Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taktiki bombalama
Taktiki bombalama (ing. Tactical bombing) — hava elementlərinin düşmən tərəfin hərbi hədəflərinə istiqamətlənmiş hava hücumlarıdır. Taktiki bombalama zamanı, qarşı tərəfin müharibə gücünün, döyüş əzminin və qərarlılığının, döyüş təchizatının məhvi əsas hədəfdir. Bu tərz hava bombardmanında düşmənin qərargagları, toplama düşərgələri, ehtiyat anbarları, top və tankçı bateriyaları kimi hərbi hədəflərindən əlavə, müharibənin davam etdirilməsinə şərait yaradan körpülər, dəmiryolu qovşaqları kimi əlaqə və xəbərləşmə məntəqələrini də vurmağa çalışır.
Xüsusi Borcalma Hüququ
Beynəlxalq likvidlik probleminin həlli və milli valyutaların beynəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması məqsədilə Beynəlxalq Valyuta Fondu 1970-ci ildə yeni növ beynəlxalq pul vahidini — ehtiyat və ödəniş vasitəsini – SDR (Special Drawing Rights - xüsusi iqtibas hüququnu, başqa sözlə, xüsusi borcalma hüququnu) yaratdı. Bu yeni aktiv valyutadan tarazsızlıqların aradan qaldırılmasında qızıl və dollarla yanaşı istifadə edilirdi. Regional valyuta olan SDR Beynəlxalq Valyuta Fonduna (BVF-ə) üzv olan ölkələrin tədiyyə balanslarının saldosunu tənzimləmək, rəsmi ehtiyatları tamamlamaq və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır. 1971-ci ildə SDR hesab pul vahidinin qəti müəyyən edilmiş qızıl məzmunu dollarda olduğu kimi 0,888671 qram müəyyən edildi, lakin dolların iki dəfə (1971 və 1973-cü illərdə) aparılan devalvasiyasından və 1 iyul 1974-cü ildən üzən valyuta kurslarının tətbiqindən sonra SDR pul vahidinin dəyəri "valyuta səbəti", yəni aparıcı kapitalist ölkələrinin 16 valyutasının, 1981-ci ilin 1 yanvarından isə 5 valyutasının (ABŞ dolları, AFR-nin markası, fransız frankı, yapon yeni və İngiltərə funt-sterlinqi) orta çəki məzənnəsi əsasında müəyyən edilirdi. SDR səbəti növbəti dəfə baxıldıqda 1 yanvar 1986-cı ildən həmin səbətdə yapon pul vahidinin — yenin xüsusi çəkisi artırıldı. 1991–1996-cı illərdə yenidən baxıldıqda səbətdə valyutaların xüsusi çəkiləri əsasən saxlanıldı. AVRO-nun tətbiqi ilə əlaqədar "standart səbət" yenə də 2001-ci ildə dəyişdirildi. BVF-nin yeni Nizamnaməsinə uyğun olaraq SDR vahidinin dəyəri standart səbətin, yəni müəyyən nisbətdə götürülən aparıcı dünya valyutalarının (ABŞ dolları, avro, yapon yeni və İngiltərə funt-sterlinqi) əsasında müəyyən edilir. Hər bir valyutanın nisbi tutumu ölkənin dünya mal xidmətləri ixracatında xüsusi çəkisi və digər ölkələr tərəfindən ehtiyat vəsaitləri keyfiyyətində valyutadan istifadə etmələri kimi göstəricilərdən irəli gələrək müəyyənləşdirilir. Həmin göstərilən göstəricilərin əsasında valyutaların siyahısı, həmçinin onların standart səbətdə xüsusi çəkisi hər beş ildən bir yenidən baxılır.