Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buldoq-qarışqa
Buldoq-qarışqa (lat. Myrmecia) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Buldoqkimilər
Buldoqkimilər (lat. Molossidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi təsviri == Fəsilənin nümayəndələri əsasən kiçik, nadir hallarda isə iri yarasalardır. Başı enli və yastıdır. Üst dodağı sallaq ətli büküşün içərisinə yığılmış, üzəri sərt qıllarla örtülmüşdür. Qulaqları önə uzanmış və başın üst səthi səviyyəsində yerləşmişdir. Qulaqları enli və qalındır. Çox vaxt iç kənarları ilə başın üzərində bitişir. Qanadları ensiz və itidir. Yoğun əzələli quyruğu, az qala yarıya qədər omaarası pərdədən kənara çıxır.
Buldoqlar
Buldoqlar (ing. bul – öküz və dog –it) — qısatüklü it cinsləri qrupu. == Tarixi == Əcdadları molos doqları – qədim döyüş itləri hesab olunur. == Növləri == === İngilis buldoqu === Buldoqlar üçün seleksiya yolu ilə möhkəmləndirilmiş sifətin xüsusi quruluşu səciyyəvidir: qısa üst və yuxarı əyilmiş alt çənə, geniş girdə çənəaltı. Buldoqların vətəni Böyük Britaniyadır; burada onlardan it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi. 1835-ci ildə bu tamaşalar qadağan edildiyindən, Buldoqları qiymətləndirənlər ekstremal spesifik əlamətlərə (iri bədən quruluşu, enli sifətli böyük baş və s.) malik itlərin yetişdirilməsi ilə məşğul olmuşlar. İngilis buldoqu cinsi belə formalaşmışdır. Standartı 1875-ci ildə qəbul edilmişdir. Ortaölçülü, irisümüklü itdir. Cidov hündürlüyü 38–40 sm, kütləsi 23– 25 kq-dır.
Bulduq
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Bulduq (Sabirabad)
Bulduq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 1797 nəfərdir (2009). == Din == Kənddə Bulduq kənd məscidi dini icması fəaliyyət göstərir.
Bulduq (Zəncan)
Bulduq - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Bəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 35 km. cənubdadır.
Baldoy
Baldoy (gür.: g.ə. პალდო, l.ə. paldo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99.9%-i azərbaycanlılardan ibarət 696 nəfər (367 nəfəri kişilər, 329 nəfəri qadınlar) əhali yaşayır.
Bulduk
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Bulyon
Bulyon - Azərbaycan mətbəxinin milli yeməyi. == Zəfəranlı bulyon == === Tərkibi === Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz. === Hazırlanma qaydası === Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Burduq
Burduq — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır.Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Buldır adası
Buldır adası (ing. Buldir Island, aleut. Идмааҳ) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan kiçik ada. == Coğrafiya == Ada su üstü bir qayalığı təşkil edur. Uzunluğu 7 km, eni 3–4 km təşkil edir. Ərazisi dağlıqdır. Əsasən tundra bitkiləri ilə örtülmüşdür. Adada iki vulkan vardır: Buldır (656 m) və Vostoçnı (580 m). Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.
Eric Burdon
Eric Victor Burdon (11 may 1941, Vaker[d]) – THE ANIMALS qrupunun vokalisti. THE ANIMALS qrupuna dünya şöhrəti gətirən hitlər arasında "House Of The Rising Sun", "We Gotta Get Out Of This Place", "It's My Life", "Don't Let Me Be Misunderstood", "When I Was Young" və "Monterey" Eric Burdon tərəfindən bəstələnmişdir.
Rob Burdon
Rob Bourdon — Linkin Parkın zərb alətçisi. 1996-cı ildən bu günə qədər Linkin Park qrupunda fəaliyyət göstərir. Linkin Park qrupuna gəlməmişdən əvvəl ofisant işləmişdir.
Sandra Bullok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Sebastian Burdon
Sebastian Burdon (Sebastien Bourdon, 2 fevral 1616[…], Monpelye – 8 may 1671[…], Paris) —Fransız rəssamı.
Vulvort Buldinq
Woolworth Building ABŞ-nin New York şəhərində yerləşən bir göydələndir. Bina Broadway küçəsində yerləşir. Bina 1910-1913-cü illər arasında F. W. Woolworth şirkətinin qərargahı olaraq inşa edilmiş və şəhərin ən qədim göydələnlərindən biridir. Bina 241.4 metr hündürlükdə və 57 mərtəbəlidir. Binada 34 lift mövcuddur. İnşa edildikdə sonra 1930-cu ildə 40 Wall Street tamamlanana qədər dünyanın ən hündür binası ünvanına malik idi. Woolworth Binası 1966-cı ildə Milli Tarixi Əsərlərin siyahısına daxil edilmişdir. Binanın inşaat mühəndisi Gunvald Aus və Kort Berle olmuşdur. Binanın tikintisinə 13,5 milyon US$ xərclənmişdir.
Zəfəranlı bulyon
Bulyon - Azərbaycan mətbəxinin milli yeməyi. == Zəfəranlı bulyon == === Tərkibi === Qoyun və ya mal sümüyü - 250q, baş soğan - 20q, yerkökü - 20q, cəfəri kökü - 10q, keşniş və ya şüyüd - 10q, zəfəran - 0,2q, duz. === Hazırlanma qaydası === Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qızdırılır. Kəfi və üzərindəki yağ arabir yığılır, coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra zəfəran şirəsi qatılıb süzülür. Bulyonu ətdən də hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Ömər Buludov
Ömər Buludov (15 dekabr 1998, Azərbaycan) – Misli Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. == Karyerası == === Neftçi === Neftçidə ilk matçına 25 noyabr 2017-ci ildə keçirilən Neftçi-Keşlə matçında çıxıb. Matç Neftçinin 3–1 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk qolunu 10 mart 2019-cu ildə keçirilən Sumqayıt-Neftçi matçının 87-ci dəqiqəsində vurub. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb.
İkievli bunduq
== Təbii yayılması == ABŞ və Kanadada, Texas və Luizianadan Ontorio və Cənubi Dakotayadək, düzənliklərdə, çay kənarında və Appalaçın aşağı nəmişli yaruslarında rast gəlinir. Bu növə bəzən Kanada bunduqu da deyilir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatan, geniş və seyrək çətirli, düz gövdəli ağacdır. Yarpaqları tökülən, ikiqat lələkvari, uzunluğu 60-70 sm, eni 8 sm-ə çatır. Yarpaqcıqları tünd yaşıl, 8 sm enindədir. Çiçəkləri seyrək salxımlarda yerləşir, sarımtıl-yaşıl rəngli, kiçik və ətirlidir. Meyvəsi paxladır, uzunluğu 8-16 sm-ə, eni 3-5 sm-ə çatır, ətli, şabalıdı qonur rəngdədir. Toxumları dəyirmi, yastı və bozumtul qara, uzunluğu 20 mm, qalınlığı 10 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. == Ekologiyası == Münbit və rütubətli torpaqlara tələbkar və işıqsevəndir.
Bloq
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Ağyazı Buduq
Ağyazı Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1250 nəfərdir.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Bağırsaq (bulaq)
Bağırsaq – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırsaq kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Bağırsaq çayının dərəsində, 2400 metr yüksəklikdə, İstisu Kurortunun yaxasında çıxan mineral bulaqdır. Suyu çoxdibetlidir. Suyundan müalicə və içmək üçün istifadə edilir. Vannası oynaq, sinir və digər xəstəliklərin müalicəsində müsbət təsir göstərir.Suyun hərarəti aşağıdır. Suyunun tərkibində bol miqdarda həm müxtəlif təbii qazlar, həm də mineral maddələr var. == Həmçinin bax == Bağırsaq == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.74.
Bulqogi
Bulqogi — tam mənasıyla "atəş əti", bir barbekü üzərində və ya sobanın üst qatında marinə edilmiş mal əti və ya donuz ətindən incə dilimlərdən qızardılmış bir xörək (Koreya tərzi izgara və ya qovrulmuş yemək). Həmçinin evdə bişirilərkən tavada tez-tez qarışdırılır. Xörək üçün mal ətinin kəsilməsində qabırğa və can əti hissəsi tez-tez istifadə olunur. Xörək Koreya yarımadasının şimal hissəsində yaradılmış və Cənubi Koreyada çox məşhurdur. Faktiki olaraq, bulqogi Cənubi Koreyada dəbli restoranlardan tava-hazır dəstləri satılan yerli supermarketlərə qədər hər yerdə yayılmışdır == Etimologiyası == Bulqogi adı bul ("atəş") və gogi ("ət")-dən ibarət Koreya sözü olan bul-gogi (불기) dan formalaşmışdır. Mürəkkəb söz xörəyin Pxenan vilayətinin (hal-hazırda Şimali Koreyada) incəliyi kimi, Pxenan dialektindən törəmişdir. Koreya yarımadasının 1945-ci ildə Yaponiyanın işğalından azad edilməsindən sonra yemək Pxenyan qaçqınları tərəfindən Cənubi Koreyanın Seul və digər bölgələrində məşhur oldu. Daha sonra ət kömür üzərində birbaşa kabab edilmiş kimi Koreya dili lüğətinin 1947 sayından verilmişdir.Koreya Milli İnstitutu tərəfindən dərc edilən Standart Koreya dili lüğətində bulqogi sözü nazik dilimlənmiş, marinada qoyulmuş və odun üzərində qızardılmış ət kimi verilmişdir. Bu söz ingilis dilində Merriam-Webster Dictionary və Oxford Dictionary of English kimi ingilis dilində lüğətlərə də daxil edilmişdir. Merriam-Webster, 1961-ci ildə sözün xüsusiyyətini Amerika ingilis dilinin leksikonunda vermişdir.
Bülcəg (Maku)
Bülcəg (fars. بلجك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 36 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (57 ailə).
Blog