NAMÜTƏNAHİ

sif. [ fars. na… və ər. mütənahi] İntəhasız, nəhayətsiz, sonsuz, bitməyən, ucu-bucağı olmayan.
[Əbülhəsən bəy:] Mənim varlığım, təbiri-cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi (z.) bir şəkil almışdır. M.S.Ordubadi.
Öpərkən gecələr dəsti-səbahi; Duyurdum hərəkət namütənahi. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAMÜTƏNAHİ namütənahi bax nəhayət, sonsuz I
NAMÜRÜVVƏT
NAMVAR

Digər lüğətlərdə