Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Yozef Blatter
Yozef Blatter (10 mart 1936[…], Fisp[d][…]) — 1998–2015-ci illər arasında FİFA prezidenti. Blatteri Avelajın tələbəsi adlandırmaq olar. O, 20 il məhz Avelajın rəhbərliyi altında FİFA-da müxtəlif vəzifələrdə çalışıb. FİFA ən böyük zərəri Blatterin dövründə çəkib. 2002-ci ildə Dünya Çempionatı ərəfəsində İsveçrə kompaniyaları dünya futbol qurumunu 100 milyon dollar ziyana saldılar. Bu hal Blatterin hakimiyyətinin sonu ola bilərdi, amma prezident vəziyyətdən çıxış yolunu tapdı. Əsasən şərq ölkələrindən dəstək alan FİFA rəhbəri kürsüsünü qoruyub saxladı. Blatter həmçinin bu yaxındarda futbolun 2500 metr hündürlükdə oynanılmasının əleyhinə qərar qəbul olunmasının istəyirdi. Hətta bu məsələ FİFA-nın iclaslarının birində müzakirə də olunmuşdu, amma Cənubi Amerikada bəzi dövlətlər həmin qərarın qəbul olunmasına ciddi şəkildə etiraz etdilər. Latın Amerikasının bir neçə siyası xadiminin məsəyə müdaxilə etməsi Blatteri geriyə addım atmağa vadar etdi.
Zepp Blatter
Yozef Blatter (10 mart 1936[…], Fisp[d][…]) — 1998–2015-ci illər arasında FİFA prezidenti. Blatteri Avelajın tələbəsi adlandırmaq olar. O, 20 il məhz Avelajın rəhbərliyi altında FİFA-da müxtəlif vəzifələrdə çalışıb. FİFA ən böyük zərəri Blatterin dövründə çəkib. 2002-ci ildə Dünya Çempionatı ərəfəsində İsveçrə kompaniyaları dünya futbol qurumunu 100 milyon dollar ziyana saldılar. Bu hal Blatterin hakimiyyətinin sonu ola bilərdi, amma prezident vəziyyətdən çıxış yolunu tapdı. Əsasən şərq ölkələrindən dəstək alan FİFA rəhbəri kürsüsünü qoruyub saxladı. Blatter həmçinin bu yaxındarda futbolun 2500 metr hündürlükdə oynanılmasının əleyhinə qərar qəbul olunmasının istəyirdi. Hətta bu məsələ FİFA-nın iclaslarının birində müzakirə də olunmuşdu, amma Cənubi Amerikada bəzi dövlətlər həmin qərarın qəbul olunmasına ciddi şəkildə etiraz etdilər. Latın Amerikasının bir neçə siyası xadiminin məsəyə müdaxilə etməsi Blatteri geriyə addım atmağa vadar etdi.
İneke Botter
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı.6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi. Bu böyük yeniləmə yeni Canvas Kit renderi və veb əsaslı vidcetlər, Windows, macOS və Linux üçün erkən giriş masaüstü proqram dəstəyi və təkmilləşdirilmiş Add-to-App API ilə veb-əsaslı proqramlar üçün rəsmi dəstək gətirdi.
Blogger
Blogger və yaxud Blogspot internetdə bloq saytı açmağa imkan verən vebsaytdır. Hazırda 2 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan Blogger sistemi istifadəçilərinə ödənişsiz olaraq bloqlar hazırlamağa imkan verir. O, Pyra Labs tərəfindən internetdə məlumat əldə etməkdə hər kəsə yardım etmək məqsədilə təsis edilib və daha sonra Google tərəfindən alınıb. Blogger internetdə ilk bloq xidməti təminatçısıdır. Gündə təxminən 18 milyon baxışla ən çox ziyarət edilən 10 şəbəkə saytından biridir. Türkcə də daxil olmaqla, onlarla dil seçimi ilə xidmətlər təqdim edir. O, istifadəçilərinə "ad".blogspot.com kimi ödənişsiz domen ayırır.
Bloqer
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Beatris Potter
Beatris Potter (28 iyul 1866[…] – 22 dekabr 1943[…]) — ingilis yazıçısı, illüstrasiyaçısı və alimi. Heyvanlardan bəhs edən uşaq kitablarına üstünlük vermişdir. Ən məşhur əsəri "Dovşan Peterin nağılı"-dır. == Həyatı == 1866-cı ildə Londonda Uniteryan aiələdə anadan olan Potter, təhsilini baxıcılarından almış və digər uşaqlardan təcrid olunaraq böyüdülmüşdü. Babası Edmund Potter millət vəkili olmuşdur. Potterin atası Rupert Uilyam Potter (1832–1914) Mançesterda doğulmuş və Londonda hüquq təhsili almışdır. Atası 8 avqust 1863-cü ildə Qii Krossdakı pambıq alverçisi və gəmi istehsalçısının qızı Helen Liiç (1839–1932) ilə evləndi. 14 mart 1872-ci ildə doğulmuş Ualter Bertram adlı qardaşı olmuşdur. Onun çox sayda ev heyvanı vardı. Şotlandiyada və Leyk bölgəsində tətillər keçirir, yaxından izlədiyi və rəsmini çəkdiyi mənzərələr, flora və faunaya olan sevgisini inkişaf etdirirdi.
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. == Mövzusu == Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Teylor Lotner
Taylor Lautner (ing.: Taylor Daniel Lautner, 11 fevral, 1992, Qrand Rapids, ABŞ) — Amerika aktyoru.
İosif Rotter
İosif Rotter (rus. Иосиф Роттер) — XIX əsrin ikinci yarısı — XX əsrin birinci yarısında yaşamış alman rəssamı. == Həyatı == Münhen Rəssamlıq Akademiyasında oxumuşdur. Bir müddət Tiflisdə yaşamış, burada nəşr olunan jurnallara karikaturalar (1903-1905) çəkmişdir. 1906-1914-cü illərdə "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. Jurnalın fəailiyyətinin ilk dövründən Oskar Şmerlinqlə birgə işləyən İosif Rotter, "Molla Nəsrəddin" səhifələrində onun ideya ruhuna, dərin məzmunlu felyetonlarına uyğun ştrix rəsmli illüstrasiya və kəskin karikaturalarla çıxış etmişdir ("İbadət", "Yalançı alimlər", "Kənd yasavulu qeyri-mövsüm zamanı və məhərrəmlikdə", "Şeyx və çəyirtkələr"). İosif Rotter rusca çox zəif bilirdi. Mirzə Cəlil çəkiləcək rəsmlərin mövzusunu işarə ilə ona başa salar, Tiflisin müsəlman hissəsində, "Şeytanbazar" məhəlləsində yaşayan əhali arasından tiplər seçib ona göstərərək, bunlardan istifadə etməyi məsləhət görərdi. Firdovsinin "Şahnamə" poemasındakı "Rüstəm və Söhrab" dastanına və bir sıra erməni xalq dastanlarına illüstrasiyalar çəkmişdir. == Dəsti-xətti == İosif Rotterin qrafik dəsi-xətti aydın və anlaşıqlı olmaqla, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verir, təsvirin, həcm və ölçülərin real alınmasına nail olurdu.
Dyuk-of-Qloster
Dyuk-of-Qloster (fr. îles du Duc de Gloucester) — Tuamotu arxipelaqının cənub-şərqində yerləşir (Fransa Polineziyası). Taitidən480 km cənub-şərqdədir. İnzibati baxımından Hao kommunasına daxildir. == Coğrafiya == == Tarixi == Atoll 1767-ci ildə Fillip Karteret tərəfindən kəşf edilir.
X-y plotteri
X-y plotteri - ing. x-y plotter, ru. плоттер x-y (двухкоординатный) – nöqtələri onların Dekart koordinatlarına görə quran plotter. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Osqud-Şlatter xəstəliyi
Osqud-Şlatter xəstəliyi (ing. Osgood-Schlatter) – budun dördbaşlı əzələsinin vətərinin birləşdiyi qamış sümüyünün qabarcığının iltihabı və periostitidir. Daha çox yeniyetmə oğlanlarda fiziki yükdən sonra yaranır.
Otter adası
Otter adası (ing. Otter Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Müqəddəs Pavel adasının cənub-qərbində yerləşir. Adanın sahəsi 0,6686 km²-dir. Adada ov etmək qadağandır.
Harri Potter (personaj)
Harri Ceyms Potter (ing. Harry James Potter 31 iyul 1980) — ədəbi personaj, ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış romanlar seriyasının baş qəhrəmanı, sehrbaz. Öz dünyada o, qüdrətli qara cadugər Lord Voldemorta qalib gələn yeganə sehrbaz kimi tanınır. Personaj dünyada böyük məşhurluq qazandı. == Ümumi məlumat == Adı: Harri Ceyms Potter (orta adını atasının şərəfinə alıb); Valideynləri: Ceyms Potter və Lili Potter (Evans); Bədən quruluşu: arıq; Xüsusi əlamətləri: yumru çərçivəli eynək taxır; alnında ildırım formasında çapıq, sol qolunda Dolores Ambricin qanunsuz cəzaları nəticəsində əmələ gələn çapıq ("Mən yalan deməməliyəm" sözləri), sinəsində oval formada çapıq; Gözləri: açıq-yaşıl, badam formasında; Qeyri-adi bacarıqları: sehrbaz; ilanlar ilə danışmaq qabiliyyəti; Hoqvarts məktəbinin ən yaxşı arayıcılardan biri; Fakültəsi: Qriffindor; Qviddiç: Arayıcı, komadanın kapitanı; Ailəsi: Ceyms Potter (atası), Lili Potter (anası), Sirius Blek (xaç atası), Petuniya Dursli (xalası), Vernon Dursli (xalasının həyat yoldaşı), Dadli Dursli (xalası oğlu), Cinni Uizli (həyat yoldaşı), Ceyms Sirius Potter (böyük oğlu), Albus Severus Potter (kiçik oğlu), Lili Luna Potter(qızı) Tedi Lupin(xaç oğlu) Sevgilisi: Cinni Uizli; dördüncü kursdan beşinci kursun yarısınadək Ravenklou faküktəsindən olan Cou Çanqdan xoşu gəlir; Çubuğu: çoban saçağı ağacı və simurq quşunun lələyindən, 11 düym; yeddinci hissədə Hermiona Qreyncer tərəfindən sındırılmışdır. Həmin kitabda Harri faktiki olaraq gəndalaş ağacından olan yenilməz çubuğu və Drako Malfoya məxsus olan çubuğunun sahibidir; Süpürgəsi: 1. Minerva MakQonaqall tərəfindən hədiyyə verilən Nimbus-2000 süpürgəsi 3. Sirius Blekin hədiyyəsi olan İldırım süpürgəsi 4. Nimfadora Tonksun milad hədiyyəsi olan İldırım-ın heykəlciyi; Övladları: Ceyms Sirius Potter, Albus Severus Potter, Lili Luna Potter. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Harri obrazı ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında (ABŞ-da "Harri Potter və Sehrbaz Daşı" adıyla nəşr olunub) görünüb.
Hüseyn Həsənov (bloqer)
Hüseyn Həsənov (5 iyun 1994, Sankt-Peterburq) — Azərbaycan əsilli Rusiyalı video bloqer. == Bioqrafiya == 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub.Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirir. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhfil verir.. Təhsil aldığı müddətdə KVN-də çıxış edirdibundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayır. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb. 2018-ci ildə Cosmopolitanə görə Runet-də ən nüfuzlu 10 insanı sırasına daxil olub. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol aldı . İnstaqramda baxış sayına görə də rekord vurdu, bloqqerin videosuna 12 milyondan çox izləmə topladı. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında Hüseyn Həsənov Telegram-ın bloklanması ilə bağlı sual verdi. Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar verdi.
Brother Louie (Modern Talking)
Brother Louie (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Qloster (dairə, Nyu-Cersi)
Qloster Dairəsi (ing. Gloucester County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 324.72 km2 ərazini əhatə edir. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Qloster ştatında 255.701 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 13.4% artaraq 289.920 nəfərə çatdı. Qloster, Filadelfiya-Kemden-Vilmonqton (ing. Philadelphia-Camden-Wilmington Metropolitan Area) şəhər dairəsinin bir hissəsidir. Vudberi ştatın mərkəzidir. Ştatın ən böyük şəhəri — Qlessboro.
Henri Stüart (Qloster hersoqu)
Harri Potter (filmlər seriyası)
Harri Potter (filmlər seriyası)— ingilis yazıçısı Coan Roulinq (orijinal — Joanne Kathleen Rowling) tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Böyük Britaniya – ABŞ istehsalı olan filmlər seriyasıdır. Serial Warner Bros. Pictures tərəfindən yayımlanıb, Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir. Harri Potter və Fəlsəfə Daşı seriyasından başlayır, Harri Potter və Ölüm Hədiyyələri-II hissə seriyasında kulminasiya nöqtəsinə çatır. Filmlərin çəkilişi on ildən artıq davam edib. Harri Potter və Ölüm Hədiyyələri seriyada 7-ci (və sonuncu) romandır, onun əsasında iki hissə film (2 seriya) çəkilib. Harri Potter və Ölüm Hədiyyələri – I hissə 2010-cu ilin noyabr ayında və II hissə isə 2011-ci ilin iyul ayında buraxıldı. Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Harri Potter və Ölüm hədiyyələri — II hissə ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir (reytinq üzrə 8-ci yeri tutur) . Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ("Harri Potter və Mələz Şahzadə"), 250 milyon dollar sərf olunub.
Harri Potter (romanlar seriyası)
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. == Mövzusu == Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
Brüs Bötler
Brüs Bötler (ing. Bruce Beutler) — yəhudi əsilli amerikan immunoloqu, 2011-ci ildə Jül Hofmanla birgə anadangəlmə immunitetin aktivləşməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1957-ci ildə Çikaqoda Almaniyadan Adolf Hitlerin zülmündən Amerikaya qaçmış yəhudi ailəsində anadan olub. Daha sonra ailəsi Kaliforniyada yaşayır. 1976-cı ilədək Kaliforniya Universitetində biologiya fakültəsində, daha sonra Çikaqo Universitetində tibb fakültəsində oxuyur. 1981-ci ildə tibbi diplomunu alır. 1985-1986-cı illərdə Rokfeller Universitetində yardımçı dosent (assistant professor) kimi, ardından 2000-ci ilədək Texas Universitetinin Dallas Cənub-Qərb Tibbi Mərkəzində və Howard Hughes Tibbi Institutunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2007-ci illərdə Bötler La Hoyadakı (ing. La Jolla, Kaliforniya) Scripps Tədqiqat Institutunda immunologiya bölməsində , 2007-ci ildən bəri genetika bölməsində işləyir. 2011-ci ildən həm də Texas Universitetində Sahib İmmuniteti Genetika Mərkəzinin direktorudur .