Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burbur (Urmiya)
Burbur (fars. بوربور‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (35 ailə).
Burduq
Burduq — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır.Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilər>dən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir.Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.Ərazisinin 15 %-i qiymətli Hirkan meşələri ilə örtülüdür. İqlimi mülayim-isti, rütubətlidir (600–800 mm). Çay şəbəkəsi sıxdır.
Buruq ürəkotu
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Barbus
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Burdun
Burdun — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Türk dillərində bor, bur boz və ton təpə sözlərindən ibarətdir.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Burjua
Burjuaziya (fr. Bourgeoisie fr. bourg; alm. burg‎ - şəhər) — kapitalist cəmiyyətinin mülkiyyətə (pul vəsaiti, istehsal vasitələri, torpaq,patent) malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfi. == Tarixi == Orta əsrlərdə cəmiyyət şəhərlilərə və kəndlilərə bölünürdü. Burjuaziya isə seçilmiş şəhər sakinləri adlanırdı. Feodalizm dövründə isə azsaylı şəhər əhalisini kəndli kütləsindən ayırmaq üçün onları burjuaziya, tək halda isə burjua adlandırırdılar. Tezliklə "Burjuaziya" termini öz əhəmiyyətinə görə "üçüncü təbəqə" anlayışına yaxın idi. "Üçüncü təbəqə" XV əsrdən imkanlı şəhər əhalisi təbəqəsini nəzərdə tuturdu.Fransada feodalizmin dağılması ilə burjuaziya (tacirlər, sənətkarlar, imkanlı kəndlilər) cəmiyyətin sosial cəhətcə ən fəal hissəsinə çevrilməyə başladılar. Hollandiya burjua inqilabından başlayaraq bütün Avropada burjuaziya inqilablarının və feodal cəmiyyətinin dağılmasının tərəfdarları kimi çıxış etməyə başladılar.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Burzum
Burzum — 1991-ci ildə Norveçdə qurulan metal musiqi qrupu. Hazırkı fəaliyyəti elektronik və ambient janrdadır. == Haqqında == Varq Vikernes (Qraf Grishnackh) tərəfindən qurulan və hələ də tək fərd proyekti olaraq davam edən Burzum, 1991-ci ildə Bergen, Norveçdə qurulmuş və Norveç black metalının ilk illərində gözə batmağı bacarmışdır. 1992 və 1993 illəri boyunca Burzum dörd albom yayımlamışdır; lakin Vikernes, gitarist Öysteyn "Yuronimus" Orşeti öldürməsi və bir neçə kilsə yandırma hadisəsinə qarışdığı üçün həbs olunmuşdur. Həbsdə iki albom daha yayımlayan Vikernes; bass gitara, gitara və bateriya kimi alətlər olmadığı üçün sintezator istifadə edərək dark ambient tərzində iki albom daha yayımlamışdır. Burzum, black metal tarixində ən əhəmiyyətli qruplardan biri olmuşdur. == Qrup üzvləri == Varq Vikernes – Bergen şəhərində anadan olub. 1991-ci ildə qurduğu fərdi musiqi proyekti Burzum, erkən Norveç black metal səhnəsində sürətlə yüksəlişə keçdi. 1992-ci ildə Mayhemə qoşulan Vikernes, Count Grishnackh olaraq tanınmağa başladı. Bu vaxt ərzində musiqiçi, paqanizm ilə yaxınlaşdı və German neopaqanizmi ilə əlaqədar yazılar nəşr etdirdi.
Burşun
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS.Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı inzibati ərazi vahidində kənd. == Tarixi == Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli BUruc camaatı təşkil edir Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.Buruc əhalisi ta qədimdən hec bir tayfa ilə geniş əlaqəsi olmayan bir tayfa olaraq hələdə mövcudur(yani bu tayfa hamısı bir birinə sıx qohumluq əlaqələri ilə bağlıdır).Buruc tayfası sırf İrəvan xanlıqının bəzi əraziləri Qarabağ ərazisinin ən qədim və yerli tayfasıdır.kəndin əsas məşquliyyəti əkincilik və maldarlıqdan ibarəti.Kəndin indiki ərazisi bəzi mənbələrdə 7 təpə adlanır. 7 təpə adlanmaqının səbəbi həmən ərazidə 7 ədəd 4 böyük 3 xırda qədimi təpədən ibarət olmasıdır.. == Coğrafiyası və iqlimi == Kənd Bərdə Tərtər magistral yolu üzərində yerləşir.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir.Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir. Nazik damarlar sayəsində hava isidilir.
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş.Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı.Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif dəqiqliyə malik olurlar. Spiralvari burğuların tilləri konus formasında olur.
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.
Barbus brachycephalus
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.
Barbus ciscaucasicus
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. == Xarakterik morfoloji əlamətləri == Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Barbus lacerta
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Bucaq (Burdur)
Bucaq (türk. Bucak) — Türkiyənin Burdur əyalətində kənd, əyalətin ən böyük şəhəri. == Tarixi == Şəhərin tarixi adı "Oğuzxan" olmuşdur. 1926-cı ildə onun adı dəyişdirilərək "Bucaq" adlandırılmışdır.
Burbon restavrasiyası
Burbon restovrasiyası — Fransa tarixində Birinci Fransa İmperiyasının (1804-1815) süqütü ilə İyul İnqilabı (1830) arasındakı müddətdə Burbonlar monarxiyasının yeninden bərpasıdır. Restovrasiya dövrü Napoleon Bonapartın sürgündən qaçmasıyla əlaqədar olaraq Yüz gün müddətinə fəaliyyətini dayandırmışdır. Bu səbəbdən aprel 1814 və mart 1815-ci illər arasını əhatə edən dövr "Birinci Restovrasiya" dönəmi, Napoleonun taxtdan rəsmi olaraq uzaqlaşdırıldığı 1815-ci ildən 1830-cu ilə qədər isə "İkinci Restavrasiya" dönəmi adlanır. Bu dövr XVIII Luiz və balaca qardaşı X Karl dönəmlərini əhatə edir. Hər iki kral ölkədə kralı dəstəkləyən güclərlə liberal burjuaziya arasında gücləri tənzimləməyə calışmışdır. Xarici siyasətdə isə əsas məqsəd Fransanın müharibə borclarının ödənilməsi, buna bağlı olaraq işğalçı qüvvələrin Fransadan çıxarılması, Ölkənin yenidən beynəlxalq münasibətlərdə bərabər status alması idi.
Burdur gölü
Burdur gölü (türk. Burdur Gölü) ― Türkiyədə göl. Türkiyənin cənub-şərqində, Aralıq dənizi regionunda, Burdur və İsparta illəri arasında yerləşir. Göl Söyüt dağ və Suludərə Yayla dağı arasında yerləşir.
Burdur ili
Burdur — Türkiyədə il.
Burjua demokratiyası
Burjua demokratiyası — "solda", xüsusən də marksist sosial elmdə burjuaziyanın real hökmranlığı altında demokratiya, azadlıq və vətəndaşların bərabərliyi prinsiplərinin bəyan edilməsinə əsaslanan siyasi sistemin formasının təyini. V. İ. Leninə görə, burjuaziyanın sinfi hökmranlığının forması — fərdi hüquq və demokratik azadlıqları yalnız sözlə elan edən, reallıqda isə formal siyasi bərabərliklə faktiki sosial-iqtisadi bərabərsizlik arasında ziddiyyətlə səciyyələnən burjuaziyanın diktaturasıdır. vətəndaşların, insanların istismarı və zülmü. Lenin daha publisistik üslubda burjua demokratiyasını: "dar, kəsilmiş, yalançı, ikiüzlü, varlılar üçün cənnət, istismar edilənlər, kasıblar üçün tələ və hiylə" kimi xarakterizə edirdi. Burjua demokratiyası proletariat diktaturasına və ya bütöv xalq dövlətinə əsaslanan "sosialist demokratiyası", "proletar demokratiyası", "xalq demokratiyası"na qarşıdır. Buna baxmayaraq, burjua demokratiyası marksistlər tərəfindən istismarçı cəmiyyətdə demokratiyanın ən inkişaf etmiş tarixi növü kimi tanınır.Hazırda sosial elmdə üstünlük təşkil edən dildə yaxın və ya eyni anlayış "liberal demokratiya" termini ilə işarələnir. == İstinadlar == == Mənbə == Краткий политический словарь — М, Политиздат, 1989. — С. 144.
Burjua inqilabı
Burjua inqilabı — əsas məzmunu feodal sinfinin hakimiyyətdən zorla çıxarılması və dövlətin kapitalist sisteminə keçidi olan bir növ sosial inqilab olan marksist təlimlərdən anlayışdır.Feodal rejimi tamamilə kapitalist rejimi ilə əvəz edilmədikdə, belə bir inqilab burjua-demokratik adlanır. Burjua inqilabı anlayışının iki mənası var. Adətən, feodalların hakimiyyətini devirmək üçün üç mərhələdən ibarət olan zorakılıq prosesi burjua inqilabı adlanır. Daha nadir hallarda — feodalların hakimiyyətdən kənarlaşdırıldığı andan kapitalist istehsal tərzinin formalaşmasının bütün uzun dövrü. == Terminin yaranması == "Burjua inqilabı" termini marksist mənşəli termindir, sosialist düşüncəsinin digər sahələrinin nümayəndələri, habelə marksizmin təsirinə məruz qalmış elmi məktəblər (məsələn, Annals məktəbi, asılı inkişaf nəzəriyyəçiləri) tərəfindən marksistlərdən qəbul edilmişdir. Bu dairədən kənar olan müəlliflər konkret inqilabların inqilabi xarakterini dərk etməklə yanaşı, adətən "burjua" terminindən istifadə etmirlər. Beləliklə, marksist və marksistlərin təsiri altında olan müəlliflər "Böyük Fransa Burjua İnqilabı" ifadəsini işlədirlər, digərləri isə eyni hadisəni "Böyük Fransa İnqilabı" ilə ifadə edirlər (ümumiyyətlə bunu nəzərdən keçirməkdən imtina edən az sayda mühafizəkar və ya revizionist müəlliflər istisna olmaqla) hadisə inqilabı). "Burjua" adı belə inqilablara inqilabın hegemonuna — burjuaziyaya görə verilir (hegemonun, məsələn, proletariatın olduğu inqilabların "proletar" adlandırılmasına bənzər). == Mahiyyəti və vəzifələri == Burjua inqilabının tarixi rolu kapitalist inkişafının qarşısında duran maneələri aradan qaldırmaqdır. Bəzi burjua inqilablarının müəyyən antikapitalist tədbirləri həyata keçirə bilməsi onların ümumi xarakterini dəyişmir, çünki onlar burjua cəmiyyətinin ən dərin təməlini — istehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv etmir.
Burjua millətçiliyi
Marksizmdə burjua millətçiliyi hakim siniflərin insanları sinif müharibəsi başlatmaqdan yayındırmaq üçün insanları qəsdən milli, irq, etnik və ya dinə görə ayırmaq təcrübəsidir. Hakim siniflərin fəhlə sinfinin onlara qarşı birləşməsinin qarşısını almaq üçün istifadə etdiyi "parçala və qalib gəl" strategiyası kimi qiymətləndirilir (marksist şüarı belədir: "Bütün ölkələrin zəhmətkeşləri, birləşin!"). == Ölkələr == === Sovet İttifaqı === Oktyabr inqilabından sonra bolşevik hökuməti milli siyasətini (yerliləşdirməni) marksizm prinsipləri əsasında qurdu. Bu prinsiplərə görə, bütün millətlər sonda yox olmalıdır və millətçilik burjua ideologiyası hesab olunurdu.Leonid Brejnev SSRİ-nin yaranmasının 50 illiyinə həsr olunmuş məruzəsində vurğulamışdı: "Buna görə də kommunistlər və bütün sosializm mübarizləri hesab edirlər ki, milli məsələnin əsas tərəfi milli mənsubiyyətindən asılı olmayaraq zəhmətkeşlərin birləşməsidir.
Burque-Jalyo
Burquen-Jalyö (fr. Bourgoin-Jallieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38053. Kommunanın 2007-ci il üçün əhalisi 23759 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 382 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Qardaşlaşmış şəxslər == Rehau (alm.
Bulduq
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Buzluq
Buzluq — buz qatı və ya təbəqəsi ilə örtülmüş ərazi. Buzluq (Goranboy) — Goranboy rayonunda kənd. Buzluqçay — Goranboy rayonu ərazisində çay, Kürəkçayın sağ qolu. Buzluq dağı — Kəlbəcər rayonu ərazisində dağ.
Bülbül
Bülbül (lat. Luscinia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Humbug
Humbug — ingilis rok qrupu Arctic Monkeys-in üçüncü studiya albomu. 19 avqust 2009-cu ildə Domino tərəfindən buraxılmışdır. Qrup 2008-ci ilin yayının sonunda albom üçün yeni materiallar yazmağa başladı və 2009-cu ilin yazında bitirdi. == Trek siyahısı == Bütün mahnılar Aleks Törner tərəfindən yazılmış və bəstələnmişdir.
Kürbuğa
Kürbuğa (ərəb. كربغا‎, türk. Kürboğa; ? - 1102) — Mosul atabəyliyinin hökmdarı, türk sərkərdə. == Həyatı == Böyük Səlcuqlu dövləti sərkərdələrindən olan Kürbuğa, Sultan Məlikşahın ölümündən sonra Tərkən xatunun kiçik yaşdakı oğlu Mahmudu taxta çıxara bilmək üçün onunla iş birliyi qurdu. Bağdaddan İsfahana gedərək vəliəhd şahzadə Börkiyaruqu həbs etdirdi. Ancaq Nizamülmülkə bağlı əsgərlər vəzirə aid silah ambarlarını yağmalayaraq Börkyaruqu qurtarıb Rey şəhərində sultan elan etdilər. Buna görə Tərkən xatun ilə iş birliyi quran Azərbaycan məliki İsmayıl ibn Alpsunqur Yakuti Börkyaruqu bərtərəf etmək üzərə hərəkətə keçdi. Tərkən xatun, Kürbuğa və digər bazı əmirləri böyük bir orduyla ona yardıma göndərdi. Kürbuğa, Kərəcdə meydana gələn savaşda İsmayıll ibn Alpsunqurun bir qisim qüvvələrini sövq və idarə etdi.
Baruq
Barıq (Qoşaçay)
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.