Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bricmen
Bricmen (ing. Bridgeman Island) — yaşayışı olmayan ada. Adanın ölçüləri 0,9 x 0,6 km-dir. Vaterloo adasından 37 km şərqdə yerləşir. Cənubi Şetland adaları qrupuna daxildir. == Geologiya == Ada öz növbəsində stratovulkan olaraq 240 metr hündürlüyə malikdir. Ada yuyun dibindən yuxarıya qalxır. Sahilləri sıldırımlıdır. Bu səbəbdən buraya yan almaq mümkünsüzdur. XIX əsrdə aktivlik olması barədə verilən məlumat öz təstiqini tapmamışdır.
Persi Bricmen
Persi Vilyam Bricmen (21 aprel 1882[…], Kembric, Massaçusets – 20 avqust 1961[…]) — ABŞ fiziki. Yüksək təyziq haqqında işinə görə 1946-cı ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur. O, həmçinin geniş şəkildə elmi fəlsəfənin elmi metodlarını və digər təsirlərini işləmişdir.
Stonewall Kitchen
"Stonewall Kitchen" — ev yeməkləri istehsal edən ABŞ firması. Şirkətin məhsullarına cem, mürəbbə, souslar, marmeladlar daxildir. == Tarixi == Şirkətin əsası 1991-ci ildə Con Kinq və Cim Skot tərəfindən qoyulmuşdur. == Dəyəri == Firma hazırda 100 milyon dollarlıq bir dəyərə sahibdir.
Skate Kitchen
Skate Kitchen (azərb. Skeyt mətbəxi‎) — Kristal Mozellin 2018-ci ildə ssenarisi və rejissorluğu ilə çəkilmiş ABŞ filmi. Bu onun qısametrajlı filmi "That One Day" əsasında çəkilib. Film Nyu-Yorkda bir qrup qadın skeytbordçu ilə dostlaşan Kamil (Reyçel Vinberq) adlı yeniyetmə qızın hekayəsindən bəhs edir. Real həyatda da var olan "Skate Kitchen" qrupunun üzvləri bu filmdə özlərinin uydurma versiyalarını canlandırıblar. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Skate Kitchen — Internet Movie Database saytında.
Bricmen Stokbarger metodu
Bricmen — Stokbarger metodu Harvard Universiteti fiziki Persi Uilyam Bricmenin (1882–1961) və Massaçusets texnologiya institutunun fiziki Donald K.Stokbargerin (1895–1952) şərəfinə adlandırılıb. Bu metod özündə monokristal külçələrin yetişdirilməsində istifadə olunan iki fərqli metodu birləşdirir. Polikristallik material ərimə temperaturundan yüksək temperaturuna qədər qızdırılır və konteynerin aşağı ucundan başlayaraq yavaş soyudulur. Proses şaquli istiqamətlərdə həyata keçirilir və adətən ərintinin qarışdırılması üçün fırlanan tigel (ampula) istifadə olunur. Çoxralski üsulu ilə bəzi yarımkeçirici kristalların yetişdirilməsi çətin olduğundan bu məqsədlə çox vaxt Bricmen-Stokbarger metodundan istifadə olunur. Bu proses monokristal külçələrin istehsalında çoxeffektiv üsul sayılır Bricmen texnikası ilə Stokbarger texnikası arasında çox incə fərq var: halbuki, hər iki metodda hərəkət edən tigel və temperatur qradiyenti istifadə edilir, Bricmen metodunda əsasən sobadan çıxışda yaradılan idarə olunmayan qradiyent;Stokbarger texnikasında isə iki əlaqəli peçin yuxarı və aşağı donma nöqtələrinin temperaturlarını ayıran arakəsmə və ya rəfdən istifadə olunur. Bricmen metodunun Stokbarger modifikasiyası ərinti sərhəddində temperatur qradiyentini daha yaxşı idarə etməyə imkan verir.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Märchen der Werwolf - The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. == Məzmun == Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Bircinə
Bircinə (az-əbcəd. بیرجینه‎, fars. پرچینه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (14 ailə).
Bircənd
Bircənd (fars. بیرجند‎) — İranın Cənubi Xorasan ostanı ostanının və Bircənd şəhristanının mərkəzidir.
Bircənd şəhristanı
Büşruiyyə şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bircənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 221,756 nəfər və 60,240 ailədən ibarət idi.
Mühitdin Birgən
Mühitdin Birgən (1885, Konstantinopol – 1 oktyabr 1951) — türkiyəli yazıçı, jurnalist və siyasətçi. 1922–1923-cü illərdə Bakıda yaşamış, Respublika Maarif Komissarlığının kollegiya üzvü seçilmiş, Ali Pedaqoji İnstitutda humanitar ixtisaslar üzrə beş fəndən, Bakı Dövlət Universitetində isə "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. 1939-cu ildə Türkiyə Böyük Millət Məclisinin 6-cı çağırışında Mardindən millət vəkili seçilib. == Haqqında == Mühitdin Birgən 1885-ci ildə İstanbulda anadan olub. Unkapı rüşdiyyəsində, daha sonra isə Vəfa edadiyyəsində orta təhsilini bitirdikdən sonra Darülfünunda Ədəbiyyat fakultəsini bitirib. 1906–1908-ci illərdə Hicaz dəmiryollarında fəaliyyət gösətrib. 1908-ci ildən etibarən müxtəlif məktəblərdə fəlsəfə dərsi deyib. 1908-ci ildə İttihad və Tərəqqi ilə yaxınlaşaraq "Tanin" qəzetində yazılar yazmağa başlayır. Sonradan qəzetin yazı işləri müdiri olan o, İttihad və Tərəqqi partiyasında daha da yüksəlir və Məclisi Məbusana 3-cü çağırış Çorum nümayəndəsi kimi seçilir. 1920–1921-ci illərdə "Hakimiyet-i Milliye" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
Bircə Akalay
Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TV və TV8də idman spikerliyi, həmdə Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır.2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir. 2 il davam edən evlilikdən sonra 17 yanvar, 2017-ci ildə boşanmışdır.
Süleyman bəy Bicən oğlu
Süleyman bəy Bicən oğlu (? -1492) - Ağqoyunlu sərkərdəsi. 1480-ci ildə Ağqoyunlu torpaqlarına soxulmuş Misir sultanı Qait bəyi (1468-96) məğlub etmiş və Diyarbəkirdə möhkəmlənmişdi. Baysunqur Mirzənin hakimiyyəti dövründə əmir əl–ümərə (əmirlər əmiri) kimi ölkəni idarə etməyə başlamışdı. 1492-ci ildə Rüstəm Mirzənin qoşunları ilə Bərdə yaxınlığında baş vermiş döyüşdə məğlub olan Süleyman bəy Bicən oğlu Diyarbəkirə qaçmış, orada öldürülmüşdür.
Və bircə kəlmə də demədi
'bircə kəlmə də demədi — alman yazıçısı Haynrix Böll tərəfindən 1953-cü ildə qələmə alınmış bir romandır və əsasən kasıb, çoxuşaqlı Fred və Kete Boqner cütlüyünün müharibədən sonrakı həyatının təsviri və eləcə də kilsə mövzusu üzərinə qurulmuşdur. Əsəri Azərbaycan dilinə 2017-ci ildə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirmişdir. Bu romana görə Böll çox sayda yerli və xarici mükafatlara layiq görülür, bunlardan biri də Alman Tənqidçilər Birliyinin Ədəbiyyat Mükafatıdır. Hans Verner Rixter (47-lər dərnəyi) "Və bircə kəlmə də demədi" romanını "müharibədən sonra yazılmış ən yaxşı kitab" kimi səciyyələndirib. Kitab oxucular arasında da böyük rəğbətlə qarşılanıb. 1953-cu ilin sonuna kimi müxtəlif tirajlarla kitabın 17.000 nüsxəsi satışa çıxarılıb. == Məzmun == Romanın baş qəhrəmanları Fred və Kete Boqner cütlüyüdür. Fred artıq iki aydır ki, öz ailəsi ilə yaşamır, çünki o, bir otaqlı evdə yaşamağa dözə bilmir. Əsərdə təsvir edilən hadisələr sadəcə bir neçə gün ərzində cərəyan edir. “...