Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Butterfly
Butterfly (ing. Kəpənək) — L'Arc~en~Ciel qrupunun albomu. O, 2012-ci ilin fevralın 8-də çıxmış, sonra isə P'unk~en~Ciel adlı L'Arc~en~Ciel qrupunun alter eqo qrupun P'unk Is Not Dead albomu ilə birlikdə satılırdı.
To Pimp a Butterfly
To Pimp a Butterfly — ABŞ repçisi Kendrik Lamarın üçüncü studiya albomu. 15 mart 2015-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. == Məzmun == Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Madam Batterflay
Madam Batterflay (it. Madama Butterfly) — Cakomo Puççininin 3 səhnədən ibarət 2 pərdəli David Belaskonun “Geyşa” əsəri əsnasında librettosu İllika Luici, Cüzeppe Cakoza tərəfindən yazılmış operası. Opera premyerası 17 fevral, 1904 cü ildə Milanın La Skala səhnəsində oynanılmışdır. == Personajlar == == I Pərdə == ABŞ HDD zabiti leytenant Franklin Bencamin Pinkerton Batterflay kimi tanınan Ço-Ço-San adlı bir geyşaya vurulur. Dəllal Qore Naqasaki ətrafındakı bir təpə üzərindəki evi Pinkertona göstərir. Pinkerton bu evdə Batterflay ilə bal ayı keçirməyi qərara alır. Dəllal Qore zabitə Sudzuki və digər qulluqçuları təqdim edir. Toya hazırlıq başlanır. Mərasimə pinkertonun tanışı amerika konsulu Şarpless təşrif gətirir. Onların aralarındakı söhbətdən belə məlum olur ki, Pinkerton bu hərəkəti ilə utancverici bir məqsəd güdür.
Star Batterflay
Star Batterflay — "Star şər qüvvələrə qarşı" cizgi serialının baş qəhrəmanı. İden Şer tərəfindən səsləndirilib. O, Myuni dünyasının gənc şahzadəsidir. Serialın başlanğıcında valideynləri tərəfindən yer kürəsinə göndərlimişdir. == Görünüşü == Star 157 boyunda 15 yaşlı gənc qızdır. Onun ağ dərisi, mavi gözləri və dizlərinə qədər uzanan uzun sarı saçları var. Onun yanaqlarında adətən çəhrayı ürək emblemləri var.