Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Soyuq burulma imitatoru aparatı (CCS)
Soyuq burulma imitatoru aparatı (Cold-Cranking Simulator CCS)- rusca “Симулятор холодного проворачивания” – motor yağlarının mənfi temperaturlarda (mənfi 35- mənfi 50C –dək) özlülüklərini təyin edir. Bu üsul soyuq şəraitdə yağların işə salınmasında özlülüklərin imitasiyası üçündür və istifadə olunan üsul- ASTM D5293 beynəlxalq standartlara uyğundur. == CCS aparatının istifadəsinin məqsədi == Dirsəkli valın aşağıtemperatur özlülüyü SAE J300 təsnifatına əsasən dörd əsas özlülük gösrəcilərindən biri olub və motor yağının özlülüyünü düzgün qiymətləndirilməsi üçün istifadə edilir. Odur ki, hazır motor yağının hansı özlülük sınfinə uyğunluğunu müəyyənləşdirmək üçün bu yağ üçün CCS göstəricisini təyin etmək lazımdır. == İş prinsipi == CCS aparatı temperaturu nəzarətdə saxlayan kamera ilə təchiz olunub.(Qlikol ilə) . Mühərriklə idarə olunan stator kameranın içində yerləşir Sınanan nümunəni sınaq kamerasına daxil edilməsi üçün vacuum nasosundan istifadə edilir. Burada nümunə tələb olunan temperatura qədər soyudulur. Mühərriyin statoru daimi cərəyanla işə salınır. Sınaq temperaturunda nümunənin içində statorun müqaviməti özlülüyə çevrilir. Bu özlülük meqaPaskal vahidi ilə (мПа) ölçülür.
Buqulma
Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi. == Əhalisi == Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur. == Coğrafiyası == Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı.
Burulmuş şam
'Şimali Amerika nın qərb hissəsində, Sakit okean sahillərində, Alyaska dan Meksika ya qədər qayalıq dağlarda, dəniz səviyyəsindən 3500 m hündürlüyə qədər böyük sahələri əhatə edir. Hündürlüyü 50 m-dək olan kol və ya ağacdır. Gövdəsi düz və ya əyilmiş, qalınlığı 90 sm-ə qədərdir. Çətiri genetik mənşəyindən asılı olaraq, müxtəlifdir; aşağı budaqları çox vaxt tükcüklüdür, yuxarı budaqları isə şaxələnmiş və ya yuxarı qalxandır. Qabığı boz, qırmızı və ya qonur rəngli, şırımlıdır. Budaqları nazik, çox köbəli, narıncı və ya qırmızı-qonur, yaşlandıqda qonur rəngli olurlar. İynəyarpaqları iki dəstəyə yığılmış, şaxələnmiş və ya yuxarı istiqamətlənmiş, cod, tünd-yaşıl, uzunluğu 2-8 sm, qalınlığı 0,7-2 (3) mm, əyilmiş, yanlarında ağ məsaməli xətlər yaxçı görünür, kənarları xırda dişlidir; ucları küt və ya bizşəkillidir; qabığı 0,3-0,6 (-1) sm, həmişəlik bünövrəsi vardır. Yarpaqları ağacda 3-8 il qalır. Tumurcaqları ensiz və ya enli yumurtavarı, tünd-qırmızı qonur, uzunluğu 1,2 sm-ə qədər, bir az qatrandır. Erkək qozları elipsvari və ya silindrikdir, uzunluğu 5-15 sm olub, narıncı-qırmızı rənglidir.
Burulğan (1986)
Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə Ömərova və Vidadi Həsənov ifa edirlər. == Məzmun == Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir.Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. == Rollarda == Məmməd Məmmədov — Murad Eqle Qabrenayte — Nata Eldar Tağıyev — Ruslan Həmidə Ömərova — Tamara Vidadi Həsənov — Adil Əminə Yusifqızı — Katibə Ofeliya Məmmədzadə — Ana Filmi səsləndirənlər: Rasim Balayev — Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Televizorda şeir deyən (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Buqulma rayonu
Buqulma rayonu (tatar. Bөgelmə rayonı, Бөгелмә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimalında yerləşir. İnzibati mərkəzi Buqulma şəhəridir. == Coğrafiyası == Rayonun ərazisi 1408.6 km²-dir. Respublikanın cənub-şərqində yerləşir. Respublikanın Əlmət, Leninoqorsk, Aznakay, Bavlı, Yutmazı rayonları, Samara vilayəti (Klyavlinski rayonu) və Orenburq vilayəti (Severnı rayonu) ilə həmsərhəddir. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Samara vilayətinin Buqulma rayonu, 1920-1930-cu illərdə Buqulma kantonunun bir hissəsi olur. Çağdaş rayon isə 10 avqust 1930-cu ildə qurulmuşdur. == Əhalisi == Əhalisi: 51,6 min nəfər (kişilər - 23,9, qadınlar - 27,7).
Burulğan (film, 1986)
Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə Ömərova və Vidadi Həsənov ifa edirlər. == Məzmun == Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir.Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. == Rollarda == Məmməd Məmmədov — Murad Eqle Qabrenayte — Nata Eldar Tağıyev — Ruslan Həmidə Ömərova — Tamara Vidadi Həsənov — Adil Əminə Yusifqızı — Katibə Ofeliya Məmmədzadə — Ana Filmi səsləndirənlər: Rasim Balayev — Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Televizorda şeir deyən (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Buqulma-Belebey yüksəkliyi
Buqulma-Belebey yüksəkliyi (ing. Bugulma-Belebey Upland) — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik. == Coğrafiyası == Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.