Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boğulma
Boğulma — ağız və burnun mayeyə batırılması nəticəsində yaranan boğulma növü. Ölümlə nəticələnən boğulma hallarının əksəriyyəti təkbaşına və ya orada olan başqalarının ya qurbanın vəziyyətindən xəbərsiz olduğu və ya kömək təklif edə bilmədiyi hallarda baş verir. Uğurlu reanimasiyadan sonra qurbanlar tənəffüs problemi, qusma, çaşqınlıq və ya huşunu itirə bilər. Bəzən qurbanlar xilas edildikdən bir neçə saat sonra bu simptomları yaşamağa başlaya bilmir. Boğulma hadisəsi həmçinin aşağı bədən temperaturu, qusmanın aspirasiyası və ya kəskin respirator distress sindromu (ağciyərin iltihabı nəticəsində tənəffüs çatışmazlığı) səbəbindən qurbanlar üçün əlavə fəsadlara səbəb ola bilər. Böyük su kütlələrinin yaxınlığında uzun müddət qaldıqda boğulma ehtimalı daha yüksəkdir. Boğulma üçün risk faktorlarına alkoqol və ya narkotik istifadəsi, epilepsiya, üzməyi bilməmək, uşaqlarda isə nəzarətin olmaması daxildir. Ümumi boğulma yerlərinə təbii və süni su hövzələri, vannalar və üzgüçülük hovuzları daxildir.
Oğulcaq xan
Oğulcaq xan - Qaraxanilər dövlətinin üçüncü xaqanı. Qardaşının dövründə Buğra xaqan yəni kiçik xaqan kimi tanınırdı. Hakimiyyəti dövründə I İsmayıl tərəfindən qovulmuş I Nəsr Qaraxanilər dövlətinə pənah gətirmişdi. Artış şəhərinin idarəsini Nəsrə verən Oğulcaq xaqan ona məscid tikməyə də icazə vermişdir. Ticarət şəhərinə çevrilməsi və müsəlman tacirlərin artması halı qardaşı oğlu, şahzadə Satıq Buğranın da müsəlman olmasına səbəb oldu. Oğulcaq xaqan Satıq Buğranın müsəlman olmasına eşidib ona Tenqri məbədi hazırlamağı əmr etdi. Satıq Nəsrin məsləhəti ilə bu məbədi ucaltdı. Daha sonra açıq şəkildə əmisinə qarşı gələn Satıq Buğra xan tərəfindən Oğulcaq öldürüldü.
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.
Universal əsgər 3: Yenidən doğulma
Universal əsgər 3: Yenidən doğulma Universal əsgər film seriyasının üçüncü filmidir. Rejissoru Con Hyams olan və ssenarisi Viktor Ostrovski tərəfindən yazılan filmdə baş rollarda Jan-Klod Van Damm və Dolf Lundqren çəkilmişdirlər. Film 1992-ci ildə istehsal edilmiş olan iki Universal əsgər televiziya seriyası ilə əlaqəsi olmayan və 1999-cu ildə çəkilmiş və bu filmin kinoteatr davamı olan Universal əsgər 2: Qayıdış filmindəki hadisələr ümumiyyətlə nəzərə alınmayaraq 1992-ci ildəki orijinal Universal əsgər filminin birbaşa davamıdır. Film Yaxın Şərq və Cənub-Şərqi Asiyada və birbaşa ABŞ-da və dünyanın digər yerlərində kinoteatrlarda nümayiş olunmuşdur. Film qarışıq rəylər almış olsa da, çəkildiyi vaxtdan bəri diqqətəlayiq bir kult film olmuşdur. Jan-Klod Van Damm ... Luc Deveraux Dolf Lundqren .... Endryu Skott Andrey Arlovski .... NGU Qeri Kuper .... Dr.
Bu zalım dünyada doğulma (teleserial, 2009)
Bu zalım dünyada doğulma — Hindistan serialı. Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür. Sia ilə Raghavın qızları onların yolunu davam etdirirlər.
Buqulma
Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi. Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur. Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı.
Buqulma rayonu
Buqulma rayonu (tatar. Bөgelmə rayonı, Бөгелмә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimalında yerləşir. İnzibati mərkəzi Buqulma şəhəridir. Rayonun ərazisi 1408.6 km²-dir. Respublikanın cənub-şərqində yerləşir. Respublikanın Əlmət, Leninoqorsk, Aznakay, Bavlı, Yutmazı rayonları, Samara vilayəti (Klyavlinski rayonu) və Orenburq vilayəti (Severnı rayonu) ilə həmsərhəddir. 1920-ci ilə qədər rayonun ərazisi Samara vilayətinin Buqulma rayonu, 1920-1930-cu illərdə Buqulma kantonunun bir hissəsi olur. Çağdaş rayon isə 10 avqust 1930-cu ildə qurulmuşdur. Əhalisi: 51,6 min nəfər (kişilər - 23,9, qadınlar - 27,7).
Buqulma-Belebey yüksəkliyi
Buqulma-Belebey yüksəkliyi (ing. Bugulma-Belebey Upland) — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik. Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.