Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Niftalı Qocayev (biofizik)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır. 1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır.
Oqtay Qasımov (biofizik)
Qasımov Oqtay Kazım oğlu (4 avqust 1958, Zaqatala) — AMEA Biofizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). Oqtay Qasımov 1958-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. Gasymov O.K., Mamedov Sh.V., and L’vov K.M. Free-radical processes in the mechanical destruction of proteins. Polymer Science USSR, rev. art., 1992, 34, 3, 196-204. Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Structural changes in human tear lipocalins associated with lipid binding. Biochim.Biophys.Acta, 1998; 1386(1); 145-156. Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Resolution of ligand positions by site directed tryptophan fluorescence in tear lipocalin. Protein Science, 2000, 9, 2, 337-343. Gasymov OK, Abduragimov AR, Yusifov TN, Glasgow BJ. Site Directed Tryptophan Fluorescence Reveals the Solution Structure of Tear Lipocalin: Evidence for features that confer promiscuity in ligand binding, Biochemistry, 2001, 40, 14754-14762.
İradə Əliyeva (biofizik)
Biofizika
Biofizika (q.yun. βiοs — həyat, q.yun. φύσις — təbiət) və ya bioloji fizika — fizika elminin metod və yanaşmalarını istifadə edərək canlıları öyrənən elm. Canlı təbiəti bütün aspektlərdə, molekul və hüceyrədən başlayaraq biosferədək bütün təbəqələrdə öyrənir. Bioloji sistemlərin müxtəlif səviyyələrində gedən fiziki proseslər haqqında və bioloji obyektlərə təsir edən müxtəlif fiziki faktorlar haqqında elmdir. Biofizika canlılarda olan fiziki mexanizmlərlə bioloji xüsusiyyətlər arasında olan əlaqəni də öyrənir. Biofizika təbiət elmləri arası bir elmdir və onun tədqiqi üçün fizika, biologiya, kimya və tibb sahəsində biliklər tələb edilir. == Biofizikanın sahələri == UNESCO-nun nomenklaturasına görə biofizika biologiyanın 2406 kodu altında bir sahəsidir.. UNESCO-nun nomenklaturasına görə biofizikanın aşağıdakı sahələri vardır :: 2406.01 Bioakustika 2406.02 Bioelelektriklik 2406.03 Bioenergetika 2406.04 Biomexanika 2406.05 Biooptika 2406.06 Tibbi fizika 2406.99 Digər sahələr Bu təsnifat yeni tədqiqatların çətinliksiz yeni formatda verilməsi üçün tərtib edilmişdir. == Biofizika ümumi kursunun tədris təsnifatı == Biofizika ümumi kursunun səmərəli tədrisi üçün aşağıdakı təsnifat da təklif edilmişdir :: Nəzəri biofizika: mürəkkəb sistemlərin biofizikası: bioloji proseslərin kinetikası; bioloji proseslərin termodinamikası: canlı strukturlarda enerjinin çevrilməsi; molekulyar biofizika: biopolimerlərin və molekulyar sistemlər üstünün təşkilinin və fəaliyyət göstərməsinin fiziki və struktur təşkili; hüceyrə proseslərinin biofizikası: membran proseslərinin biofizikası: bioloji membranların və onların hissələrin xüsusiyyətləri; fətəbioloji proseslərin biofizikası: xarici işıq mənbələrinin canlı orqanizmlərə təsiri; radiasiya biofizikası: ionlaşmış şüalanmanın təsiri; riyazi biofizika.
Biofizika İnstitutu
Biofizika İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi. İnstitutda 57 nəfər əməkdaş çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 4 nəfəri dossent, 1 nəfər böyük elmi işçi, 24 nəfəri elmi işçi, 12 nəfər mütəxəssis 15 nəfəri isə texniki işçilərdir. == Tarixi == Azərbaycan müstəqillik əldə edəndən bu yana müxtəlif mövzularda regional və qlobal əməkdaşlığa, dialoqa, qarşılıqlı yardıma xidmət edən tədbirlərə ev sahibliyi edib. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. Ənənəvi olaraq, Forum paytaxtımızda 2011-ci ildən keçirilməkdədir və hər il bu mühüm tədbir, dünyanın müxtəlif tanınmış siyasətçilərini, alimlərini, ictimai xadimlərini, kütləvi informasiya vasitələri nüməyandələrini və müxtəlif peşə sahiblərini bir araya gətirir. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən Nobel mükafatı laureatlarının iştirakını da xüsusi vurğulamaq lazımdır. Onların sırasında Kimya üzrə Nobel mükafatı laureatları, professor Keri Benks Mullis, Arye Varş, Kurt Vütrex, Əhməd Zevayl, fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatları professor Ervin Neyeri və Tomas Kristian Züdhofu, fizika sahəsi üzrə Corc Smutu və başqalarını misal göstərmək olar. Qabaqcıl dünya alimlərinin fikrincə XXI əsr biologiyada, o cümlədən biofizikada keyfiyyətcə yeni ciddi elmi irəliləyişlər əsri olacaq. Eyni zamanda bu sahənin Azərbaycanda da inkişafı müasir dövrün tələblərindəndir.
Molekulyar biofizika
Molekulyar biofizika — fizika, kimya, mühəndislik, riyaziyyat və biologiyadan anlayışları birləşdirən sürətlə inkişaf edən fənlərarası tədqiqat sahəsi. Bu sahə biomolekulyar sistemləri başa düşməyə çalışır və bioloji funksionallığı molekulyar quruluş, struktur təşkili və dinamik davranış baxımından izah etmək məqsədi daşıyır. Eyni zamanda bu fənn molekulyar qüvvələrin ölçülməsi, molekulyar əlaqələr, allosterik qarşılıqlı təsirlər, Broun hərəkəti və kabel nəzəriyyəsi kimi mövzuları əhatə edir. Əlavə tədqiqat sahələri Biofizika Kontur başlığı altında tapıla bilər.
AMEA Biofizika İnstitutu
Biofizika İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi. İnstitutda 57 nəfər əməkdaş çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 4 nəfəri dossent, 1 nəfər böyük elmi işçi, 24 nəfəri elmi işçi, 12 nəfər mütəxəssis 15 nəfəri isə texniki işçilərdir. == Tarixi == Azərbaycan müstəqillik əldə edəndən bu yana müxtəlif mövzularda regional və qlobal əməkdaşlığa, dialoqa, qarşılıqlı yardıma xidmət edən tədbirlərə ev sahibliyi edib. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. Ənənəvi olaraq, Forum paytaxtımızda 2011-ci ildən keçirilməkdədir və hər il bu mühüm tədbir, dünyanın müxtəlif tanınmış siyasətçilərini, alimlərini, ictimai xadimlərini, kütləvi informasiya vasitələri nüməyandələrini və müxtəlif peşə sahiblərini bir araya gətirir. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən Nobel mükafatı laureatlarının iştirakını da xüsusi vurğulamaq lazımdır. Onların sırasında Kimya üzrə Nobel mükafatı laureatları, professor Keri Benks Mullis, Arye Varş, Kurt Vütrex, Əhməd Zevayl, fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatları professor Ervin Neyeri və Tomas Kristian Züdhofu, fizika sahəsi üzrə Corc Smutu və başqalarını misal göstərmək olar. Qabaqcıl dünya alimlərinin fikrincə XXI əsr biologiyada, o cümlədən biofizikada keyfiyyətcə yeni ciddi elmi irəliləyişlər əsri olacaq. Eyni zamanda bu sahənin Azərbaycanda da inkişafı müasir dövrün tələblərindəndir.
Biofizika İnstitutu (Azərbaycan)

Diofizit
Diofizit, Nestorun müdafiə etdiyi fikirdir. Monofizit anlayışının əksidir. Bu görüşə görə: Kəlam 30 yaşında olarkən İsaya gəlmişdi, Məryəmdən o vaxta qədər anadan olan İsa pak və günahsız bir insan idi. Allahlıq keyfiyyəti yalnız Kəlam gəldikdən sonra gəldi və yalnız bundan sonra həm insan, həm də tanrı xüsusiyyətlərinin hər ikisini daşıyır, Məryəm bir Allah olan İsanın deyil, bir insan olan İsanın anası hesab olunur. Beləliklə, bu görüşə görə, Məryəm Allahın anası (Theotokos) deyil, Məsih İsanın anasıdır; Allah doğula bilməz, buna görə İsa Ata ilə eyni ola bilməz. Ancaq Kəlamın gəlişindən sonra İsa da insan və ilahi xüsusiyyətlər var idi və İsa həm tanrı, həm də insan olmuşdu. İsa bu iki təbiəti kəlamın gəlməsindən sonra özündən əks etdirirdi (Diofizit). Bu görüşə görə, çarmıxa çəkildikdə, ilahi təbiət İsadan ayrılmış, sadəcə olaraq insan olan İsa əziyyət çəkdi və iztirabları ilahi İsaya toxunmadı. Bu fikirlər Roma və Yunan kilsələri tərəfindən qəbul edilmədi, 431-ci ildə toplanmış Birinci Efes Məclisi tərəfindən rədd edildi, lakin Nestorius qovulmadı, ancaq vəzifəsindən alındı. Fəaliyyətini davam etdirən Nestorius güclənməyə başladı və bizim eranın 449-cu ilində Efesdə toplanan İkinci Efes Məclisində çıxarılan qərarla Nestor xaric edildi və nəticədə Nestorun fikirlərini müdafiə edənlər öz şəxsi kilsələrini qurdular.
Kərim Kərimov (geofizik)
Kərim Kərimov (Kərimov Kərim Məmmədxan oğlu; 5 iyun 1933, Ağdam) — geologiya, geologiya-mineralogiya elmləri doktoru, Professor. AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Kərim Kərimov 5 iyun 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1947-ci ilə qədər Ağdam, Ağstafa, Ucar məktəblərində oxuyub, 1952-ci ildə Bakıda orta məktəbi bitirib. Həmin il indiki Neft Akademiyasına daxil olub, 1975-ci ildə oranı "Dağ mühəndisi geofizikası" ixtisası üzrə bitirib. K.Kərimov 1961-ci ildə əyani aspiranturaya daxil olub, 1964-cü ildə elmlər namizədi dissertasiyasını uğurla müdafiə edib. 1978-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə Moskva BAK tərəfindən ona geofizika üzrə professor rütbəsi verilib. 1991-ci ildə Azərbaycan dövətinin Əməkdar Elm Xadimi adına layiq görülüb. 1992–1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tofiq Əhmədov (geofizik)
Tofiq Əhmədov (1947, Dəvəçi rayonu) — dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il). 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Güləmli kən­dində anadan olmuşdur. 1964-cü ildə Dəvəçi rayon orta məktəbini gümüş medalla bitirərək, M. Əziz­bəyov adına Neft və Kimya institutuna daxil olub. 1969-cu ildə bu ins­ti­tu­tun geologi-kəşfiyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla institutda saxlanılıb, institutun aspiranturasına daxil olub. 1975-ci ildə dissertasiyanı müdafiə edib, geologiya-mineralogiya elmlər namizədi alimlik dərəcəsi almışdır. dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il). Seysmik kəşfiyyat məlumatlarının emalı və interpretasiyası, seysmik inversiya. 1973 — 75-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasında mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. 1976 — 77-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasının baş elmi işçisi vəzifəsində çalışıb. Bu illər ərzində əvəzçiliklə mühazirələr oxumuş, laboratoriya dərsləri aparmışdır.