Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biosfer
Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir. Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir. Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir.Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir. Buraya Biosphere 2 və BIOS-3 kimi süni biosferlər və potensial olaraq digər planetlər və ya aylardakı biosferlər daxildir.
Biosfer qoruğu (Bakı)
Biosfer qoruğu - 1974-cü ildə "UNESCO"-nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır. Bakı Biosfer rezervatının yaradılmasında Azərbaycan Respublikasının dövlət başçısı Heydər Əliyevin uzaqgörən siyasəti rol oynadı. Bu işdə ona akademik Həsən Əliyevin böyük köməyi oldu. Azərbaycanın təbii gözəllikləri bir çox qoruq və yasaqlıqlarda qorunur. Biosfer rezervatı ərazisindəki bitki nümunələrinin zənginliyi ilə fərqlənir.
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
İnsan və biosfer
İnsan və biosfera (MAB; ing. Man and biosphera) — Beynəlxalq elmi tədqiqat insan və biosfera proqramı. 1970-ci ildə qəbul olunmuşdur. Bir sıra mühüm bioloji və ekoloji məsəslələri araşdırır. == Məqsəd == Elm, təhsil və ekoloji baxımdan dünya səviyyəsində əhəmiyyət daşıyan az rast gəlinən canlı növləri və həyat məkanı nümunələrini saxlayan, təbii peyzajlara aid beynəlxalq bir qoruma sahəsi növüdür. YUNESKO-nun İnsan və biosfer (MAB) proqramı altında təsis edilən və qoruma ilə inkişaf arasındakı əlaqəni ortaya qoymağı məqsəd qoyan qoruma sahələri olub, qlobal bir şəbəkə vasitəsiylə bağlanan bir bioloji ehtiyat sahələr ardıcıllığını meydana gətirərlər. == Ədəbiyyat == Bioloji terminlər lüğəti. — Bakı, "MBM" nəşriyyatı ,2005,260 səh.
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi - davamlı inkişaf prinsipinin əməli tətbiqi formalarından biri, yəni mühafizə olunan ərazilərin elə tipidir ki, qoruqlardan və milli parklardan fərqli olaraq ətraf mühitin mühafizəsi ilə yanaşı ekoloji cəhətdən ciddi məhdudlaşdırılmış təsərrüfat fəaliyyəti də nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrində artıq 553 biosfer rezervat fəliyyət göstərir ki, bunlar da əslində insanın ətraf mühitlə yeni qarşılıqlı əlaqələrinin həyata keçirildiyi “adacıqlardır”. Biosfer rezervatların bəşəriyyətin gələcək inkişafı üçün böyük əhəmiyyəti ilə əlaqədar dünyanın müxtəlif ölkələrində bu məsələyə həsr olunmuş elmi-praktiki forumlar keçirilir.
Şimali Vidzeme Biosfer Qoruğu
Şimali Vidzeme Biosfer Qoruğu (latış. Ziemeļvidzemes biosfēras rezervāts‎) — Vidzemenin tarixi bölgəsində yerləşən, Latviyadakı yeganə qorunan təbii bölgə. Estoniya ilə sərhəd boyunca uzanırQoruğa bir çox müxtəlif təbii və yarı təbii yerlər daxildir. İbtidai və ənənəvi landşaftların geniş ərazilərini əhatə edir. Əraziyə 25 təbiət qoruq, bir təbiət parkı və iki dəniz qorunan ərazisi daxildir. Şimali Vidzeme Biosfer Qoruğunun quru ərazisinin yarıdan çoxu meşələr və bataqlıqlar ilə örtülmüşdür. Buradakı 28 qorunan ərazidən 20-si meşələrin və bataqlıqların qorunması üçün nəzərdə tutulub. Şimali Vidzeme Biosfer Qoruğu ecazkar təbii dəyərləri ilə turistlər üçün cəlbedicidir. Buna mənzərəli Burtnieks gölündən tutmuş 95 kilometrlik məsafədə uzanan və Baltik dənizində bitən Salaca çayını göstərmək olar. == Tarixi == 1990-cı ildə Latviya hökuməti mövcud biosfer qoruğunun sərhədləri daxilində Şimal Vidzeme Regional Ətraf Mühitin Mühafizəsi Kompleksini qurdu.
“İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB)
== “İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB) == Təbii sərvətləri idarə etmək problemi ilə əlaqədar aparılan fundamental tədqiqatların koordinasiyası üzrə dövlətarası proqram (MFB). Ümumittifaq bioloji proqramının davamı olaraq YUNESKO-nun Baş konfransının 16-cı sessiyasında qəbul olunmuşdur. 1984-cü ilə qədər bu proqramda 90-a qədər dövlət iştirak etmişdir. MAB-ın əsas vəzifəsi – dünyanın müxtəlif rayonlarında insanın biosferdə gedən proseslərə t əsirini öyrənmək üçün kompleks çoxillik tədqiqatlar aparmaq, həmçinin bu proseslərin dəyişilməsinin insanın özünə təsirini öyrənməkdir. Proqrama 14 layihə daxil edilmişdir. Bu layihələr yerin əsas biomlarına (meşə, tundra, savanna, çöl, səhra və s.), bütövlükdə ətraf mühitə insanın çoxtərəfli təsirinin (torpaqdan istifadə, mühəndis texniki işlər, energiyadan istifadə və s.) öyrənilməsinə həsr edilmişdir. Bu layihələr çərçivəsində 1000-ə yaxın «çöl» layihələri”, o cümlədən meşə ekosistemlərinə havanın çirklənməsinin təsirinin öyrənilməsi, yeni suvarma sistemlərinin fəaliyyəti yerlərdə ətraf mühitin müxtəlif komponentlərinin dəyişilməsi üzərində müşahidə aparılması, resursların çoxtərəfli qiymətləndirilməsi ilə əlaqədar tədqiqatların yerinə yetirilməsi, müxtəlif dağ sistemlərində turizmin inkişafının təsirinin öyrənilməsi məsələləri işlənib hazırlanır. Biosfer qoruqlarının yaradılması da MAB-ın diqqət mərkəzindədir. == Xarici keçidlər == Təbiət və insan Arxivləşdirilib 2017-07-06 at the Wayback Machine YUNESKO üzrə “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin əsərlərinin illik nəşri oxuculara təqdim olunmuşdur.
İnsan və biosfera
İnsan və biosfera (MAB; ing. Man and biosphera) — Beynəlxalq elmi tədqiqat insan və biosfera proqramı. 1970-ci ildə qəbul olunmuşdur. Bir sıra mühüm bioloji və ekoloji məsəslələri araşdırır. == Məqsəd == Elm, təhsil və ekoloji baxımdan dünya səviyyəsində əhəmiyyət daşıyan az rast gəlinən canlı növləri və həyat məkanı nümunələrini saxlayan, təbii peyzajlara aid beynəlxalq bir qoruma sahəsi növüdür. YUNESKO-nun İnsan və biosfer (MAB) proqramı altında təsis edilən və qoruma ilə inkişaf arasındakı əlaqəni ortaya qoymağı məqsəd qoyan qoruma sahələri olub, qlobal bir şəbəkə vasitəsiylə bağlanan bir bioloji ehtiyat sahələr ardıcıllığını meydana gətirərlər. == Ədəbiyyat == Bioloji terminlər lüğəti. — Bakı, "MBM" nəşriyyatı ,2005,260 səh.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı- böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində qeyri-üzvi maddədən canlı maddənin yaranması və parçalanma zamanı üzvi birləşmələrə çevrilməsindən ibarətdir. == Ümumi məlumat == Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir. Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır. Yer kürəsində bu enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80° ş.en.) üç dəfə çoxdur. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur və s.Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır. O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı tsikli sayılır.
Abiosfer
Abiosfer — litosferdə canlıların təsir edə bilmədiyi hissə. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Geosfer
Geosfer (yun. γῆ — "Yer" və σφαῖρα — "kürə") — Yer kürəsini əmələ gətirən sferik qatların (bütöv və ya fasiləli) ümumi adı. Geosfer qatları bir-birindən kimyəvi tərkibinə, aqreqat vəziyyətinə və fiziki xüsusiyyətinə görə fərqlənir. Kənardan Yerin mərkəzinə doğru maqnitosfer, atmosfer, hidrosfer, litosfer (yer qabığı və substrat), mantiya və Yerin ayrılır. Həmçinin xüsusi təbəqələr — biosfer və coğrafi təbəqə ayrılır.
Kriosfer
Kriosfer (q.yun. κρύος — soyuq və σφαῖρα — şar, təbəqə) — Yer kürəsinin atmosfer, hidrosfer və litosfer ilə sərhəd zonasında həmişə temperaturu mənfi olan soyuq təbəqəsi. Üst sərhəddi qütb ölkələrində Yer səthindən osta hesabla 8 km, ekvatorda isə 17 km hündürlükdə yerləşir. Alt sərhəddi yüksək enliklərdə dəniz səthində, tropiklərdə isə 6,5 km-ə qədər hündürlükdə yerləşir. Kriosferin orta qalınlığı 10 km-dir. == Ümumi məlumat == Kriosfer Yer səthində bütöv təbəqə əmələ gətirmir, onun mövqeyi ilin fəsillərindən asılı olaraq dəyişir. Qurunun bütün səthinin təqribən 50%-i (tropiklər arasında dəniz səviyyəsindən 1500 m hündürlüyə kimi) kriosferə düşmür, 30%-i hər il (ilin soyuq dövründə) kriosferə düşür, 20%-i isə daima kriosfer daxilində olur.Yerdə buzun ümumi həcmi 30 milyon km³-dən çoxdur, bu isə, litosferdəki su nəzərə alınmazsa, bütün suyun miqdarının 2,6%-ə qədərini təşkil edir. Yer səthinin təqribən 50 milyon km²-i (11%-i) daima buzla örtülüdür. Dəniz buzu bütün buzun yalnız 0,2%-ni təşkil edir. Yer qabığının üst qatlarında 0,5 milyon km³ (bütün buzun 1,6%-i) yeraltı buz vardır ki, bu da 16 milyon km² sahədə yayılmışdır.
Litosfer
Litosfer (yun. λίθος — daş və σφαίρα — sfera) – Yerin üst bərk qatı.Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiya daxil edilir. Litosfer əlaqələndirici təbəqədir.Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki,onun qalınlığı materik Yer qabığında 150–200 km-ə qədər,okeanlarda isə 90 km-ə çatır.«Litosfer» və «Yer qabığı» məfhumlarının mənasını eyniləşdirmək olmaz. == Litosfer qatları == Yer qabığı1.Materik yer qabığı.2.Okean yer qabığı.3.Keçid qabığ(Böyük materiklərin kənar hissələri üçün xarakterikdir). Materik qabığı 3 qatdan ibarətdir:Çökmə qat Qranit qat. Bazalt qat.Qranit qata silisium və alüminium çox olduğu üçün SiAl təbəqəsi,bazalt qata isə silisium və maqnezium çox olduğu üçün SiMa təbəqəsi deyilir. Okean qabığı isə 2 qatdan ibarətdir.Qranit qat yoxdur.Çokmə qat. Bazalt qat.Qranit qatla Bazalt qat arasında Konrad sərhəddi var. Yuxarı mantiyaYer qabığı ilə Yuxarı mantiya arasında Moxoroviçiç sərhədi yerləşir.Litosferin aşağı sərhəddi "Benyof" zonası adlanır. Litosferlə Aşağı mantiyanın sərhəddində Astenosfer yerləşir.
Noosfer
Noosfer - (yun. noos-ağıl və sphaira) (rus. ноосфера, ing. noosphere, yun. νόος — şüur и σφαῖρα — sfera, dairə, təbəqə) — planetin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsidir. == Geomorfoloji termin == Noosfer məfhumu 1927-ci ildə fransız alimləri Elmə Teyyar de Şarden və E. Le-Rua tərəfindən gətirilmişdir. Vernadski isə bu anlayışı inkişaf etdirmişdir. Noosfer insanın kosmosa çıxması və planetdə dərin məsələlərin həlli sayəsində fasiləsiz olaraq genişlənmək meylinə malikdir.Noosfer çox zaman Antroposfer adlandırılır: Antroposfer — insan yaşayan və ya daxil olan yer sferi; Antroposfer — Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə və yavasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək hissəsi. Antroposfer həm də biosferin insan tərəfindən dəyişilmiş halda istifadə olunan hissəsidir. (coğrafi landşaft qabığı).
Rizosfer
Rizosfer - bilavasitə bitki köklərinə yapışmış və yüksək miqdarda mikroorqanizmlərə malik olan qatı (2-3 mm). Rizosferin mikroflorasının tərkibi torpaq tipindən, bitkinin növü və yaşından asılıdır. == Rizosferin mikroorqanizmlərə təsiri müxtəlifdir: == Onlar torpaqda bitki tərəfindən çətin mənimsənilən birləşmələəri asan mənimsənilən hala çevirirBioloji aktiv maddələrin sintez edir, bitkilərlə simbioza girir, toksinlər ayırır, denitrifikasitada iştirak edir və s. == Xarici keçid == Rizosfer nedir?
Bosfor
Bosfor (türk. İstanbul Boğazı və ya türk. Boğaziçi) — Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirən su keçidi. Bosfor boğazı ümumi olaraq şimal-şərq və cənub-qərb istiqamətində uzanır və İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır. Boğazın hər iki tərəfində mövcud olan məskunlaşma ərazisi "Boğaziçi" olaraq adlandırılır. Bosfor boğazı Mərmərə dənizi və Dardanel boğazı ilə birlikdə Türk boğazlarının siyahısına daxil edilmişdir. Boğaz Avropa və Asiya qitələrini bir-birlərindən ayıran təbii sərhədlərdən biri olaraq qəbul edilir. 1 may 1982-ci il tarixində qüvvəyə minən İstanbul Liman Nizamnaməsinin qərarına əsasən Bosfor boğazının şimal sərhədi Anadolu mayakını Rumeli mayakına birləşdirən xətt, cənub sərhədi isə Axırqapı mayakını Kadıköy İnciburnu mayakına birləşdirən xətt olaraq təyin olunmuşdur.Boğazın sahilləri tarix boyunca müxtəlif sivilizasiyalar yaradan xalqların məskunlaşdığı ərazi olmuş, e.ə. 685-ci ildə Meqаrаdan gələn yunanların hal-hazırda tarixi yarımada olaraq adlandırılan ərazidə şəhər dövləti yaratması ilə inkişaf edərək böyüməyə başlamışdır. Boğaz həm Böyük Roma İmperiyası, həm Şərqi Roma İmperiyası, həm də Osmanlı İmperiyasının paytaxtı olan və hal-hazırda Türkiyənin ən böyük şəhəri olan İstanbulun rəmzlərindən biridir.
Biosseri quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Litosfer tavaları
Bosfor boğazı
Bosfor (türk. İstanbul Boğazı və ya türk. Boğaziçi) — Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirən su keçidi. Bosfor boğazı ümumi olaraq şimal-şərq və cənub-qərb istiqamətində uzanır və İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır. Boğazın hər iki tərəfində mövcud olan məskunlaşma ərazisi "Boğaziçi" olaraq adlandırılır. Bosfor boğazı Mərmərə dənizi və Dardanel boğazı ilə birlikdə Türk boğazlarının siyahısına daxil edilmişdir. Boğaz Avropa və Asiya qitələrini bir-birlərindən ayıran təbii sərhədlərdən biri olaraq qəbul edilir. 1 may 1982-ci il tarixində qüvvəyə minən İstanbul Liman Nizamnaməsinin qərarına əsasən Bosfor boğazının şimal sərhədi Anadolu mayakını Rumeli mayakına birləşdirən xətt, cənub sərhədi isə Axırqapı mayakını Kadıköy İnciburnu mayakına birləşdirən xətt olaraq təyin olunmuşdur.Boğazın sahilləri tarix boyunca müxtəlif sivilizasiyalar yaradan xalqların məskunlaşdığı ərazi olmuş, e.ə. 685-ci ildə Meqаrаdan gələn yunanların hal-hazırda tarixi yarımada olaraq adlandırılan ərazidə şəhər dövləti yaratması ilə inkişaf edərək böyüməyə başlamışdır. Boğaz həm Böyük Roma İmperiyası, həm Şərqi Roma İmperiyası, həm də Osmanlı İmperiyasının paytaxtı olan və hal-hazırda Türkiyənin ən böyük şəhəri olan İstanbulun rəmzlərindən biridir.
Bosfor dövləti
Bosfor dövləti və ya Bospor dövləti, həmçinin Bospor padlaşlığı (q.yun. Βασίλειον τοῦ Κιμμερικοῦ Βοσπόρου) — tarixi dövlət. == Tarixi == Bosfor dövləti e.ə. 480-ci ildə təşəkkül tapmışdır. Dövlət müstəqil Yunanıstan şəhərlərinin birləşməsindən yaradılmışdır. Krallığın paytaxtı Pantikapey idi. Daha sonra Feodosiya da krallığa əlavə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Rare and Unique Coins of Bosporan Kingdom. Bulletin of the Odessa Numismatics Museum. Issues 7,8,9.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir.Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. == Yerləşməsi == Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Bosfor Film Festivalı
Bosfor Film Festivalı (türk. Boğaziçi Film Festivali) – 2013-cü ildən Türkiyədə Beynəlxalq Bosfor Kinematoqrafiya Dərnəyi (BBKD) tərəfindən keçirilən beynəlxalq film festivalı. Festival adətən hər ilin payız aylarında keçirilir. Festival 3 əsas kateqoriyada olmaqla 20 mükafat verir. Sonuncu keçirilmiş festivalda iştirak etmək 122 ölkədən 3679 film müraciət etmişdi.
Şərqi Bosfor boğazı
Şərqi Bosfor boğazı Yapon dənizinın Böyük Pyotr körfəzi ərazisində yerləşir. Amur və Ussuri körfəzini birləşdirir. Muravyov-Amurski yarmadasını Rus və Yelena adalarını ayırır. Sahillərində Basarqina, Larionov, Kazarina burubları və Skripleba adası yerləşir. Uzunluğu 9 km ,dərinliyi isə 50 m təşkil edir. Ən dar yerini 800 metrdir. Bu səbəbdən Vladivostok şərhərini Rusiy adası ilə birləşdirən körpü tikilmişdir. 2012-ci ilin 2 iyul tarixində istifadəyə verilmişdir. Bu körpüdünyanın ən uzun körpülərindən biridir. Körpü Nazimov yarmadasını Novosilçeva burnuna birləşdirir.