Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Kırşəhər
Kırşəhər — Türkiyənin Kırşəhər ilinin inzibati mərkəzi. Kırşəhər şərqdən və cənub-şərqdən Nevşehir, cənubdan Aksaray, şimal-qərbdən Kırıkkale, şimal-şərq və şərqdən Yozqat, qərbdən Ankara ilə əhatə olunub. Təxminən paralel kənara bənzəyən vilayətin torpaqları cənub və cənub-qərbdən Kızılırmak, qərb və şimal-qərbdən Kılıçözü dərəsi, şimal və şimal-şərqdən Deliceırmak ilə həmsərhəddir. Əyalət ərazisinin eni ölkə ərazisinin mində 8, Mərkəzi Anadolu regionu ərazisinin isə 2,9 faizini təşkil edir. Şəhərdəki yeganə universitet Ahi Evran Universitetidir. Universitetdə tibb fakültəsi ilə yanaşı bir çox fakültə və ali məktəblər var. Şəhər, Kayseri və Nevşehir ilə birlikdə Kapadokiya adlanan üçbucağın şimalındadır. Kırşəhər Kapadokiyanın mərkəzidir, əksəriyyəti ya itirilmiş, ya da naməlumdur. Kapadokiya Bölgəsi, mərkəz Kayseri olmaqla, şərqdə Duz Gölü, cənubda Şərqi Tavr dağları; Şimalda Kırşəhər və Sivasın əhəmiyyətli bir hissəsini əhatə edir və Malatyaya qədər uzanır. Fars dilində “Katpatukya” adlandırılan Kapadokiyanın lüğət mənası “Gözəl Atlar Yurdu”dur.
Kırşəhər ili
Kırşəhər ili — Türkiyədə il.