Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buğacıq
Buğacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı 1906-cı ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Orta əsrlərdə Suriyada (Şamda) Buka mahalında yaşamış Şamlı tayfasının gətirdiyi addır.
Baracıq (Urmiya)
Baracıq (fars. باراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (68 ailə).
Bulanıq
Bulanıq (türk. Bulanık) — Muş ilinin ilçəsi.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi olub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Molla Səfi əfəndi oğlu idi. Onun vəfatından sonra oğlu Həmzə bəy mahala başçılıq etdi.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Balacıq (Xoy)
Balacıq (fars. بلجوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 742 nəfər yaşayır (129 ailə).
Barıcıq (Xoy)
Barıcıq (fars. برژوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (54 ailə).
Baçacıq (Urmiya)
Baçacıq (fars. بچه جيك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (125 ailə).
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir. Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir.
Rütubətsevən bağacıq
Rütubətsevən bağacıq (lat. Eurygaster testudinarius) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu bağacığın başı kiçik olub, geniş və dairəvidir. Dilçəyi başın skul lövhəsinin təpəsindən kənara çıxır və onun zirvəsi təpə kənarından aşağıda yerləşir ki, ona böyürdən baxdıqda qabaq tərəfdən bir xətt təşkil etmir. Dilçəyin alt tərəfindəntəpəsinə yaxın enli bir çüxurluq vardır. Bel qabağının yan bucaqları bir qədər uzanır və qanad üstlüyünün əsasından bir az kənara çıxır. Digər bağacıq növlərinə nisbətən bədəni kiçikdir. Uzunuğu 8-10,5 mm.-dir. == Yayılması == Azərbaycanda bu növ ümumiyyətlə dağətəyi və dağlıq rayonlarda yayılmışdır. Bu növ Lənkəran zonasının dağətəyi rayonlarında (burada illik orta rütubət çoxdur) miqdarca daha çoxdur.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).
Ziyankar bağacıq
Ziyankar bağacıq (lat. Eurygaster integriceps Put.) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu zərərvericinin bədən forması bağaya (tısbağaya) çox oxşadığı üçün ona ziyankar bağacıq adı verilmişdir. Bədəni xaricdən xitin sipərlə örtülmüşdür. Bədəninin rəngimüxtəlif olub, adətən, bozumtul-sarı, tutqun qəhvəyi və bəzi hallarda isə qara olur. Ön döşün kənarları dəyirmidir. Ön qanadlar təmamilə xitinləşmişdir və bədənin bütün səthini örtür. Arxa qanadlar isə şəffafdır. Uzunluğu 10-12, eni isə 6–7 mm.-dir. == Yayılması == Ukraynada, Azərbaycanda, Şimali Qafqazda, Volqa boyunda, Orta Asiya respublikalarında geniş yayılmışdır.
Bulanıq (Qars)
Bulanıq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 97 nəfərdir (2022).
Bulanıq (dəqiqləşdirmə)
Bulanıq — Muş ilinin ilçəsi.
Dirsə xan oğlu Buğacın boyu
Dirsə xan oğlu Buğacın boyu - Kitabi Dədə Qorqud dastanına daxil olan boylardan biri. == Tədqiqi == «Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. «Kitabi-Dədə Qorqud» dastanı haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer vermişdir. Lakin «Kitabi-Dədə Qorqud» dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanmışdır. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olmuşdur. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar etmişdir. 1952-ci ildə isə italyan şərqşünası Ettori Rossi Vatikan kitabxanasında 6 boydan ibarət başqa bir nüsxəni üzə çıxarıb, geniş elmi müqəddimə ilə nəşr etdirir. 2019-cu ildə isə «Kitabi Dədə Qorqud»un yeni bir nüsxəsi – hazırda elm aləmində “Türkmənsəhra nüsxəsi” adı ilə tanınan nüsxənin olması barədə yeni faktlar üzə çıxdı. Dirsə xan oğlu Buğacın boyu həm Drezden nüsxəsinə həm də Vatikan nüsxəsinə həm də Türkmənsəhra nüsxəsinə daxil olan ortaq boylardan biridir. Bu boy Drezden nüsxəsində “Dirsə xan oğlu Buğac xan boyu” adlanır və ilk sıradadır.
Bürucin
Bürucin-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Bürucin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,077 nəfər və 12,828 ailədən ibarət idi.
Buzaçi
Buzaçi - Xəzər dənizinin şimal-şərqində, Qazaxıstan Respublikasının cənub-qərbində yarımada. Maksimal hündürlüyı 61 metrdir. Səthi barxanlar və qum təpələri olan düzənlikdir. Yarımadanın şimalında geniş şoranlıqlar var. Bitkisi yarımsəhra tiplidir. Xəzər dənizinin səviyyə tərəddüdü ilə əlaqədar sahəsi dəyişkəndir. Buzaçi yarımadasında neft yatağı var. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2017, səh,137.
Başaçıq (Qoşaçay)
Başaçıq (fars. باش اچيق‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (23 ailə).
Bürucin şəhristanı
Bürucin şəhristanı- İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bürucin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 113,795 nəfər və 27,963 ailədən ibarət idi.
Büzucıq (Təbriz)
Büzucıq — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanındadır.
Burci Məmlüklərinin siyahısı
Burci Məmlükləri — 1382-ci ildən 1517-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır: == Mənbə == The Mamluk Sultans: 1291–1517, Mustafa M. Ziada, A History of the Crusades: The fourteenth and fifteenth centuries, Vol. III, ed. Kenneth Setton, (University of Wisconsin Press, 1975), 490. Aleppo:the Ottoman Empire's caravan city, Bruce Masters, The Ottoman City Between East and West: Aleppo, Izmir, and Istanbul, ed. Edhem Eldem, Daniel Goffman, Bruce Master, (Cambridge University Press, 1999), 20. Kenneth Meyer Setton (1969). A History of the Crusades: The fourteenth and fifteenth centuries, edited by ... Univ of Wisconsin Press. p.