

  • TƏRLƏMƏK TƏRLƏMƏK I f. Tər tökmək. İlin hər fəslində tərləyirəm. TƏRLƏMƏK II f. Xərcləmək, ödəmək. Ay yoldaş, bir az tərləmək lazım gəlir, sənə havayı iş görmü
TƏRLƏMƏ
TƏRLƏTMƏ

Digər lüğətlərdə

белова́тый валу́нный ле́провый напестри́ть опупе́ть отликова́ть пропа́рка бла́го говню́к одори́роваться подсо́вывать подтача́ть португа́лец шу́бный клей бунеть шпангоут abaft footsure pancreas proselyte river basin type foundry Yukon жеребёнок метранпаж