Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). == Həyatı == Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. === Ailəsi === 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Aşağı Buyin
Aşağı Buyin- İranın Kürdüstan ostanının Banə şəhristanının Nanur bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,069 nəfər və 206 ailədən ibarət idi.
Budin əyaləti
Budin əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Butan (maddə)
Butan (C4H10) — Alkanlar sinfindən üzvi maddə. Kimyada ad n-butanın işarələməsi üçün istifadə olunur. n-butan və onun izomeri olan izobutanın qatışığı CH(CH3)3 da eyni adı daşıyır. Zəhərlidir və tənəffüs orqanlarına təsir göstərir. == İzomerləri == Butanın 2 izomeri var: == Fiziki xassələri == Butan rəngsiz, iysiz yanan qazdır. Asanlıqla sıxılır. Suda həllolma qabiliyyəti 100 ml suda 6,1 mq-dır. 100 °C-yə yaxın temperaturda və 10 atm. təzyiqdə su ilə azotrop birləşmə əmələ gətirə bilir.
Butan bayrağı
Butan bayrağı — Butanın Dövlət bayrağı
Butan coğrafiyası
Butan — Cənubi Asiya regionunda, Çinlə Hindistan arasında yerləşən dövlət. Sahəsi 46 500 km² təşkil edir. Ölkənin şimalı yüksək dağlıq ərazi olub dağ buzlaqları ilə örtülüdür. Cənubi isə subtropik düzənliklərdən ibarətdir. Ölkənin ən hündür nöqtəsi Kula-Kanqri dağıdır. Digər məlumatda isə Kanqar-Punsun dağıdır (7570 m). Ölkə ərazisindən axan çayların heç biri gəmiçiliyə yaramır. Onlar əsasən irriqasiya və elektrik enerjisinin əldə olunması baxımından əhəmiyyətlidirlər. Ölkədə iqlim yüksəklikdən asılı olaraq dəyişir. Şimalda il böyu qar hökm sürdüyü halda, qərbdə musson yağışları, şərqdə quru havalar, cənubda isə subtropik iqlim hökm sürür.
Butan himni
Druk tsendhen (dz. འབྲུག་ཙན་དན་, "İldırım əjdəhasının krallığı") Butanın dövlət himnidir. Sözlərinin müəllifi Daşo Qyaldun Tinley və bəstəkarı Aku Tonqmidir. Himn 1953-cü ildə təsdiq olunub. == Mətni == == İstinadlar == == Əlavə oxumaq üçün == Minahan, James. The Complete Guide to National Symbols and Emblems. 1. Greenwood Press. 2009. səh.
Butan iqtisadiyyatı
Butan aqrar ölkədir, ən az inkişaf etmiş dünya ölkələri sırasına aid edilir və Hindistan, Avropa ölkələri, beynəlxalq təşkilatların göstərdiyi xarici köməkdən çox asılıdır. ÜDM həcmi 5 milyard dollar, adambaşına – 7000 dollardır (alıcılıq qabiliyyəti paritetinə görə; 2013). ÜDM-in real artımı 5,8% (2013); insan inkişafı indeksi 0,538 (dünyanın 186 ölkəsi arasında 140-cı yer, 2012). ÜDM-in 13,8%-i kənd təsərrüfatı, 41,2%-i sənaye və tikinti, 45,0%-i xidmət sferasının payına düşür (2013). Turizm və energetikanın inkişafı hökumətin diqqət mərkəzindədir. Qəbul edilmiş iqtisadi proqramlar ətraf mühitin və əhalinin ənənəvi həyat tərzinin qorunub saxlanmasına yönəlmişdir. Marka ticarəti və xarici turizm valyuta gəlirinin əsas mənbəyidir və turist sayını tənzimləyən dövlətin tam nəzarəti altındadır. == Sənayesi == Beynəlxalq Valyuta Fondunun Butan üçün tərtib etdiyi ÜDM-un illər üzrə göstəriciləri Əhəngdaşı, gil, mərmər, dolomit, qrafit, şist və qiymətli daşlar hasil edilir, az miqdarda dəmir filizi və kömür çıxarılır. Hidroenergetika iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsidir. İldə 2 mlrd.
Butan musiqisi
Butan musiqisi — Butan mədəniyyətinin bir qolu olub, Butan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı butanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Butanın musiqi mədəniyyəti Tibet musiqi mədəniyyətinin regional növüdür. Butanın bütün ənənəvi musiqisi öz növbəsində dini musiqi ilə sıx bağlıdır. Dini musiqi vacrayana buddizmi ilə bağlı olmaqla, güclü monastır ənənəsi qorunub saxlanmışdır. Ölkədə hər il keçirilən çam dini mərasimində musiqi ilə müşayiət olunan maskalı rəqs tamaşaları onun ayrılmaz hissəsidir. XVI əsrdən bəri dəyişməmiş Tibet mənşəli musiqi alətləri lim fleytaları (linqbu; bambukdan 6 fleyta dəsti), uzun qolu olan damnyen lütnyasından ibarətdir. Saray və dövlət bayramlarında boeda və şunqda janrlarında mahnılar ifa olunur; şunqda başlanğıcını XVII əsr Tibet saray musiqisindən götürmüşdür və Butanın dövlət himninin əsasını təşkil edir. 1960-cı illərdən saray və dövlət təntənələrində iştirak edən peşəkar musiqiçilər ansambllarına gəzərgi musiqiçilərin Tibet mənşəli aləti olan yayla çalınan ikisimli pivanq, Çin mənşəli musiqi aləti olan yanqçen simbalları, damnyen və lim daxildir. Peşəkar klassik, həmçinin ənənəvi kənd ansamblları dövlət tərəfindən himayə olunur. 1954-cü ildə paytaxt Thimphuda Kral İfaçılıq Sənətləri Akademiyası açılmışdır.
Butan mədəniyyəti
Butan mədəniyyəti — Butanın müasir mədəniyyəti qədim zamanlarda formalaşmışdır.Coğrafi mövqeyindən dolayı Butan xarici mədəniyyətlərin təsirindən qorunmuşdur. Cənubda Hindistan və şimalda Çinlə sərhədi olan bu ölkə uzun müddət ərzində mədəni irs və müstəqilliyini qorumaq üçün həm mədəni, həm də iqtisadi inteqrasiya siyasətini izləmişdir. Yalnız 20-ci əsrin son illərində əcnəbilərin ölkəyə məhdud şəkildə səfər etməsi təmin edilmişdir. Beləliklə, Butan , mədəniyyətinin bir çox aspektlərini qoruya bilmişdir. == Din == Dinin təsiri bütan cəmiyyətinin demək olar ki, bütün sahələrində hiss olunur. Ən azı 1% -i Butan digər dinlərin ardıcıllarıdır. Ölkənin sakinlərinin əksəriyyəti (75%) müxtəlif təzahürlərdə Buddizm tətbiq edir. Əhalinin 1% -i digər dinlərin ardıcıllarıdır. == Milli geyim == Butan vətəndaşları, gündüz saatlarında ictimaiyyətdə olduqları zaman “Driglam Namzha” kimi tanınan milli geyim geyinirlər. Bəzi rayonlardakı (dzonqaqalar) tələblər digərlərindən daha sərtdir.
Butan nqultrumu
Butan nqultrumu (Dzonqxa: དངུལ་ཀྲམ, nqyultram kimi tələffüz edilir) — Butan krallığının pul vahididir. Krallığın rəsmi valyutası 1974-cü ildən dövriyəyə buraxılmışdır. (Əvvəl Butan rupisi Butanın valyutası idi, hərçənd bəzən müasir nqultrumu da "Butanın rupisi" adlandırırlar). 1 nqultrum 100 setrumdan ibarətdir. ISO 4217 standartında nqultrumun kodu — BTN, simvolu — Nu, setrumun simvolu — Ch-dır. Mübadilədə daha çox 20, 25, 50 setrumluq və 1 nqultrumluq sikkələrdən istifadə olunur. Nadir hallarda isə 5 və 10 setrumluq sikkələrdən istifadə olunur. Mübadilədə 1, 5, 10, 20, 50, 100, 500 və 1000 nqultrumluq əsginaslar üstünlük təşkil edir. Nqultrumun məzənnəsi Hindistan rupisi ilə əlaqəlidir. == Sikkələr == == Əsginaslar == 2014-cü ildə yeni nümunənin 1 və 10 nqultrumluq əsginasları buraxılmışdır.
Butan tarixi
Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur. Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.
Butan əhalisi
Butan hakimiyyətinin rəsmi saytına görə ölkədə 683 407 nəfər yaşayır (2008—2009). The World Factbooka görə ölkə əhalisi 699 847 nəfərdir. == Milli tərkibi == Ölkənin əsas əhalisi bhotiyalar, yaxud butanlılardır: şarçoplar (26%; 2005), yaxud şərqi butanlılar; dzonq-ke dilində danışan bhotiyaların özləri, yaxud mərkəzi butanlılar (23%); bumtanqpalar, yaxud kebumtamplar, qərbi butanlılar (6%). Digər Tibet-Birma xalqları: khenqlər (8%), dakpalar (6%), matpalar (4%), dzalalar (3%), qurunqlar (3%), lepçalar (2%), kurteoplar (2%), nyempalar (2%), nepallılar (0,5%). Əhalinin 8%-ini Hindistandan gəlmələr təşkil edir, onların da 6%-i assamlılardır. == Təbi artım == Əhalinin ortaillik artımı 2,1%-dir, 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir (2005). Fertillik göstəricisi 1 qadına 4,8 uşaqdır. == Yaş tərkibi == Əhalinin yaş tərkibi: 14 yaşadək – 39,1%, 15 yaşdan 64 yaşadək – 56,9%, 65 yaşdan yuxarı – 4%. Əhalinin orta yaş həddi 20,3 ildir.
Butik otel
Butik otel (kiçik mehmanxana) - otaq sayısı 10 ilə 100 arasında olan kiçik mehmanxanalar üçün Şimali Amerika və Birləşmiş Krallıqda işlədilən termindir. Xüsusilə, son illərdə, olduqca məşhur olan, bir çox insan tərəfindən seçilən və hər keçən gün sayları artan, butik otellər, həm 5 ulduzlu otellərdən, həm istirahət yerlerindən, pansion və həm də motellərdən, fərqli bir anlayışa malikdir. Butik otellərdə, otaq sayısı azdır, 5 ulduzlu otellərdə, ya da istirahət yerlərindəki kimi, yüzlərlə otağı olmur. Belə otellər kiçik olmalarına baxmayaraq hər bir şəraitə malik olurlar və keyfiyyətli xidmət göstərirlər. Bu otellər, qonaqlarına lüks və bənzərsiz, unikal bir yaşayış mühiti təqdim etməyi hədəfləyən, müəssisələrdir. Butik otelləri, digər böyük otellərdən fərqli edən, ünsürlər: lüks və fərdi yaşayış, xidmət və xüsusi fəaliyyət imkanı təmin etmələridir. Buna görə, butik otellər: struktur xüsusiyyəti, memarlıq layihələndirilməsi, mebel, dekorasiya, bəzək və istifadə materialları ilə xarakterizə olunan, orijinallığı ərz edən, müəssisə və xidmət cəhətdən üstün standart və yüksək keyfiyyətdə, təcrübəli, mövzusunda təhsilli işçi heyəti və ya təlim keçmiş kadr ilə, şəxsə xüsusi xidmət verilən müəssisələrdir. == Tarixi == Butik qonaqlama sektorunun, ortaya çıxışı, yaranması və sürətlə artmasının səbəbləri, bir-birini dəstəkləyən xüsusiyyətdə, iki fərqli fikirlə, açıqlanmaqdadır. Bunlardan ilki, zəncir otellərin yayılması, yerləşmənin sistematik olaraq, standartlaşdırılması, müştərilərin daha xüsusi, orijinal və yaradıcı xarakterə sahib olmasını, yerləşmə xidmətlərinə yönəlməsini təmin etmişdir. Digər fikir isə, cəmiyyətlərin sosial, ictimai və mədəni inkişafına, əsaslanır.
Buyin (Sultaniyə)
Buyin (fars. بوئين,‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,226 nəfər yaşayır (326 ailə).
Putin — xuylo!
«Putin — xuylo!» (ukr. Пу́тін — хуйло́) — Rusiya Federasiyasının Prezidenti Vladimir Putini ələ salan ukraynca və rusca mahnı-şüar. İlk dəfə 30 mart 2014-cü ildə Ukraynanın "Metallist" və "Şaxtyor" futbol klublarının radikal azarkeşləri tərəfindən ifa olunub. 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində geniş yayılmış və müxtəlif variasiyaları yaranmışdır. İfadə Vladimir Putin siyasətinin həm Ukraynadakı, həm də onun hüdudları xaricindəki əleyhdarları arasında populyarlıq qazanıb. == İstinadlar == == Ədəbiyyat == Mutterlandpop. Lokale Markierung und Entgrenzung musikalischer. Darbietungen auf ukrainischen Feiertagen (PDF) // Speaking in Tongues: Pop lokal global. Beiträge zur Popularmusikforschung, Vol. 42.
Vladimir Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). == Həyatı == Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. === Ailəsi === 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
İvan Bunin
İvan Alekseyeviç Bunin (rus. Иван Алeксeeвич Бунин; 22 oktyabr 1870, Voronej, Rusiya imperiyası – 8 noyabr 1953[…], Parisin XVI dairəsi[d], Fransa) — rus yazıçı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1909), Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısı (1933). == Həyatı == İvan Alekseyeviç Bunin Nobel mükafatına layiq görülən ilk rus yazıçısıdır. Mərkəzi Rusiyada, Voronej yaxınlığında doğulmuşdu. Atası kökləri XIV əsr Litva cəngavərlərinə gedib çıxan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə etdiklərindən Buninlər demək olar ki, tam müflis vəziyyətə düşmüşdülər. Gələcək yazıçı ilk təhsilini evdə almış, 11 yaşında isə Yeletsk gimnaziyasında oxumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraxmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi.
Bumın xaqan
Bumın xaqan (490 – 552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı. == Həyatı == Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur. 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi. == Xaqanlığa gəlişi == 551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi.