Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bismut
Bismut (Bi) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 83-cü element. == Tarixi == XVIII əsrə qədər bu metal Avropa əlkimyaçılarının işlərində tez-tez rast gəlinirdi. Bismut sözünün mənşəyi məlum deyil. Bir fərziyyəyə görə o, təhrif olunmuş alman sözləri "wis" və "mat"dan yaranıb "ağ kütlə" deməkdir. Bitkilərdə bismut aşkar olunmamışdır. Heyvanlarda bismutun miqdarı külə ilə 0,00002%-dir. == İnsan orqanizmində bismut == Insan orqanizminə bismut qida ilə, həmçinin hava və su vasitəsi ilə daxil olur və bu, sutkada 5-20 mkq-dır. Bismut insan orqanizminə müxtəlif orqanlarda və toxumalarda aşkar olmuşdur: qanda, əzələlərdə, saçlarda, böyrəklərdə, sümüklərdə, baş beyində və s. Bismut qara ciyərdə, dalaqda və sümüklərdə toplanır. Bismut bəzi zülalların sintezi prosesində iştirak edir, böyrəklərin strukturunu əmələ gətirir.
Nisbət
Nisbət — iki ədədi müqayisə etmək üçün çıxma və bölmə əməlindən istifadə olunur. Çıxma zamanı bir ədədin o birindən neçə vahid böyük və ya kiçik olduğu tapılır. Bölmə zamanı isə bir ədədin o birindən neçə dəfə böyük və ya kiçik olduğu tapılır. a və b ədədlərinin bölünməsindən alınan qiymətə bu ədədlərin nisbəti deyilir.Nisbətdə iştirak edən I ədədə nisbətin I həddi (əvvəlki həddi), II ədədə isə II həddi (sonrakı həddi) deyilir. Məsələn: I hədd:6 II hədd:3 6:3=2 Deməli 6 ilə 3-ün nisbəti 2-dir.Deməli 6 3-dən 2 dəfə böyükdür.
Sisəxt
Sisəxt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Dena şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,342 nəfər və 1,528 ailədən ibarət idi.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Bidət
Bidət — müəyyən edilmiş inanclar və ya adətlər, xüsusən də dini təşkilatın qəbul edilmiş inancları və ya dini qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998. ISBN 9780791437599.
Bismut oksid
Bismut oksid (II)
Nisbət Mehdiyeva
Mehdiyeva Nisbət Canməmməd qızı — tarixçi, tarix elmləri doktoru (1991), professor (1994). == Həyatı == Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955—1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963—1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967—1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973—1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991—1994) vəzifələrində olmuşdur. Hazırda kafedranın professorudur (1994-cü ildən). "Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921—1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960—1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9—10-cu sinif şagirdləri içün "Yeni tarix" kitabının şərikli müəllifı, "Türk xalqlarının tarixi (yeni dövr)" dərsliyinin müəllifidir. == Əsərləri == Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960—1980-ci illər) (dərs vəsaiti).
Nisbət Sədrayeva
Nisbət Sədrayeva (17 yanvar 1998, Göylər, Şamaxı rayonu) ― azərbaycanlı muğam ifaçısı. 2010-cu ildə "Kainat" Beynəlxalq Uşaq Muğam Festivalının, 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin, 2015-ci il V Televiziya Muğam Müsabiqəsinin və 2018-ci ildə Beynəlxalq Muğam Festivalının qalibidir. Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistidir. == Haqqında == Nisbət Əlfəddin qızı Sədrayeva 1998-ci il 17 yanvar Şamaxı rayon Göylər kəndində anadan olub. 2004-2007-ci ildə Ə.Məmmədov adına Göylər kənd 1 saylı orta məktəbdə 4-cü sinifə qədər təhsil alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Təhsilini Bakı şəhər 33 saylı Şuşa Uşaq musiqi məktəbində davam etdirib. Şuşa Uşaq musiqi məktəbində əməkdar artist Sevinc Sarıyevadan təhsil alıb. 2009-2015-ci illər də Bülbül adına Orta ixtisas musiqi məktəbində Fehruz Səxavət və xalq artisti Ağaxan Abdullayevin tələbəsi olub. 2010-cu ildə "Kainat” Beynəlxalq Uşaq Muğam Festivalında ”Heyratı” zərb muğamını ifa edərək 1-ci yerin qalibi, 2012-ci ildə SSRİ xalq artisti Bülbülün 115 illiyinə həsr olunmuş musiqi festivalında 2-ci yerin qalibi, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə də 1-ci yerə layiq görülüb.
Qızıl nisbət
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. == Qızıl bölgünün tarixcəsi == Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
İslamda bidət
Bidət — dində olmayan şeyi qanun kimi dinə daxil etmək - İslam dinində böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara təcavüz kimi baxılır. Müqəddəs İslam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Bu barədə Əli(ə) buyurub: "Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabançı adət-ənənələri gətirən dövlət rəhbəridir". Vəhhabilik və təkfirçilər şiələri bidətçi hesab edirlər. == Bidətlə mübarizə == Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir: "Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".
Biseps
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Sısert
Sısert (rus. Сысерть) — Rusiyada yerləşən şəhər (1946-cı ilə qədər şəhər tipinin qəsəbəsi), Sverdlovsk vilayətinin Sırset şəhər dairəsinin mərkəzi. 1932-ci ilə qədər Sısertski zavod (rus. Сысертский завод) kimi adlanırdı. Sısert komi-zıryan dilindən hidronimdir, "si" - "tüç", "syort" - "sıx küknar meşəsiylə çay vadisi", yəni "dar meşə vadisiylə çay". Bundan başqa birdənədə izah etmə var, Sısert başqırd dilindən "dumanlı yer" kimi tərcümə edilir. Çay vadisində dumanlar həqiqətən nadir şey deyil. 1879-cu ildə Sısertdə rus yazıçısı Pavel Bajov doğulub. == Tarixi == 1680-ci ildə məşhur filiz tanıyanlar qardaşlar Babinlər - Aramil qəsəbəsindən gələnlər - burada dəmir filizini tapdılar. Aramillilər kiçik sobalarda onu əridirdilər.
Bismut oksid(II)
Bismut oksid(II) Bismut monooksid – BiO formullu bismut metalı və oksigenin binar qeyri- üzvi birləşməsidir. Boz-qara rəngli kristallardır.Soyuq su ilə qarşılıqlı təsirdə olub, kristallohidrat əmələ gətirir.Ərimə temperaturu 902°C, qaynama 1647°C. == Alınması == Bismut 3-oksidi bismutla qarşılıqlı təsirindən B i 2 O 3 + B → 3 B i O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+B\rightarrow 3BiO}}} Hidrogen ilə 265℃ temperaturda B i 2 O 3 + H 2 → 2 B i O + H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+H_{2}\rightarrow 2BiO+H_{2}O}}} Karbon oksidi ilə 400℃ temperaturda B i 2 O 3 + C O → 2 B i O + C O 2 {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+CO\rightarrow 2BiO+CO_{2}}}} == Kimyəvi xassələri == Havada qızdırıdıqda oksidləşir 180℃ temperaturda 4 B i O + O 2 → 2 B i 2 O 3 {\displaystyle {\mathsf {4BiO+O_{2}\rightarrow 2Bi_{2}O_{3}}}} Metala qədər 300℃ temperaturda B i O + H 2 → 2 B i + H 2 O {\displaystyle {\mathsf {BiO+H_{2}\rightarrow 2Bi+H_{2}O}}} 250℃ temperaturda B i O + C O → 2 B i + C O 2 {\displaystyle {\mathsf {BiO+CO\rightarrow 2Bi+CO_{2}}}} Turşularla turşu oksidləri ilə qarşılıqlı təsirdə olur. 3 B i O + 6 H C l → 2 B i C l 3 + B i + 3 H 2 O {\displaystyle {\mathsf {3BiO+6HCl\rightarrow 2BiCl_{3}+Bi+3H_{2}O}}} 5 B i O + C O 2 → 2 B i 2 O 3 + B i + C O {\displaystyle {\mathsf {5BiO+CO_{2}\rightarrow 2Bi_{2}O_{3}+Bi+CO}}} == Ədəbiyyat == Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1988. — Т. 1. — 623 с. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.-Л.: Химия, 1966. — Т. 1.
Bismut oksid(III)
Bismut oksid(III) Bismut oksid(III) – bismut metalı və oksigenin binar qeyri-üzvi birləşməsidir. Formulu Bi2O3 .Suda həll olmayan sarımtıl kristallardır. == Alınması == Təbiətdə bismit mineralına rast gəlinir- Bi2O3 bismut oksidi. Bismutun havada yanması ilə (500-1000℃) 4 B i + 3 O 2 → 2 B i 2 O 3 {\displaystyle {\mathsf {4Bi+3O_{2}\rightarrow 2Bi_{2}O_{3}}}} •Bismut nitratın parçalanmasından (700℃) 4 B i ( N O 3 ) 3 → 2 B i 2 O 3 + 12 N O 2 + 3 O 2 {\displaystyle {\mathsf {4Bi(NO_{3})_{3}\rightarrow 2Bi_{2}O_{3}+12NO_{2}+3O_{2}}}} •Bismut sulfidin oksidləşməsindən(400℃) 2 B i 2 S 3 + 9 O 2 → 2 B i 2 O 3 + 6 S O 2 {\displaystyle {\mathsf {2Bi_{2}S_{3}+9O_{2}\rightarrow 2Bi_{2}O_{3}+6SO_{2}}}} == Fiziki xassələri == Bismut oksidi (III) ağ-sarımtıl kristallardır.Dörd kristallik modifikasiyası var: alfa - Bi2O3 monoklin sinqoniya (psevdorombik), havada 727°C qızdırdıqda oksigeni itirir və omeqa - Bi2O3-x keçir. beta - Bi2O3, parlaq sarı kristal, tetraqonal sinqoniya 646°C qədər soyudulduqda omeqa - Bi2O3- dən əmələ gəlir, 620-605°C-də alfa- Bi2O3 keçir. qamma - Bi2O3 parlaq sarı kristaldır, kubşəkilli sinqoniyaya malikdir. siqma - Bi2O3, narıncı kristallardır, kubşəkilli sinqoniyaya malikidir. == Kimyəvi xassələri == qatı, isti turşularla reaksiyaya girir.(70-80℃) B i 2 O 3 + 6 H C l → 2 B i C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+6HCl\rightarrow 2BiCl_{3}+3H_{2}O}}} xlorla reaksiyaya girir. B i 2 O 3 + 2 C l 2 → 2 B i O C l + C l 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+2Cl_{2}\rightarrow 2BiOCl+Cl_{2}O}}} Molekulyar hidrogen metala qədər reduksiya edir.(240-270℃) B i 2 O 3 + 3 H 2 → 2 B i + 3 H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+3H_{2}\rightarrow 2Bi+3H_{2}O}}} Peroksidlərlə qarşılıqlı təsirdən bismutatlar əmələ gətirir. (450-600℃) 2 B i 2 O 3 + 2 N a 2 O 2 + O 2 → 4 N a B i O 3 {\displaystyle {\mathsf {2Bi_{2}O_{3}+2Na_{2}O_{2}+O_{2}\rightarrow 4NaBiO_{3}}}} (400-500℃) B i 2 O 3 + 2 N a 2 O 2 + 2 N a O H → 2 N a 3 B i O 4 + H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+2Na_{2}O_{2}+2NaOH\rightarrow 2Na_{3}BiO_{4}+H_{2}O}}} == Ədəbiyyat == Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др..
Bismut oksid (II)
Bismut oksid(II) Bismut monooksid – BiO formullu bismut metalı və oksigenin binar qeyri- üzvi birləşməsidir. Boz-qara rəngli kristallardır.Soyuq su ilə qarşılıqlı təsirdə olub, kristallohidrat əmələ gətirir.Ərimə temperaturu 902°C, qaynama 1647°C. == Alınması == Bismut 3-oksidi bismutla qarşılıqlı təsirindən B i 2 O 3 + B → 3 B i O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+B\rightarrow 3BiO}}} Hidrogen ilə 265℃ temperaturda B i 2 O 3 + H 2 → 2 B i O + H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+H_{2}\rightarrow 2BiO+H_{2}O}}} Karbon oksidi ilə 400℃ temperaturda B i 2 O 3 + C O → 2 B i O + C O 2 {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+CO\rightarrow 2BiO+CO_{2}}}} == Kimyəvi xassələri == Havada qızdırıdıqda oksidləşir 180℃ temperaturda 4 B i O + O 2 → 2 B i 2 O 3 {\displaystyle {\mathsf {4BiO+O_{2}\rightarrow 2Bi_{2}O_{3}}}} Metala qədər 300℃ temperaturda B i O + H 2 → 2 B i + H 2 O {\displaystyle {\mathsf {BiO+H_{2}\rightarrow 2Bi+H_{2}O}}} 250℃ temperaturda B i O + C O → 2 B i + C O 2 {\displaystyle {\mathsf {BiO+CO\rightarrow 2Bi+CO_{2}}}} Turşularla turşu oksidləri ilə qarşılıqlı təsirdə olur. 3 B i O + 6 H C l → 2 B i C l 3 + B i + 3 H 2 O {\displaystyle {\mathsf {3BiO+6HCl\rightarrow 2BiCl_{3}+Bi+3H_{2}O}}} 5 B i O + C O 2 → 2 B i 2 O 3 + B i + C O {\displaystyle {\mathsf {5BiO+CO_{2}\rightarrow 2Bi_{2}O_{3}+Bi+CO}}} == Ədəbiyyat == Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1988. — Т. 1. — 623 с. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.-Л.: Химия, 1966. — Т. 1.
Bismut oksid (III)
Bismut oksid(III) Bismut oksid(III) – bismut metalı və oksigenin binar qeyri-üzvi birləşməsidir. Formulu Bi2O3 .Suda həll olmayan sarımtıl kristallardır. == Alınması == Təbiətdə bismit mineralına rast gəlinir- Bi2O3 bismut oksidi. Bismutun havada yanması ilə (500-1000℃) 4 B i + 3 O 2 → 2 B i 2 O 3 {\displaystyle {\mathsf {4Bi+3O_{2}\rightarrow 2Bi_{2}O_{3}}}} •Bismut nitratın parçalanmasından (700℃) 4 B i ( N O 3 ) 3 → 2 B i 2 O 3 + 12 N O 2 + 3 O 2 {\displaystyle {\mathsf {4Bi(NO_{3})_{3}\rightarrow 2Bi_{2}O_{3}+12NO_{2}+3O_{2}}}} •Bismut sulfidin oksidləşməsindən(400℃) 2 B i 2 S 3 + 9 O 2 → 2 B i 2 O 3 + 6 S O 2 {\displaystyle {\mathsf {2Bi_{2}S_{3}+9O_{2}\rightarrow 2Bi_{2}O_{3}+6SO_{2}}}} == Fiziki xassələri == Bismut oksidi (III) ağ-sarımtıl kristallardır.Dörd kristallik modifikasiyası var: alfa - Bi2O3 monoklin sinqoniya (psevdorombik), havada 727°C qızdırdıqda oksigeni itirir və omeqa - Bi2O3-x keçir. beta - Bi2O3, parlaq sarı kristal, tetraqonal sinqoniya 646°C qədər soyudulduqda omeqa - Bi2O3- dən əmələ gəlir, 620-605°C-də alfa- Bi2O3 keçir. qamma - Bi2O3 parlaq sarı kristaldır, kubşəkilli sinqoniyaya malikdir. siqma - Bi2O3, narıncı kristallardır, kubşəkilli sinqoniyaya malikidir. == Kimyəvi xassələri == qatı, isti turşularla reaksiyaya girir.(70-80℃) B i 2 O 3 + 6 H C l → 2 B i C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+6HCl\rightarrow 2BiCl_{3}+3H_{2}O}}} xlorla reaksiyaya girir. B i 2 O 3 + 2 C l 2 → 2 B i O C l + C l 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+2Cl_{2}\rightarrow 2BiOCl+Cl_{2}O}}} Molekulyar hidrogen metala qədər reduksiya edir.(240-270℃) B i 2 O 3 + 3 H 2 → 2 B i + 3 H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+3H_{2}\rightarrow 2Bi+3H_{2}O}}} Peroksidlərlə qarşılıqlı təsirdən bismutatlar əmələ gətirir. (450-600℃) 2 B i 2 O 3 + 2 N a 2 O 2 + O 2 → 4 N a B i O 3 {\displaystyle {\mathsf {2Bi_{2}O_{3}+2Na_{2}O_{2}+O_{2}\rightarrow 4NaBiO_{3}}}} (400-500℃) B i 2 O 3 + 2 N a 2 O 2 + 2 N a O H → 2 N a 3 B i O 4 + H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+2Na_{2}O_{2}+2NaOH\rightarrow 2Na_{3}BiO_{4}+H_{2}O}}} == Ədəbiyyat == Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др..
Bismut oksid (V)
Bismut oksid (V) Bi2O5 formullu bismut pentaoksid – bismut metalı və oksigenin binar qeyri- üzvi birləşməsidir. Suda həll olmur. == Alınması == Qələvi mühitdə bismut oksidin xlorla oksidləşməsi ilə B i 2 O 3 + C l O 2 + 4 K O H → B i 2 O 5 + 4 K C l + 2 H 2 O {\displaystyle {\mathsf {Bi_{2}O_{3}+ClO_{2}+4KOH\rightarrow Bi_{2}O_{5}+4KCl+2H_{2}O}}} Qələvi məhlulda bismut oksidi suspenziyasının elektrolizi ilə Bi2O3+ H2O □(→┬KOH) Bi2O5↓ +2H2↑ == Fiziki xassələri == Bismut oksidi(V) qəhvəyi çalarlı qırmızı kristallardır. Suda həll olmur. Sulu məhluldan Bi2O5•n H2O hidrat şəklində çökür. == Kimyəvi xassələri == Qızdırdıqda parçalanır. 2 Bi2O5 n(→┴(350℃)) 2Bi2O4 + O2↑ Hidrat qızdırdıqda susuzlaşır. Bi2O5• n H2On(→┴(120℃)) Bi2O5 + n H2O Turş mühitdə güclü oksidləşdiricidir. Bi2O5 + 10HCl n(→┴(T)) 2 BiCl3 +2Cl2↑ + 5H2O Qələvi ilə qarşılıqlı təsirdə olur. Bi2O5 + 2 NaOH → 2 NaBiO3 + H2O == Ədəbiyyat == Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др..
Nisbət və tənasüb
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Bist körpüsü
Bist körpüsü I — Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində tarixi memarlıq abidəsi. Daş və kərpiclə tikilmişdir. İki tağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Uzunluğu təqribən 21, hündürlüyü 10, eni 3,8 m-dir. Körpünün yanları dəmirlərlə əhatə olunmuşdur. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etmək, həmçinin, Böyük İpək yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək olmuşdur. Kənd sakinlərinin verdiyi məlumata görə əvvəllər körpünün yanları iri sal daşlarla möhkəmləndirilibmişdir. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər vardır. Körpü XVII əsrə aid edilir.
Səbt (termin)
Səbt — Ərəb dilində "sabit" və "sağlam" mənalarını verən kəlmədir. Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir. "Səbtun" şəklində tək işlədildikdə tədilin üçüncü mərtəbəsinə, "səbtun-səbtun" şəklində təkrarən işlədildikdə tədilin ikinci mərtəbəsinə dəlalət edir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Bişevo adası
Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir. == Coğrafiyası == Adanın ümumi sahəsi-5,91 km², uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir. Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m) Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir.
Bişəsb (Sərdəşt)
Bişəsb (fars. بيشاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 347 nəfər yaşayır (63 ailə).
Bolbophyllaria biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Harnackia bisecta
Harnackia (lat. Harnackia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Harnackia bisecta Urb.
Phyllorchis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Phyllorkis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Alfred Binet
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Sardiniya krallığı – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. == Həyatı == Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. == Fəaliyyəti == 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. == Yerləşməsi == Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Bişək (Vərzəqan)
Bişək (fars. بيشك‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərzəqan qəsəbəsindən 7 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (34 ailə).
Bişək (Əhər)
Bişək — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Şərqi Dizmar kəndistanında, Vərzəqan qəsəbəsindən 29 km şimal-qərbdədir.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
II Bist körpüsü
II Bist körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndinin şərq tərəfindən keçən Nəsirvazçayın üstündə körpü. Yuxarıdan çatma tağla tamamlanan formada inşa olunmuş körpünün tikilməsində əsasən dağ daşından istifadə olunmuşdur. Çatma hissəsi yonulmuş dağ daşı ilə işlənib. Cənub tərəfdəki həmin daşlardan birinin üzərində “1869”-cu il tarixi yazılmışdır. Fikrimizcə, Rusiyaya birləşdirildikdən sonra, qeyd olunan ildə körpü təmir edilmişdir. Yuxarıdan çatma bağla tamamlanan və “Qozbel körpü”lər qrupuna daxil olan II Bist körpüsü tikinti texnikasına və materialına görə birinci körpü ilə müəyyən oxşar cəhətlərə malikdir. Körpünün uzunluğu 23 metr, eni 10 metr, hündürlüyü 4 metrdir. Bu körpünün salınmasında məqsəd Böyük İpək yolunun bu ərazidən keçən yardımçı qolu ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək və kəndə gediş-gəlişi asanlaşdırmaq olmuşdur. Əlincə mahalı kəndlərindən gələn adamlar bu körpüdən yararlanır, Tiviyə, Parağaçaya, Ordubada və şərqdəki yaşayış məskənlərinə gedir və qayıdır, şərq tərəfdə yaşayanlar da eyni qayda ilə bu körpüdən istifadə edərək qərbə gedirdilər. Körpünün inşa tarixi XVII-XVIII yüzilliyə aid edilir.
I Bist körpüsü
Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir. == Memarlıq quruluşu == Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. == Tarixi == Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.