Kosagül
Kosagül — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.
== Toponimikası ==
Kənd əhalisinin fikrincə, kəndin adı Kosagül/Kosakül yox, Kasagüldür. Kasagül sözü sovetlər dönəmində rus dilinə çevrilməklə Kosakül şəklini almışdır. Ehtimallara görə indiki Kosakülün yerində böyük gül baxçası olmuş, bu bağda xüsusulə qızılgüllərin ən ətirli növləri yetişdirilmişdir. Kəndin əhalisi Ərkivan qalasında yaşayan xana və onun ailəsinə mütamadi olaraq gözəl seçilmiş güllərindən bişmiş palçıqdan hazırlanmış xüsusi kasalarda gül hədiyyələri apararmışlar. Kəndin adını əvvəlcə "Kasada-gül", sonralar isə Kasagül adlandırmışlar.
== Tarixi ==
=== Tarixi abidələri ===
== Coğrafiyası və iqlimi ==
Keçmiş Kosagül kəndi Masallı şəhərindən 2 km məsafədə, Viləşçayının sol sahilində yerləşirdi, Masallı şəhəri, Ərkivan qəsəbəsi, Banbaşı, Binə Xocavar, Şərəfə kəndləri ilə həmsərhəd idi.
== Əhalisi ==
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Bambaşı kənd cəmiyyəti tərkibinə daxil olan Kosakül kəndində 20 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 155 nəfər (91 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhali yaşayırdı.
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 228 nəfər əhali yaşayırdı.