Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cüməli
Cüməli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Cüməli (Zəncan) — İranın Zəncan ostanında kənd.
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Aşağı Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === Gözəlov Xalid Həsən oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mahmudov Cavid Hilal oğlu (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı.
Cüməli (Xudabəndə)
Cüməli (fars. جمعه لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (24 ailə).
Cüməli (Zəncan)
Cüməli — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 41 km qərbdədir.
Yuxarı Cürəli
Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir. == Əhalisi == === Tanınmış şəxsləri === Əlikram Bayramov — müğənni. === Şəhidləri === Nəcəfli Sadiq Nüsrət oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Aşağı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şeyx Cühənna oğlu
Şeyx Cühənna oğlu (?-?) — Memar. Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Adı Оrdubad bölgəsinin Azad kəndinin cənub-şərq tərəfindəki minarənin üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil оlmuşdur. Hazırda həmin türbə yarımuçuq vəziyyətdə mövcud оlsa da, üzərindəki kitabə qalmamışdır. Kufi xətlə yazılmış kitabəni XIX yüzilliyin оrtalarında tədqiq edən rus şərqşünası və diplоmatı N.V.Xanıkоvun yazdığına görə оrada "Bənna Şeyx Cühənna оğlu Naxçıvaninin əməlidir" – sözləri yazılıbmış. Kitabədə tarix qalmasa da, N.V.Xanıkоv оnu yazıldığı xəttin paleоqrafiya xüsusiyyətlərinə əsasən hicri qəməri təqvimi ilə VI (miladi XII) yüzilliyə aid etmişdir. Ancaq memarlıq-kоnstruktiv qurluşuna və digər abidələrlə müqayisəyə əsasən türbəni XV əsrə aid etmək оlar == İstinadlar == == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 439.
Cunila
Cunila (lat. Cunila) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Cunila:The Plant List saytında takson barədə məlumat.
Tudela
Tudela — İspaniyanın Navarra bölgəsində yerləşən kiçik şəhər. Əsası 802-ci ildə qoyulmuşdur.
Cunila mariana
Cunila mariana (lat. Cunila mariana) — dalamazkimilər fəsiləsinin cunila cinsinə aid bitki növü.
Litsea cubeba
Litsea cubeba (lat. Litsea cubeba) — dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü.
Spilornis cheela
Adi kəkilli ilanyeyən (lat. Spilornis cheela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Sümela monastrı
Sümela monastırı — Trabzon ilinin Maçka ilçəsinin Altındərə kəndi sərhədləri içərisində yerləşən (Antik Yunanca adı: Panagia) dərənin qərb yamaclarında olan Qara (Antik Yunanca adı: Mela) təpəsi üzərində dəniz səviyyəsindən 1.150 metr yüksəklikdəki qədim Rum Pravoslav monastır və kilsə kompleksidir. Tam adı Panagia Sumela (Παναγία Σουμελά) və ya Theotokos Sumeladır. == Tarixi == Kilsənin eramızın 365–395-ci illər arasında inşa edildiyi güman edilir. Anadoluda tez-tez təsadüf edilən Kappadokiya kilsələri üslubunda tikilibdir. Hətta Trabzonda Yəhudi məzarlığı ərazisində bənzər bir mağara kilsəsi də var. Kilsənin ilk təşkilatı ilə monastır halına çevrilmə arasındakı min illik dövr haqqında çox məlumat bilinmir. Qara dəniz Yunanları arasında danışılan bir əfsanəyə görə Afinalı Barnabas ilə Sophronios adlı iki rahib eyni yuxu görüblər. Yuxularında İsanın şagirdlərindən Aziz Lukaın düzəltdiyi üç Panagia ikonasında Məryəmin körpə İsanı qollarında tutduğu təsvirin olduğu yer olaraq Sümelanın yerini görmüşdülər. Beləliklə bir-birindən xəbərsiz olaraq dəniz yolu ilə Trabzona gəlib, orada qarşılaşıb gördükləri yuxuları bir-birilərinə danışmış və ilk kilsənin əsasını qoymuşdular. Bununla yanaşı monastırdakı fresk-lərdə tez-tez yer alıb, xüsusi əhəmiyyət verilən Trabzon İmperatoru III Aleksiosun (1349–1390) monastrın həqiqi qurucusu olduğu güman edilir.
Çüməlan (Soyuqbulaq)
Çüməlan (fars. چوملان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (31 ailə).
Cela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Duhla zirvəsi
Duhla zirvəsi (bolq. връх Духла, ‘Vrah Duhla’ \'vr&h 'duh-la\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 900 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Duhla mağarasının adını daşıyır. == Yerləşməsi == Duhla zirvəsi 64°52′15″ c. e. 61°52′01″ q. u. koordinatlarında yerləşmişdir.
Çehel Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Cehel Amiran (Bicar)
Cehel Amiran (fars. چهل اميران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Çəhəl Sütun Sarayı
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Hela (komiks)
Hela – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li və Cek Körbidir. Hela Asqardda Ölüm ilahəsi kimi tanınır. Personaj German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Komikslərin Gümüş dövründə debüt edən Hela ilk dəfə "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) görünmüşdür. Hela personajı Marvel Kinematoqrafiya Kainatında Keyt Blanşett tərəfindən canlandırılmışdır: "Tor: Raqnarök" (2017). == Nəşrolunma tarixi == Hela personajı German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Yaradıcıları Sten Li və Cek Körbidir. "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) debüt etmişdir. == Bioqrafiya == Hela buz nəhənglərinin ölkəsi olan Yotunhaymda Anqrboda və Lokinin qızı kimi anadan olur (buradakı Loki Torun qardaşı olan Loki deyil, onun başqa bir reinkarnasiyasıdır).
Çula xaqan
Çula xaqan (VI əsr – 620, Ordu-Balıq, Arxanqay) — Şərqi Göytürklərin üçüncü xaqanı. == Hakimiyyəti == Çula xaqan qardaşından sonra taxta keçmişdi. Onun dövründə Çində vətəndaş müharibəsi davam edirdi. O son Suy imperatriçasına sadiq qüvvələri Tan sülaləsinə qarşı müdafiə edirdi. Nazirləri hər nə qədər ona müharibədən qaçınmalarını məsləhət görsə də xaqan bunu Suy sülaləsinə olan borcu kimi izah edirdi. Əslində isə Göytürklər Çini bacardıqları qədər qarışdırmaq istəyirdi. Xaqan elə bir il hakimiyyət edəndən sonra xəstəlikdən öldü. == Ailəsi == Şahzadə Yiçenqlə evlənmişdir. Oğulları: Aoşe şad (奧射設) Aşina Momo (阿史那摸末, 607 - 649) - Yuşe şad (郁射設) titulu almışdı. Li (李氏) klanından biri ilə evlənmişdi.
Cehel Amiran (Cəng Almaz)
Cehel Amiran (fars. ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Çəhəl Sütun Sarayı (Qəzvin)
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə Qəzvində inşa olunan saray. Saray gözəl xəttatlıq nümunələri ilə bəzədildiyi üçün hazırda burada Xəttatlıq muzeyi fəaliyyət göstərir.. == Tarixi == Saray şəhərin mərkəzində Azadi meydanı ilə üzbəüz yerləşir. Bu saray paytaxtı Qəzvinə köçürən ikinci səfəvi şahı Təhmasibin dövründə tikilib. Sarayın vaxtilə şiş uclu damı olduğuna görə papağa bənzəyirdi və bu saray insanlar arasında "firəng papağı" kimi də tanınır. Saray arkada ilə əhatələnib. Arkadaya hər tərəfdən portallar vasitəsilə daxil olmaq olar. Yuxarı mərtəbə qalereya ilə əhatələnib və dama 32 sidr ağacından düzəlmiş sütunlardan dayaq verilib. Deyilənə görə Təhmasib şah rəssamlıq və xəttatlıqla məşğul olurdu.