Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Billi Ayliş: Dünya biraz bulanıqdır
Billi Ayliş: Dünya bir az bulanıqdır (ing. Billie Eilish: The World's a Little Blurry) — Ar Cey Katlerin rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı sənədli film. Filmdə Billi Aylişin 2016-cı ildə "Ocean Eyes" mahnısı ilə şöhrət qazanması və onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" üzərində görülən işlərə yer verilib. Film 26 fevral 2021-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda və Apple TV+-da nümayiş olunub.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Şiraz
Şiraz (Farsca: شیراز,) — İranın Fars ostanının mərkəzidir. == Ümumi məlumat == Şiraz şəhərinin ətrafını Zaqros dağ silsiləsi çevrəliyib. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı sayılır. Ədəbiyyatın inkişaf etmiş zonasıdır. Sədi Şirazi və Hafiz Şirazi kimi böyük şairlər nisbələrindən də göründüyü kimi Şiraz şəhərindəndirlər. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər.
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Qarabağ (Şiraz)
Qarabağ — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində yerləşən dehestandır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 31337 nəfər və 7553 ailədən ibarət idi.
Şiraz (dəqiqləşdirmə)
Şiraz
Şiraz (Əcəbşir)
Şiraz (fars. شيراز‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,244 nəfər yaşayır (582 ailə).
Şiraz Məmmədov
Məmmədov Şiraz Məcnun oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitututunun "Polimerlərin Radiasiya Kimyası və Texnologiyası" laboratoriyasının rəhbəri, kimya elmlər doktorudur. == Həyatı == Məmmədov Şiraz Məcnun oğlu 14 sentyabr 1944-cü ildə Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olmuşdur. 1951-ci ildə Ağdaş şəhəri 3 saylı orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 1953-cü ildə ailənin Sumqayıt şəhərinə köçməyi ilə əlaqədar orta təhsilini 2 saylı məktəbdə davam etdirmişdir. 1959-cu ildə 7-ci sinfi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumuna (SKTT) daxil olmuşdur. SKTT – da təhsil almaqla bərabər 2 saylı Fəhlə — Gənclər məktəbində təhsilini davam etdirmişdir. 1962-ci ildə 2 saylı gecə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakültəsinə (axşam) qəbul olunmuşdur. ADU-da təhsil almaqla bərabər, 1962-ci ildə boru–prokat zavodunda mexaniki – təmir sexində çilingər, qaynaqçı işləmişdir. ADU-un tələbi ilə kimya zavodlarında: P/Q-240-da soyuducu kompressorlar üzrə maşınist, neft – kimya kombinatında qliserin, etilen-propilen və azot-oksigen sexində baş laborant, növbə rəisi və laboratoriya rəisi vəzifəsində çalışmışdır. 1968-ci ildə ADU kimya fakültəsinin mühəndis kimyaçı ixtisasını bitirmişdir.
Şiraz qonaqlığı
Şiraz Qonaqlığı və ya Şiraz şənliyi ― 1763-cü ildə İran şahı Kərim xan Zənd, Xoy xanı Şahbaz xan, Qarabağ xanı Pənahəli xan, Naxçıvan xanı Hacı xan, Qaradağ xanı Kazım xan və Sərablı Əli xan arasında baş vermiş xəyanət. Xəyanəti Kərim xan Zənd təşkil etmişdir. Kərim xan Zənd öz qardaşı edam olunan yerdəcə Fətəli xan Əfşarı edam etdirmişdir. Bu münasibətlə ziyafətə dəvət edilən xanlar isə faktiki olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. Xanlar Şiraza Çatdıqdan sonra “ziyafətin” əsl mahiyyəti bir daha aydınlaşdı. “Şiraz qonaqlığı”nda Kərim xanın məqsədi - bu yolla xanları vətənlərindən uzaq salmaq və beləliklə onları özündən asılı vəziyyətə salmaq idi. “Şiraz qonaqlığı” nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları “qonaqlığ”ın zahiri cəhətlərinə aldanmayaraq öz xanlıqları ilə əlaqə saxlamağa və onu möhkəmləndirməyə səy göstərir, müxtəlif yolla xilas olub vətənə qayıtmağa çalışırdılar. Beləliklə, “Şiraz qonaqlığı” gözlənilən nəticələri vermədi. Bu və başqa (“Qızılqaya xəyanəti(1752)”) faktlar göstərir ki, həmin dövrdə Azərbaycanda millətçilik ön planda deyildi.
Şiraz salatı
Şiraz salatı (fars. سالاد شیرازی‎ salad shirāzi) ənənəvi İran salatıdır, Cənubi İranda Şiraz şəhərində hazırlandığı üçün həmin şəhərin adı ilə tanınır. Bu salat həm də "fars pomidor-xiyar salatı" da adlanır. Baxmayaraq ki, bəzən onun hazırlanmasında laym suyu və ya yaşıl meyvə suyu (üzüm qorası, kal alma və digər turş meyvələri sıxıb şirəsini şıxararaq hazırlanan, dünya mətbəxində verjuice adı ilə, İranda isə ab-qora (آبغوره) adı ilə tanınan, salat və yeməklərə turşuluq verən maye qatqı) istifadə olunur, salatın əsas tərkibi xiyar, pomidor, soğan və limon şirəsindən ibarətdir. Şiraz salatı İranda yay aylarında ayrıca yemək kimi yeyilə bilir, lakin il boyu süfrəyə ət yeməklərinin, xüsusən kabab və steyk yanında əlavə kimi verilir. Shirazi salad is sometimes served as an accompaniment to rice. Cookbook author Jila Dana-Haeri describes it as a refreshing dish during the summer. Şiraz salatı İranın milli salatı sayılır və İranda süfrəyə gələn xörəklərin əksəriyyəti bu salatla birlikdə verilir. Bu salat həmçinin ət yeməyinin ədavasını (acılığını) azaltmaq məqsədi də daşıyır. Salatın tərkibinə daxil olan xiyarın hesabına salat xırtıltı ilə yeyilir; bir qədər pico de gallo and İsrail salatını xatırladır.
Şiraz şəhristanı
Şiraz şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şiraz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 1,512,680 nəfər və 389,659 ailədən ibarət idi.
Bayatı Şiraz (dəqiqləşdirmə)
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı Şiraz təsnifi (mahnı) – Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Gülüstan-Bayatı-Şiraz – Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır.
Gülüstan-Bayatı-Şiraz
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. == Tarixi-mədəni fon == Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur.
Kani Diraz (Bükan)
Kani Diraz (fars. كاني دراز‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (28 ailə).
Biran Damla Yılmaz
Biran Damla Yılmaz (28 iyun 1997, İstanbul) Karyerasının dönüş nöqtəsi olan "Kırgın Çiçekler" serialında önəmli rol alıb. == Həyatı və kariyerası == 28 iyun 1997-ci ildə İstanbulda anadan olub. Yılmaz 2013-cü ildə aktyorluq karyerasına başlayıb və konservatoriyada təhsil alıb. 2014-cü ildə "Çılgın Dersane 4: Ada" filmində oynadı. O, ilk baş rolunu 2019-cu ildə "Mucize 2: Aşk" filmində oynayıb. O, "Kırgın Çiçekler", "Canevim" və "Baraj" seriallarında baş rolda olub. Nəhayət, 2021-2023-cü illər arasında FOX-da yayımlanan "Yasak Elma" serialında "Kumru Yıldırım" obrazını canlandırıb.
Şiraz Beynəlxalq Hava Limanı
Şiraz Beynəlxalq Hava Limanı (İATA: SYZ, İKAO: OISS) Şiraz və dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Hava limanında, İmam Xomeyninin International Airport naviqasiya və elektron avadanlıqların baxımından hava limanı İran təchiz sonra: və xüsusilə İran şəhərlərinə daxili uçuşlar, beynəlxalq uçuşlar və istiqamətdə bir sıra əlavə Fars körfəzi States var.
Gülüstan bayatı-şiraz (film, 1972)
== Məzmun == Filmin əsasını Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Bayatı Şiraz" əsəri təşkil edir. Burada "Bayatı"nın yaradılması tarixindən, onun Moskvada beynəlxalq musiqi konqresində ilk dəfə ifa olunmasından danışılır. Əsəri Ümumittifaq radio və televiziya simfonik orkestri ifa edir.
Abikaz
Abikaz — qədim türkcə abuqaz "əmi", "atanın kiçikk qardaşı" ("Kitabi-Dədə Qorqud"da Kan-Abkaz adını xatırlayın); Azərbaycanda bu mənada şəxs adları indi də vardır: Əmikişi "əmisi kimi kişi", Balaəmi "kiçik əmi" mənalarında.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlarBarak Obama — ABŞ prezidenti.DigərBarak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Bartaz
Bartaz (Zəngilan)Bartaz (kənd, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Bartaz (qəsəbə, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda qəsəbə.Bartaz dəmir yolu stansiyası — Bartaz dəmir yolu stansiyası. Bartaz (dağ) — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ.
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.
Behraz
Behraz (fars. بهراز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 685 nəfər yaşayır (235 ailə).
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Bicar
Bicar şəhəri (az.-əbcəd بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Bifax
Bifax (lat. Bifax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Bihaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Məmmədov — Azərbaycan Bayrağı Ordeni (1994), Vətən uğrunda (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Akışına Bırak (albom)
Akışına Bırak – Mustafa Sandal-ın 2000-ci ildə çıxardığı 5-ci albomudur. == Mahnı haqqında == "Akışına Bırak"albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Albomun ilk mahnısı olan "Tek Geçerim" mahnısı hit-paradlarda böyük uğur qazanmışdır. Albomun ikinci mahnısı olan "Hatırla Beni" mahnısını Mustafa Sandal və Yunan ifaçısı Natalia ifa etmişdir.