BOĞUŞMAQ

qarş.
1. Bir-birini qapmaq. İtlər boğuşurlar. – İt itlə boğuşdu, yolçuya fürsət düşdü. ( Ata. sözü ).
2. Dalaşmaq, savaşmaq, vuruşmaq, dava etmək. Küçədə uşaqlar boğuşurdular.
– Ayı bir müddət onlar ilə boğuşandan sonra, mağaradan sıçrayıb çıxdı. S.S.Axundov.
Bir gün Əşrəf məhəllə uşaqlarından biri ilə boğuşarkən, ağır bir əl qollarından yapışdı. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOĞUŞMAQ 1. BOĞUŞMAQ, QAPIŞMAQ (itlər haqqında) 2. boğuşmaq bax dalaşmaq
  • BOĞUŞMAQ dalaşmaq — savaşmaq — vuruşmaq
  • BOĞUŞMAQ qapışmaq

Etimologiya

  • BOĞUŞMAQ Boğmaq feilinin qarşılıq növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BOĞUŞMA
BOKS

Digər lüğətlərdə