Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bitməyən ömür (kitab)
Bitməyən ömür — texniki elmlər namizədi Lətif Əsədovun həyat və fəaliyyəti haqqında kitab. == Kitab haqqında == Kitab "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunmuşdur. Kitab 500 nüsxə olmaqla 70x100, 1\16 formatında, bərk cilddə və təbaşirli kağızdan istehsal edilmişdir. Kitab 400 səhifə yazı və 96 səhifə rəngli şəkil olmaqla cəmi 496 səhifədir. Kitaba Lətif Əsədov haqqında kitabla eyni adlı "Bitməyən ömür" adlı filmin DVD diskləri də əlavə edilmişdir. Kitab cəmi 52 il ömür yaşamış tanınmış xeyriyyəçi, texniki elmlər namizədi Lətif Hacı Frunze oğlu Əsədovun həyat və fəaliyyətinə həsr olunub. Kitabda Lətif Əsədov haqqında xalq artisti Teymur Mustafayev, elm adamlarından — Ziyad Abbasov, Yusif Aslanov, Qələndər Canbaxışov, Ələmdar Cəfərov, İlham Mirzəyev, qələm sahiblərindən — Sərraf Şiruyə, Mübariz Əliyev, Tacir Səmimi, Zakir Şəhriyaz, Aşıq Ədalət Dəlidağlı, Qılman İman, Sənubər Fəziqızı, dostlarından Murad Muradov, Bakir Əzizov, Ələddin Əliyev, Cəsarət Əhmədov və digərlərinin xatirələri öz əksini tapmışdır. Kitabda Lətif Əsədova ithaf edilmiş və 2008-ci ildə işıq üzü görən Sərraf Şiruyənin “Göyçədən gələn səslər” adlı irihəcmli poeması da oxuculara təqdim olunur. == Mənbə == Araz Yaquboğlu, "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. – 400 səhifə.
Bitməyən ömür (film, 2013)
Bitməyən ömür — texniki elmlər namizədi, pedaqoq, xeyriyyəçi, "H. Z. Tağıyev" mükafatı laureatı Lətif Əsədovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli-bioqrafik film. == Film haqqında == Film 2013-cü ildə Lətif Əsədovun vəfatının ildönümü ilə əlaqədar çəkilmişdir. Filmdə Lətif Əsədovun elmi rəhbəri, Respublikanın əməkdar ixtiraçısı, əməkdar kənd təsərrüfatı işçisi, texniki elmlər doktoru, professor Ziyad Abbasov Lətif müəllimin alim kimi nüfuzundan söz açmışdır. Əməkdar həkim, tibb elmləri doktoru, professor Qələndər Canbaxışov onun hər hansı bir məsələyə tez-tələsik cavab verməməsindən – daha dərin düşünərək fəlsəfi cavab verməsindən, xalq artisti Teymur Mustafayev, dosent Yusif Aslanov və Səyyad Quliyev isə Lətif Əsədovun bir dost kimi qayğıkeşliyindən, diqqətcil olmasından danışmışlar. "Bitməyən ömür" adlanan filmdə söz sərrafı şair Sərraf Şiruyə və tədqiqatçı Araz Yaquboğlu Lətif Əsədovun xeyirxahlıqlarından, səxavətindən, şəxsi hesabına çap etdirdiyi kitablardan, onun mənsub olduğu "Hacı Hüseynlilər"in nəsil şəcərəsindən, doğulduğu Daşkənd kəndinin tarixindən dolğun məlumatlar vermişlər. Filmdə çəkilənlərdən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev və Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov isə onun idmana və idmançılara qayğısından, yarışlara etdiyi sponsurluğundan danışmışlar. Filmdə həmçinin Lətif Əsədovun doğmaları — həyat yoldaşı Rəfiqə Əsədova, oğlu Vüqar Əsədli və gəlini Arzu Əsədli də unudulmaz xatirələrini televiziya tamaşaçıları ilə bölüşürlər. "Bitməyən ömür" adlı filmin nümayişi zamanı Lətif Əsədovun ailə albomundakı foto şəkillərdən də istifadə olunmuşdur. Kadrlarda Lətif Əsədovun qızı Aytən, nəvələri Lətif və Aylin də göstərilir. 2013-cü il avqustun 20-də filmin "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində DVD diskləri 500 nüsxə istehsal edilmişdir.
Biləyən
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Biləyən bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Belə bitməsin (teleserial, 2012)
Belə bitməsin (türk. Böyle Bitmesin) — 21 sentyabr 2012-ci il tarixindən TRT 1 telekanalında yayımlanan Türkiyə istehsalı teleserial. At Yapım tərəfindən yaradılmışdır. Baş rollarda Nərgiz Öztürk, Camal Toqdaş və Yeliz Kuvancıdır. Serialda dağılmaq üzrə olan ailələrin nələr yaşadıqları təsvir olunur.
Əbu Bəkrə beyət etməyən səhabələrin siyahısı
Əbu Bəkrə beyət etməyən şəxslərin siyahısı — Məhəmmədin ölümündən sonra Məhəmmədlə yaxınlığı və Məhəmmədin özünün ifadələri səbəbindən Əlinin Məhəmmədin yerinə keçəcəyi geniş şəkildə gözlənilirdi. Lakin Əli Məhəmmədin dəfn mərasimini yerinə yetirərkən bir qrup səhabə ortaya çıxaraq Əbu Bəkri xəlifə elan etdi. Buna baxmayaraq bir neçə görkəmli səhabə də Əliyə sadiq qaldı. == Zəmin == Hicri 11-ci ildə (miladi 632-ci ildə) Məhəmmədin vəfatından dərhal sonra ənsarlardan bir neçəsi (mədinəlilər) Səidə qəbiləsinin Səqifəsində (həyətində) toplandılar. Madelunqa görə ənsarlar çox güman ki, Məhəmmədə sədaqətlərinin onun ölümü ilə bitdiyinə inanırdılar və Məhəmmədin icmasının dağılacağını gözləyirdilər. Bu səbəbdən onların görüşündə məqsəd mühacirlərin əksəriyyətinin (Məkkədən köçənlər) onsuz da Məkkəyə qayıdacağına inamla öz şəhərləri, Mədinə üzərində nəzarəti bərpa etmək ola bilərdi.Buna baxmayaraq, Məhəmmədin hər iki əsas yoldaşı Əbu Bəkr və Ömər məclisi öyrəndikdən sonra Səqifəyə doğru tələsdilər. Ənsardan bir başçının Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın görüşdən sonra Səqifədə toplaşan müsəlmanların kiçik qrupu Əbu Bəkrin müsəlman icmasının yeni başçısı olması barədə razılığa gəldilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin çoxunu kənarda qoydu. Məhəmmədin qəbiləsinin bir çox üzvü, Bəni Haşim, eləcə də bir sıra Məhəmmədin səhabələri Əbu Bəkrin namizədliyinə qarşı çıxdı; onlar Əlinin Məhəmmədin qanuni xəlifəsi olduğunu və onun Qədir-Xum hadisəsində təyin olunduğunu müdafiə etdilər. Məhəmmədin varisliyi ilə bağlı məsələ nəhayət İslamın iki əsas məzhəbinin yaranmasına gətirib çıxaracaqdı, sünnilər Əbu Bəkri Məhəmmədin varisi, şiələr isə Əlinin Məhəmmədin qanuni varisi olduğuna inanırlar.