Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yapon birgözü
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Vətəni Yaponiya, Koreya və Çindir. Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır.
Çin birgözü
Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Vətəni Çindir. 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır. May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır.
İbota birgözü
İbota birgözü (lat. Ligustrum ibota) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır. Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır. İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir.