Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buran
Buran (Ərdəbil) —
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Xuray
Xuray (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Xuray (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Boray rayonu
Boray rayonu (başq. Борай районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Boray kəndidir. Ufadan 52 km aralıda yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Ərazisi şimal meşə-çöl zonasına daxildir. Rayonun ərazisi 1820 km² təşkil edir. Ərazisindən qum, əhəng daşı, kərpiç xammalı, neft çıxarılır. İqlimi kontinental, orta rütubətlidir. Ərazisinin böyük hissəsini eynli yarpaqlı meşələr tutur.
Burak Aksak
Burak Aksak (d. 12 sentyabr 1985, İstanbul) — türkiyəli yazar, rejissor və aktyor. İlk təhsilini Yedikule'de və orta təhsilini Koca Mustafa Paşa Liseyində tamamladı. Hal hazırda Eskişehir Anadolu Universitetində İctimai İdarəetmə Fakültəsində təhsil alır. 2006-cı ildə o, təqaüd qazanmış və Platon Film Məktəbinə daxil olmuşdur. Ekol Drama İncəsənət Məktəbində Kamera üçün aktyorluq edir. Kariyerini televiziya üzərinə əmisi Selçuk Aydemir ilə başlamış və TRT ilə "Ramazan Güzeldir" idarə etmişdir. Leyla və Mecnun seriyası nəşrdən çıxarıldı və "Ben de Ozledim" filmində ssenarist kimi işləməyə davam etdi. O, BKM tərəfindən hazırlanan və 9 yanvar 2015-ci ildə nümayiş etdirilən :Bana Masal anlat" filmin ssenari müəllifi və rejissorudur. O, 2013-cü ildən etibarən aylıq "OT Magazine" jurnalında yazır.
Burak Sevinc
Burak Sevinc (27 oktyabr 1985, Zonquldak) — Türkiyəli aktyor. == Həyatı == Burak Sevinc, 27 oktyabr 1985-ci ildə Zonquldakda anadan olmuşdur. Ulduz Texniki Universiteti məzunudur. İlk olaraq "Atam üçin" adlı serialda Alpay obrazını canlandırmışdır. == Şəxsi həyatı == Burak Sevinc, 1 Avqust 2015 tarixində Şirin Kılavuz ile evləndi. 2021-ci ilin mayında boşandılar.
Burak Yılmaz
Burak Yılmaz (türk. Burak Yılmaz, 15 iyul 1985, Antalya) — "Qol kralı" ləqəbli türk futbolçusu, Fransanın "Lill" və Türkiyə yığmasının hücumçusu, yığmanın kapitanı, Hakan Şükürdən sonra Türkiyə futbol yığmasında ən çox qol vurmuş bombardir (66 oyunda 28 qol), Sergen Yalçından sonra Türkiyənin dörd ən böyük futbol klubu olan "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasarayda" oynamış ikinci futbolçu. Bu dörd komanda ilə Çempionlar Liqasında oynayıb. == Oyun stili == Burak Yılmaz klassik mərkəz hücumçusudur, hər iki ayaqla dəqiq zərbələr endirə bilir, kəllə ilə gözəl oynuyur, fiziki gücə və topun texniki qəbul etmə qabiliyyətinə malikdir. Həmçinin penalti və standart cərimə zərbələri yerinə yetirir, hərçənd bu sahədə yüksək usta hesab olunmur. Oyun stilinə görə yüksək sürətə malik dağıdıcı forvarddır. == Klub karyerası == == Transferlər == === Antalyaspor === Burak Yılmaz peşəkar futbol karyerasına 16 yaşında "Antalyaspor" klubunda sağ vinqer mövqeyində başlayıb === Qalatasaray === 2012/2013 futbol mövsümünün başında "Trabzonspordan" "Qalatasaraya" transfer qiyməti 5 mln avro olub. === Beytsinq Quan (Beijing Guoan) === 2016-cı ildə Çinin "Beytsinq Quan" klubuna 8 mln avro müqabilində transfer olunub. === Trabzonspor === 2017-ci ildə 3,5 mln avroya "Trabzonspora" tranfer olunub. === Lill === 2020/2021 il mövsümündə Fransanın "Lill" klubuna transfer olunub.
Burak Özçivit
Burak Özçivit (24 dekabr 1984, İstanbul) — Türk aktyor və keçmiş model. == Həyatı == Əslən Qaziantepli olan aktyor, 2001-ci ildə Kazım İşmen liseyindən məzun olub. Mərmərə Universitetin gözəl peşələr fakültəsi fotoqrafçılıq ixtisasında oxuyub. 2003-cü ildə "Türkiyənin ən yaxşı modeli" müsabiqəsinə qatılmış və "gələcəyi vəd edən model" seçilmişdir. Yarışmadan sonra Uğurkan Erez agentliyi ilə işə başlamışdır. Daha sonra modelliyi buraxmış, Uğurkan Erezin agentliyində çalışmışdır. Daha sonra 2005-ci ildə müsabiqəyə yenidən qatılmış və "Türkiyənin ən yaxşı modeli" seçilmişdir. Bundan sonra "Dünyanın ən yaxşı modeli" müsabiqəsində ikinci yerə çıxmışdır. Fərrux Saraç, Abbat, Tween və Network kimi markaların xarici sərgi nümayişlərində vəzifə almışdır. 2006-cı ildə "Mənfi 18" adlı serialında gənc komissar Muradı canlandırmışdır.
Buran (Ərdəbil)
Buran (fars. بوران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 12 km cənub-qərbdə, Ərdəbil-Təbriz avtomobil yolunun üstündədir. == Əhali == 2006-cı il siyahıya alınmaya görə kənddə 103 nəfər yaşayır (17 ailə).
Furay Sancin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Moris Bukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. == Həyatı == Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. == İncil, Quran və elm == 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Nikolay Buqay
Nikolay Buqay (d. 19 dekabr 1941-ci il, Starotitarovskaya stanitsası, Temrük rayonu, Krasnodar diyarı) — Rusiya tarixçisi, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi əməkdaşı, Rusiya Federasiyanının Regional inkişafı Nazirliyinin Millətlərarası münasibətlər Departamentinin məsləhətçisi. == Həyatı == Nikolay Fyodoroviç Buqay 19 dekabr 1941-ci ildə SSRİ-də, RSFSR-in Krasnodar diyarının Temrük rayonunda yerləşən Starotitarovskaya stanitsasında anadan olmuşdur.Nikolay Buqayın atası Fyodor Alekseyeviç Buqay mexanik olaraq çalışırdı, anası Varvara Petrovna Buqay isə xidmətçi idi.
Nil Burak
Nil Burak olaraq bilinən Pembe Nihal Munsif 27 aprel 1948 Lefke) Şimali Kipr Türk Respublikası ve Türkiyənin məşhur müğənnisidir.
Nuray Hafiftaş
Nuray Hafiftaş — (2 noyabr 1962, Çıldır, Qars ili – 14 fevral 2018, İstanbul), Azərbaycan əsilli Türkiyə xalq musiqisi sənətkarı və bəstəkarıdır. == Həyat və fəaliyyəti == Nuray Hafiftaş 2 noyabr 1962-cü ildə Çıldırda doğulub. İTU Dövlət Konservatoriyasını bitirdikdən sonra İstanbul Bələdiyyə Konservatoriyasının İcra Heyətində 4 il dövlət sənətçisi olaraq işləyib. Eyni illərdə İstanbul Radiosunda da işləyib. İndiyə qədər bir çox albom çıxaran sənətçinin 100-dən çox söz və bəstəsi özünə aid olan əsərləri var. Bunlardan "Ayrılık Nikahı", "Yalan Dünya" və "İsyan Ediyorum"u müğənni Kibariye, "Hasret" ve "Gurbet"i isə İzzet Yıldızhan oxuyub. Sənətçinin son albomuna isə özünə aid "Be Hey Gafil" və "Yavrular" adlı iki bəstəsi də daxildir. "Star Production"ın təsiri ilə bazara çıxan "Yazı Bir Dert Kışı Bir Dert" adlı son albomunun prodüserliyini Yusuf Savaş öz üzərinə götürüb. 12 əsərdən ibarət olan bu albom təxmini dörd il sonra çıxıb. Bir müddətdir xərçəngdən müalicə olunan sənətkar 14 fevral 2018-ci ildə dünyasını dəyişib.
Nuray Məhərov
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. == Həyat və yaradıcılığı == Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir.2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür.2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur. Eyni zamanda sözləri Fikrət Qocaya, musiqisi isə Polad Bülbüloğluna məxsus olan “Mən Mahnı Qoşuram” kinofilmindən olan “Sevimli Diyar” adlı mahnıya çəkilən yeni klipin həmin ilin iyun ayında təqdimatı baş tutmuşdur. 2016-cı ilin may ayında S.Haqverdiyevanın “Ər Quyusu” kinofilmində rol almışdır.
Rəfiqə Nuray
Rəfiqə Nuray — Azərbaycan şairi. == Həyatı == 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971-1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Tavo Burat
Tavo Burat (Gustavo Buratti Zanchi, 22 may 1932, Stezzano — 8 dekabr 2009, Biella) — İtalyan yazıçı və jurnalist. Burat həyatının çox hissəsini Pyemont dil adasını qoruyaraq keçirdi. 1964-ci ildən başlayaraq, Burat yox olma təhlükəsi ilə üzləşmiş dilləri və mədəniyyətləri qoruyan beynəlxalq assosiasiyasının katibi olmuşdur. O, xüsusilə Pyemont və Franco-Provençalca dillərini qorumağa diqqətini yönəltmişdir. O, həmçinin İtaliya Sosialist Partiyası və Yaşıllar Partiyasının regional nümayəndəsi idi. == Tərcümeyi-hal == O, 1938-ci ildə Stezzano anadan olmuşdur və Graubündendə Hüquq adlı dissertasiya ilə hüquq fakultəsini bitirmişdir. O, 1968-ci ildən 1994-ci ilə qədər orta məktəbdə Fransız dili tədris edib. O, Sloria regional baxışın birinci redaktoru və təsisçisi və həmçinin də 1974-cü ildən 2009-cu ilə qədər ALP alpinizminin redaktoru olub. O, 1974-cü ildən-2009-cu ilə qədər Centro Studi dolcinianinin koordinasiyaçısı olub və Consiglio federativo della Resistenza di Biellanin banisidir == İşləri == === İtalyan dili === 1957: Diritto pubblico nel Cantone dei Grigioni 1974: La situazione giuridica delle minoranze linguistiche in Italia, dins I diritti delle minoranze etnico-linguistiche 1976: In difesa degli altri, dins U. Bernardi, Le mille culture, Comunità locali e partecipazione politica 1981: Decolonizzare le Alpi, dins Prospettive dell'arco alpino 1989: Carlo Antonio Gastaldi. Un operaio biellese brigante dei Borboni 1997: Federalismo e autonomie.
Xuray (Qusar)
Xuray — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xuray kəndi Qusar rayonundan 16 km cənub qərbdə, Şahdağının ətəyində, Qusar çayın sağ sahilində, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Əniğ dərəsi adlanan yerdə yerləşir. Qusar maili düzənliyində tez-tez təsadüf olunan arxeoloji tapıntılar Əniğ dərəsindəki 9 kəndin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Cağar, Çətkün və Ləzənin (Onlardan yalnız üç kənd azərbaycanlı kəndidir. Xuray, Ləgər, Suvacal) qədim zamanlardan mövcudluğunu təsdiq edir. Bu zonada ilk yaşayış məskənləri Əniğ Və Xuray olduğu kənd ağsaqqallarının yekdil fikridir. Kəndin qədimliyini onun dörd tərəfdən əhatə edən köhnə qəbiristanlıqlar sübut edir. Xuray kəndi hazırda yerləşdiyi yerindən bir az yüksəklikdə olub. Qədim dövrlərdə "Cıraqlar", "Marl yurd" kimi yurd yerlərində məskən salmış yerli əhali təxminən 500 il əvvəl – təbii fəlakətdən, yadelli basqınlardan qurtulmaq üçün qədim məskənlərini yeni yurd yeri – bərəkətli torpaqları və bol sulu bulaqları olan yamaca – Qusarçayın hövzəsinə tərəf enmişdilər. Beləliklə, orada "Xuray"ın yeni təməli qoyulur. 1996-cı ildə Xurayın "Bağlar" adlanan ərazisində, ora yaxın digər yerlərdə əkin işləri aparılarkən qədim dövrlərə aid nizə başlıqları, silaha oxşar alətlər tapılır.
Xuray (Xaçmaz)
Xuray — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Seyidlikəndyeri kənd inzibati ərazi vahidində kənd. == Toponimakası == Kənd Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Xurayqışlaq olmuşdur. Kəndin ərazisi əvvəllər Qusar rayonundakı Xuray kəndinə məxsus qışlaq olmuş, XIX əsrin ortalarında həmin kənddən gələn ailələr burada məskunlaşmışlar.Qusar rayonunda da Xuray kəndi var.
Yuray Duçon
Yuray Duçon (5 mart 1995) — Slovakiyalı oxatan. Yuray Duçon Slovakiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Yuray Duçon birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 180-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. == Karyerası == Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.
Yuray Şijqoriç
Yuray Şijqoriç (Yuriy Şijqoriç, Georq Sisqorey, xorv. Juraj Šižgorić, lаt. Georgius Sisgoreus, Georgius Sisgoritus; d. təx. 1420 və ya 1445 — ö. təx. 1509) — latınca şeirlər yazan xorvat şair. == Haqqında == Yuray Şijqoriç Dalmatiyalı idi. Şibenikdə doğulmuşdu. Həmin vaxtı Şibenik Venesiya Respublikası tərkibinə daxil idi.
Übray
Übray (fr. Ubraye, oks. Ubraia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04224. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 105 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,3%, 1999-cu ildə 66.7%). Fəal olan 43 nəfərdən 38 nəfər (21 kişi və 17 qadın), 5 nəfər işsiz (4 kişi və 1 qadın) idi.