Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burağan
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Burğac
Burğac — çilingər aləti olub, yivli bərkidici hissələrin bağlanması və açılması üçün yerinə yetirilən burma hərəkətini icra etmək üçün tətbiq edilir. İlk dəfə burğacın tətbiqinə 17-ci əsrdə rast gəlinir. Metal burğacların 19-cu əsrdə metaləksən dəzgahların ixtirası ilə əlaqədar olaraq əhəmiyyəti artmağa başlamışdır. Ona görə ki, metalların emalı ona qədər çətin olduğundan vintlərin istehsalı da məhdud idi. Vintlər əllə bülövlənirdilər. Burğac dəstəkdən və tildən ibarətdir. Dəstək adətən ağac və ya rezindən, til olan hissə isə metaldan hazırlanır. Dəstəyin diametri 10-40 mm civarında yerləşir. Bu ölçü yivli hissəyə tətbiq olunan fırladıcı momentin qiymətindən asılı olaraq seçilir. Kiçik hissələrin bərkidilməsində dəstəyi kiçik olan burğaclardan istifadə edilir ki, tətbiq olunan qüvvə hissəni zədələməsin.
Buraşan (Urmiya)
Buraşan (fars. وراشان‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 6,5 km. şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər. yaşayır (35 ailə).
BM-27 Uraqan
BM-27 "Uraqan" — 220 millimetr çaplı sovet reaktiv yaylım atəş sistemi. Bu kompleks 1975-ci ildə istifadəyə verilmişdir. Sistemin baş konstruktoru Aleksandr Nikitoviç Qaniçevdir. Döyüş maşınının baş konstruktoru isə Yu. N. Kalachnikovdur. == Texniki göstəriciləri == İstehsalçı ölkə: SSRİİstehsalçı firma: Splav (Tula) silah hazırlama zavoduTip: Reaktiv Yaylım Atəş Sistemi İstehsal tarixi: 1975 – 1991 Xidmətə giriş ili: 1975 – günümüzə Lülə diametri: 220 mm Lülə sayı: 16 ədəd Doldurulma: 14 dəqiqə Döyüşə hazır vəziyyətə gətirilmə: 3 dəqiqə Yerdəyişmə vaxtı: 1.5 dəqiqə Şaquli qalxma bucağı: +6º… +55º Məhvetmə radiusu: 426.000 m² Hədəfdən yayınma: 125/170 m Salvo Atış müddəti: 8.8 – 20 saniyə Raketin çəkisi: 256 – 280 kq Döyüş başlığının çəkisi: 90 – 143.5 kq Minimal atəş məsafəsi: 5 km Maksimal atəş məsafəsi: 35.8 km Şassi: ZİL–135LM Heyət üzvü: 4 nəfər Ağırlıq: 20 ton Uzunluğu: 9.63 m Eni: 2.80 m Hündürlüyü: 3.22 m Klirens: 0.475 m Təkər formulası: 8x8 Mühərrik: 2 ədəd Zil–375 V8 benzin Güc: 2 x 180 (360) at gücü Sürətlər qutusu: 10 pilləli mexaniki Maksimal sürət: 65 km/saat Döyüş radiusu: 570 kmYanacaq çəninin tutumu: 520 litr == İstifadə edən ölkələr == Ermənistan — 2011-ci ildə silahlanmasında göstərib.