BOSFOR

Yunan sözüdür, mənası “dar boğaz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BORUVARI
BOŞAMAQ
OBASTAN VİKİ
Bosfor
Bosfor (türk. İstanbul Boğazı və ya türk. Boğaziçi) — Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirən su keçidi. Bosfor boğazı ümumi olaraq şimal-şərq və cənub-qərb istiqamətində uzanır və İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır. Boğazın hər iki tərəfində mövcud olan məskunlaşma ərazisi "Boğaziçi" olaraq adlandırılır. Bosfor boğazı Mərmərə dənizi və Dardanel boğazı ilə birlikdə Türk boğazlarının siyahısına daxil edilmişdir. Boğaz Avropa və Asiya qitələrini bir-birlərindən ayıran təbii sərhədlərdən biri olaraq qəbul edilir. 1 may 1982-ci il tarixində qüvvəyə minən İstanbul Liman Nizamnaməsinin qərarına əsasən Bosfor boğazının şimal sərhədi Anadolu mayakını Rumeli mayakına birləşdirən xətt, cənub sərhədi isə Axırqapı mayakını Kadıköy İnciburnu mayakına birləşdirən xətt olaraq təyin olunmuşdur. Boğazın sahilləri tarix boyunca müxtəlif sivilizasiyalar yaradan xalqların məskunlaşdığı ərazi olmuş, e.ə. 685-ci ildə Meqаrаdan gələn yunanların hal-hazırda tarixi yarımada olaraq adlandırılan ərazidə şəhər dövləti yaratması ilə inkişaf edərək böyüməyə başlamışdır.
Bosfor boğazı

Bosfor dövləti
Bosfor dövləti və ya Bospor dövləti, həmçinin Bospor padlaşlığı (q.yun. Βασίλειον τοῦ Κιμμερικοῦ Βοσπόρου) — tarixi dövlət. == Tarixi == Bosfor dövləti e.ə. 480-ci ildə təşəkkül tapmışdır. Dövlət müstəqil Yunanıstan şəhərlərinin birləşməsindən yaradılmışdır. Krallığın paytaxtı Pantikapey idi. Daha sonra Feodosiya da krallığa əlavə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Rare and Unique Coins of Bosporan Kingdom. Bulletin of the Odessa Numismatics Museum. Issues 7,8,9.
Bosfor Film Festivalı
Bosfor Film Festivalı (türk. Boğaziçi Film Festivali) – 2013-cü ildən Türkiyədə Beynəlxalq Bosfor Kinematoqrafiya Dərnəyi (BBKD) tərəfindən keçirilən beynəlxalq film festivalı. Festival adətən hər ilin payız aylarında keçirilir. Festival 3 əsas kateqoriyada olmaqla 20 mükafat verir. Sonuncu keçirilmiş festivalda iştirak etmək 122 ölkədən 3679 film müraciət etmişdi.
Şərqi Bosfor boğazı
Şərqi Bosfor boğazı Yapon dənizinın Böyük Pyotr körfəzi ərazisində yerləşir. Amur və Ussuri körfəzini birləşdirir. Muravyov-Amurski yarmadasını Rus və Yelena adalarını ayırır. Sahillərində Basarqina, Larionov, Kazarina burubları və Skripleba adası yerləşir. Uzunluğu 9 km ,dərinliyi isə 50 m təşkil edir. Ən dar yerini 800 metrdir. Bu səbəbdən Vladivostok şərhərini Rusiy adası ilə birləşdirən körpü tikilmişdir. 2012-ci ilin 2 iyul tarixində istifadəyə verilmişdir. Bu körpüdünyanın ən uzun körpülərindən biridir. Körpü Nazimov yarmadasını Novosilçeva burnuna birləşdirir.

Digər lüğətlərdə