Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DoReDoS
DoReDos — Moldovanın Rıbnitsa şəhərindən olan Marina Cundiet, Yevgeni Andriyanov və Sergey Mıtsanın yer aldığı musiqi triosu. Onlar "My Lucky Day" mahnısı ilə Moldovanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdırlar. Qrup daha öncə 2015 və 2016-cı illərdə Moldovanın Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turlarında iştirak etmişdir. Onlar 2017-ci ildə Yurmalada keçirilən Yeni Dalğa musiqi festivalında qələbə qazanmışdırlar. == Yaranma tarixçəsi == DoReDos 2011-ci ildə Dnestryanıda yerləşən Rıbnitsa şəhərində qurulmuşdur. Onlar 2017-ci ildə Yurmalada keçirilən Yeni Dalğa musiqi festivalında Moldovanı təmsil etmiş və nəticədə qələbə qazanmışdırlar. Bunun ardınca qrup üzvləri Moldova hakimiyyəti tərəfindən təltif olunmuşdurlar. 2018-ci ilin mart ayından DoReDos Bis albom şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Onlar Filipp Kirkorovun bəstələdiyi "My Lucky Day" mahnısı ilə Moldovanı Avroviziya 2018-də təmsil edərək, ölkəyə finalda 10-cu yeri qazandırmışdırlar.
Korezom
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka?, azərb. Bu bir zombidir?‎) və ya qısaca Korezom (これゾン, Korezon) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Norodom Siamoni
Norodom Sihamoni (khm. នរោត្តម សីហមុនី; 14 may 1953[…], Pnompen, Fransa Hind-Çini) — Kambocanın kralıdır.
Norodom Sianuk
Norodom Sianuk(31 oktyabr 1922[…], Pnompen, Fransa Hind-Çini – 15 oktyabr 2012, Pekin) — 1941-ci ildən 1955-ci ilədək, 1960-cı ildən 1970-ci ildək və 1993-cü ildən 2004-cü ilədək Kambocanın Norodom sülaləsindən olan altmışıncı, altmış ikinci və altmış üçüncü kralı.
Bordo (dəqiqləşdirmə)
Bordo
Bordo (rayon)
Bordo (fr. Bordeaux) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Jironda. Suprefektura — Bordo. Rayonun əhalisi 2006-cı ildə 933 025 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 212 nəf / km² . Rayon ərazisi — 4397 km².
Bordo FK
FC Girondins de Bordeaux — Fransız futbol klubu. Oyunlarını Bordodakı 35.200 nəfərlik Stade Chaban Delmas oynayan klub, 6 dəfə Liqa 1 çempionluğu qazanma müvəffəqiyyəti göstərmişdir. 1995-96 mövsümündə UEFA Intertoto Kubokunu qazanıb UEFA Kubokunda seçmələrə qalmış və daha sonra final oynamış ancaq Bayern Münhenə 2-0 və 3-1 məğlub edərək çempion olmağı bacarmışdır.
Children of Bodom
Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu. == Yaranışı və Haqqında == 1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı. == Konsertlər == Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi.
My Lucky Day (DoReDos mahnısı)
My Lucky Day (azərb. Mənim uğurlu günüm‎) — Moldovanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. DoReDos qrupu "My Lucky Day" mahnısı ilə Moldovanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı rus müğənni və bəstəkar Filipp Kirkorov və 2013-cü ildə Azərbaycanın, 2014 və 2016-cı illərdə Rusiyanın və 2017-ci ildə Yunanıstanın Avroviziya mahnıları üzərində işləyən söz yazarı Con Ballard tərəfindən bəstələnmişdir.