Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bastard
Bastard — amerikalı repçi Tyler, the Creator-un debüt miksteypi. Prodüserliyini Tayler tək başına edib və 25 dekabr 2009-cu ildə yayımlayıb. Albom internetdə pulsuz buraxıldığı üçün miksteyp sayılır, lakin Tayler bunu öz debüt albomu hesab edir. Albom DatPiff-də yayımlanıb.
Bustani
Bustani (ərəb. بستاني‎ / ALA-LC: Bustānī) — Livan ədəbiyyatçıları və maarifçiləri ailəsi. Ərəb mədəniyyətinin inkişafında və ərəb ədəbi dilinin yeniləşdirilməsində mühüm rol oynamışlar. Nisbə olan bu ad ərəbcə bağ sözündən (orta farsca "bōyestān" sözündən alınma) əmələ gəlmiş, ən azı XV əsrə aid olduğu güman edilir.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb.Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir."Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib.
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Butrus Bustani
Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1 may 1883[…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.Bustani birinci Suriya milliyətçisi hesab olunur. == Həyatı == Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır. İlk ərəb ensiklopediyası "Dairət ül-maarif"in ("Bilik dairəsi", 1876–1883) naşiridir.
Süleyman Bustani
Süleyman Bustani (ərəb. سليمان البـسـتاني‎ / ALA-LC: Sulaymān al-Bustānī, türk. Süleyman el-Büstani; 22 may 1856[…] – 1 iyun 1925[…], Nyu-York, Nyu-York ştatı) — Osmanlı ərəblərindən olan ədəbiyyatçı, jurnalist, siyasi xadim. == Həyatı == Süleyman Bustani 22 may 1856-cı ildə indiki Livanda anadan olmuşdur. O, Butrus Bustaninin nəvəsidir. Bustani Beyrutda Milli məktəbin məzunu olmuşdur. O, 1904-cü ildə Homerin "İliada"sını ərəb dilinə tərcümə etmişdir. Müəllifin klassik ərəb poeziyasının "İliada" ilə müqayisəsi zamanı meydana gələn şərhləri və tədqiqatları da bu nəşrdə verilmişdir. Bustani "Dairət ül-maarif"in nəşrini tamamlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Brockelmann С. Geschichte der arabischen Literatur.
Səlim Bustani
Səlim Bustani (ərəb. سليم البستاني‎; 1848 – 1884) — Livan jurnalisti, yazıçısı və siyasi xadim. O, ərəb tarixi romanının banilərindən biri hesab edilir. == Həyatı == Səlim Bustani 28 dekabr 1848-ci ildə indiki Livanın Əbeyh kəndində anadan olmuşdur. O, Butrus Bustani və Rahil Atanın doqquz övladının ikincisi idi. Bustani fransız, ingilis, türk və ərəb dillərini öyrənmişdir. Onun romanları Suriya tarixinin mühüm hadisələrinə həsr olunmuşdur. Bustani "Əl-Cənnən" jurnalında və "Dairət ül-maarif" ensiklopediyasında çalışmışdır.
Bustax gölü
Bustax (saxa Буустаах) — Yakutiyanın şimalında iri termokarst məşhəlli göl. Göl Yana-İndiqirka düzənliyində, Laptevlər dənizinə yaxın ərazidə yerləşir. Göl 249 km² əraziyə sahibdir. Qərbdəm Tonkay-Göllə birləşir. Öz növbəsində isə Suruktax çayının yatağını təşkil edir. Cənub və şimal sahilləri sıldırımlıdır və güçlü şəkildə parçalanmışdır. Əsasən qar-yağış suları ilə qidalanır. Oktyabrdan iyuna kimi buzla örtülü olur. Göl balıq ehtiyatları ilə zəngindir. Gölə Arxip-Yurqe və Bustax-Dirinq-Yurqe çayları tökülür.
Busta Flex
Valeri Fransua (fr. Valéry François), təxəllüsü Busta Flex (oxunuşu: Bösta Fleks) - fransız repçi, 1977-ci ilin sentyabrın 30-da Epine-sür-Sen (fr. Épinay-sur-Seine) şəhərində anadan olub.
Ustad (jurnal)
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. == Tarix və format == “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. == Məzmun == “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. == Keçirilən müsabiqələr == “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Ustad dərgisi

Ustad jurnalı

Bustan (Sədi Şirazi)
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb.Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. "Bustan" 1964-cü ildə Bakıda, "Azərnəşr"də təkrar çap edilmişdir."Bustan" və "Gülüstan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin isə 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə yenidən çap edilib.
Busta Flex (repçi)
Valeri Fransua (fr. Valéry François), təxəllüsü Busta Flex (oxunuşu: Bösta Fleks) - fransız repçi, 1977-ci ilin sentyabrın 30-da Epine-sür-Sen (fr. Épinay-sur-Seine) şəhərində anadan olub.
Ustad Bohtuni muzeyi
Ustad Behtuni muzeyi — Təbriz şəhərində, "Şairlər məzarlığı"nın yaxınlığında yerləşən muzey. Bu muzeydə Ustad Bohtuninin yaratdığı eksponatlar nümayiş olunur. Ustad Bohtuni demək olar ki, təbiətdə mövcud olan hər bir şeyin eksponatını yaratmışdır.
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Tarixi == Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə qoyulmuşdu. Yaradılması ideyası Fevral inqilabına (1917) qədər də mövcud olmuş, lakin 1916-cı ildə çar hökuməti tərəfindən qəbul edilməmişdi. İttifaqın sədri Nəcəfqulu Vəliyev, idarə heyətinin üzvləri Mirzağa Atababayev, Orucəli Babayev, Səfər Mir Mövsümov, Yevsey Tatarenko idilər. Əsas məqsədi neft hasilatına olan ehtiyacları, kustar neft istehsalını qanunvericilik əsasındaqaydaya salmaq haqqında müvafiq müraciətlər edilməsi, neft bazarının vəziyyətinin öyrənilməsi, əməyin təhlükəsizliyini təmin edən müvafıq tədbirlərin və texniki qaydalann işlənib hazırlanması, ittifaqın fəaliyyət göstərdiyi ərazidə nəqliyyat yollarının çəkilişi, üzvlərə hüquqi yardımm təşkili, istehsal ehtiyaclan üçün lazımi materiallann alınmasına güzəştli kreditlərin açılmasını və s. təmin etmək olmuşdur. Bakı mədən rayonunda neftin əl ilə çıxarıldığı sahələrin icarəyə verilməsi üçün "xüsusi qaydalar" layihəsinin işlənib hazırlanması ilə əlaqədar ittifaq 1920-ci ilin əvvəllərində öz hesabatını Azərbaycan Xalq Cümhuriyyəti Ticarət və Sənaye Nazirliyinə təqdim etmişdi. Dövlət xəzinəsinin mənafeyini müdafiə etmək məqsədilə tərtib edilmiş "Xüsusi qaydalar" kustar neft istehsalçılarının maraqlarım nəzərə almırdı. Buna görə də ittifaq "Xüsusi qaydalar"ı iqtisadi cəhətdən məqsədəuyğun saymamışdı. İttifaq Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.
Busta Flex (mahnı albomu)
Busta Flex - Busta Flexin birinci mahnı albomu. 1998-ci ildə çıxıb. == Mahnılar == Intro J'fais mon job à plein temps Ma force Yeah yeah yo What can I do ? Ça se dégrade Majeur 1 pour la basse Feat (Zoxea) Kick avec mes Nike Esprit mafieux Feat (Oxmo Puccino) Pourquoi ?
Ustad. Adil İsgəndərov (film, 2015)
Ustad Adil İsgəndərov filmi rejissor Sənan Sultanov tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Əsas rolları Məhəmməd Samiroğlu və Mahir Mirişov ifa edirlər. == Məzmun == Film SSRİ Xalq artisti, Azərbaycan Sovetinin deputatı, aktyor və teatr rejissoru Adil İsgəndərovun həyat və yaradıcılığından bəhs edir. == Film haqqında == Filmin çəkilişləri Yasamal rayonunun Şamil Əzizbəyov küçəsində yerləşən Üzeyir Hacıbəylinin Ev Muzeyində aparılmışdır.
Ustad Adil İsgəndərov (film, 2015)

Əbubəkr ibn Xosrov əl-Ustad
Əbubəkr ibn Xosrov əl-Ustad — XII əsr Azərbaycan yazıçısı, şair, alim və pedaqoq == Həyatı == Əbubəkr ibn Xosrov XII əsrin birinci yarısında anadan olmuşdur. Parlaq istedadlı, mükəmməl təhsili, ensiklopedik bilikləri sayəsində hələ gənc ikən bir ədib və müəllim kimi şöhrət tapmışdır. Məhz bu keyfiyyətlərinə görə o, hələ Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin dövründə (1136-1175) saraya dəvət olunmuş, gənc şahzadələrin müəllimi təyin edilmiş və otuz ildən artıq bir müddətdə bu sahədə fəaliyyət göstərmişdir. Yazıçının «əl-Ustad» təxəllüsü də, şübhəsiz, onun pedaqoji fəaliyyəti ilə əlaqədar olmuşdur. Lakin Əbubəkr ibn Xosrov sarayda yalnız müəllimlik etməklə kifayətlənməmiş, geniş bədii yaradıcılıqla məşğul olmuş, nəzm və nəsrlə bir sıra iri həcmli əsərlər yazmışdır. Əbubəkr ibn Xosrovun həyatı Atabəylər dövlətinin mərkəzi şəhərlərində, ilk növbədə, Naxçıvanda, Həmədanda, Gəncədə, Təbrizdə keçmişdir. Yazıçı bu baxımdan dövrümüzə qədər gəlib çatmış yeganə əsəri olan «Munisnamə»də yalnız bir faktı xatırlayır: 1181-ci ildə Zəncanda olduğunu və şeyx Cəmaləddin Əbül-Məhasin Zəncani ilə görüşdüyünü qeyd edir. Əl-Ustad istər əvvəlki əsrlərdə, istərsə də öz dövründə yaradılmış ədəbi, fəlsəfi, dini, elmi irsə dərindən bələd olmuşdur. «Munisnamə»nin təkcə giriş hissəsində o, Əscədi, Firdovsi, Sənai, Rəşidəddin Vətvat kimi görkəmli klassiklərin şeirlərindən misallar vermişdir. == Əsərləri == “Munisnamə”nin giriş hissəsində Əbubəkr ibn Xosrov özünün aşağıdakı əsərlərini qeyd etmişdir: 1.
Tiny Toon Adventures: Buster Busts Loose!
Tiny Toon Adventures: Buster Busts Loose - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur.
Şuştari (Bicar)
Şuştari (fars. شوشتري‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Bütrüs əl-Büstani
Le-Plessi-Buşar
Le-Plessi-Buşar (fr. Le Plessis-Bouchard) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Boşam. Əhalisi — 7.666 nəfər (2008). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimal-qərbdə, Serji belediyyənin 14 km şərqdə yerləşir.
Tiny Toon Adventures: Buster’s Hidden Treasure
Tiny Toon Adventures: Buster’s Hidden Treasure — Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. "Tiny Toon Adventures" seriyanın bu epizodu resenziya saytlarında yüksək mövqe qazanmışdır. == Hekayə == Dovşanlardan xoşlanmayan qəddar varlı Montana Maks Baster Banni adında dovşanın sevgilisi Bebs Bannini qaçırır. Bu müddətdə isə pis Cin qızılları oğurlayır. Baster Banni həm sevgilisini, həm də qızılları tapmaq üçün macəralara qatlaşmağa məcbur olur. Oyundakı raundlar müxtəlif yerlərdə: Meşədə, qarda, dağda, adada və s. Hər raundun sonunda Boss vardır. Baster Banni Bossları məğlub etdikdən sonra onlara işləyən köməkçilər Banninin tərəfinə keçir. Gəmi raundunda Montana Maks ilə vuruşur və ona qalib gəlir. Bu raundda qızılları tapır.