Boray rayonu

Boray rayonu (başq. Борай районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayon
Boray rayonu
Борай районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°50′33″ şm. e. 55°24′20″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 1.820 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 21.828 nəf. (2021)[1]
Rəsmi sayt
Boray rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun inzibati mərkəzi Boray kəndidir. Ufadan 52 km aralıda yerləşir.

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Başqırdıstanın şimal-qərbində yerləşir. Ərazisi şimal meşə-çöl zonasına daxildir. Rayonun ərazisi 1820 km² təşkil edir. Ərazisindən qum, əhəng daşı, kərpiç xammalı, neft çıxarılır. İqlimi kontinental, orta rütubətlidir. Ərazisinin böyük hissəsini eynli yarpaqlı meşələr tutur. İynəyarpaqlı meşələr isə cəmi 17 % ərazisini əhatə edir. Torpaqları qara və boz meşədir.

1919—1930-cu illər Börö kantonuna daxil idi. Boray rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. Hər km² 16 nəfər düşür.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Alışeevski rayonu ərazisin milli tərkibi: başqırdlar — 69,5 %, tatarlar — 21,8 %, udmurdlar — 4,3 %, ruslar — 2,1 %, marilər — 1,8 %, digər millər — 0,5 %[2]. Hər km

Milli tərkib:

İl başqırdlar tatarlar udmurdlar
1970[3] 62,1 % 26,1 %
1979[3] 73 % 16 %
1989[3] 39,5 % 59,8 %
2002[4] 81,4 % 9,5 % 5,2 %
2010 69,5 % 21,8 % 4,3 %

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Rayonda 13 kənd inzivati vahidliyinə 95 yaşayış məntəqəsi daxildir[5].

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. İstehsalın 85 % kənd təsərrüfatının payına düşür. Ərazisinin 81 % kənd təsərrüfatına cəlb olunmuşdur. Kənd təsərrüfatının taxılçılıq, kartoxçuluq, ətlik-südlük heyvandarlıq və donuzçuluq inkişaf etmişdir

Avtomobil əlaqəsi UfaYanaul magistralı ilə təmin edilir.

Rayon ərazisində 25 ümumtəhsil mərkəzi vardır ki bununda 11 orta məktəbdir. Burada 3 kənd xəstəxanası, 34 kütləvi kitabxana, 73 klub fəaliyyət göstərir. Tatar dilində «Alqa» Arxivləşdirilib 2010-03-09 at the Wayback Machine qəzeti buraxılır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Kasim Zakiroviç Axmerov — dilçi.
  • Əhməd Zakiroviç Zakirov — Sovet İttifaqı Qəhrəmanı.
  • Eduard Şeyxulloviç Xamitov — Pedaqoji elmlər doktoru, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki.
  • Elza Kamelevna Xusnutdinova — alim, akademik.
  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Итоги Всероссийской переписи населения по Республикеformat=pdf" (PDF). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  3. 1 2 3 Давлетшина З. М. Татарское население Башкортостана: этнодемографическое исследование. Уфа: Гилем,2001. ISBN 5-7501-0235-1
  4. Население Башкортостана: XIX—XXI века: статистический сборник/ Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.- Уфа: Китап, 2008.- 448 с.:ил.
  5. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.