ƏLAN

zərf [ ər. ]
1. Bu an, indi, hala.
Ürəfa məskəni olan Şirvan; Cühəla xabgahıdır əlan. M.Ə.Sabir.
[Şeyx Hadi:] Mən də yoldaşlarımla bir yandan; Hində əzm etmək üzrəyəm əlan. H.Cavid.

2. Hələ də, indiki halda. Əlan buradadır, getməmişdir.
– Mədənlər yavrusu cəsur bir insan; Yerindən sıçrayıb danışır əlan. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLAN əlan bax indi(cə)
ƏLAMƏTDARLIQ
ƏLAVƏ

Digər lüğətlərdə