Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cunqan
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,660 nəfər və 3,437 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Rəqqan
Rəqqan və ya Zaviyyət-Rəqqan (ərəb. رقان‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin inzibati mərkəzidir. == Tarixi == Fransa müstəmləkəçiliyi dövründə şəhərin cənub ətraflarında dörd nüvə silahı sınağı (1960-cı ildə üç, 1961-ci ildə bir) həyata keçirilmişdir. İlk dəfə 13 fevral 1960-cı ildə fransızlar tərəfindən 70 kiloton trotil tutumu olan "Mavi ərəbdovşanı" kod adlı nüvə partlayışı həyata keçirmişdir. == İqlimi == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 7 mm). Orta illik temperatur 26,7 °C-dir. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 21,723 nəfər idi. Əhalinin 51,24%-i kişilərdən, müvafiq olaraq 48,76%-i qadınlardan ibarət idi.
Covqan (Marağa)
Covqan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Caharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 21 km şimal-şərqdədir.
Canet Caqan
Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. == Həyatı == Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur). == Fəaliyyəti == 1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur.
Jıqan ulusu
Jıqan ulusu (saxa Эдьигээн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Jıqansk kəndidir. == Coğrafiyası == Sahəsi - 140,2 min km²-dir. Saxanın şimalında yerləşir. Şimaldan Bulun ulusu ilə, şərqdən Even-Bıtantay, cənub-şərqdən Kobyay, cənub-qərbdən Vilyoy və qərbdən Olenok ulusları ilə həmsərhəddir. === Təbii şərait === Ulus Mərkəzi Yakut yaylasında, Verxoyansk silsiləsinin ətəklərində yerləşir. Ulus Lena çayını cənubdan şimala keçir. Lenanın çoxsaylı qolları ulus ərazisindən axır - Linde, Muna. Yanvar ayının orta temperaturu −36 ... −40 ° C, iyul + 14 ...
Çeddi Caqan
Çeddi Berret Caqan [22.3.1918, Britaniya Qvianası (indiki Qayana), Port-Murant – 6.3.1997, Vaşinqton] — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. == Həyatı == ABŞ-dakı Hovard (1936–38), Şimal-Qərbi (1938–42) universitetlərində və Gənc Xristianlar Assosiasiyasının Mərkəzi kollecində (1938–42) təhsil almışdır. 1943–45-ci illərdə Corctaunda stomatoloq işləmiş, zəhmətkeşlərin hüquqları uğrunda hərəkata qoşulmuşdur. Siyasi hərəkət komitəsinin (1946) təsisçilərindən biridir. == Fəaliyyəti == 1945–47-ci illərdə Britaniya Qvianasının ağdərili olmayan əhalisinin ittifaqının sədri, 1947–53-cü illərdə Qanunverici şuranın üzvü olmuşdur. 1950-ci ildə arvadı Canet Caqanla birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir; 1970-ci ildən MXP-nin baş katibi idi. 1953-cü ildən Ümumdünya Sülh Şurasının, 1969-cu ildən Şuranın Rəyasət Heyətinin üzvü ol muşdur. 1953 və 1957–64-cü illərdə baş nazir, eyni zamanda 1953-cü ildən kənd təsərrüfatı, sonra isə torpaq sahələri və mineral ehtiyatları naziri, 1957–61-ci illərdə ticarət və sənaye naziri, 1961–64 illərdə inkişaf və planlaşdırma naziri işləmişdir. Sol müxalifətin dəyişilməz lideri, Milli assambleyanın deputatı (1964–73, 1976–92) idi. 1992-ci ilin oktyabrından Qayananın prezidenti olmuşdur.
Birgan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Calğan
Aşağı Calğan
Cocğan
Çoçkan (erm. Ճոճկան), Çöçkən — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Çoçkan bələdiyyəsi"ni (erm. Ճոճկան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.559 nəfərdir.
Cəngan
Cəngan (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəngan (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Cəngan (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Cəngan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd.Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Çadgan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Çanqan
Çanqan (çin. 长安, Cháng'ān, Sabit Sülh) ― Çinin Sian şəhərinin tarixi adı. Şəhər Yanşao mədəniyyəti dövründə salınmışdır. E.ə. IX əsrdən bəri 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. == Tarixi == Şəhərin şimalında, Çin imperatoru Sin Şi Xuandi tərəfindən tikilmiş bir kurqan və böyük bir məqbərə var. Tan sülaləsi dövründə şəhərin ərazisi daha da genişləndi. Bəzi şəhərətrafı ərazilər də şəhər ərazisinə daxil edilmişdir. Suy sülaləsi və Tan paytaxtı olan Çanqan Min sülaləsi dövründə səkkiz dəfə böyüyüb. Bu artımla Çanqan dünyanın ən böyük və ən sıx şəhərlərindən birinə çevrildi.
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsi ilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. == Xüsusiyyətləri == Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. == Qidalanma == Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Çilyan
Chillán - Çili şəhəri. Ərazisi 511 km². Əhalisi 161.953 nəfərdir. (2002).
Çovqan
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir."Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir.
Çığırğan
Çığırğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çığırğan sözünün kökü Kür çayının qarşı tərəfindəki insanlara çığıraraq səslənən sakinlərə verilən ad.
Kamu və Covqan
Kamu və Covgan (2013-cü ilə qədər Çövşiqan və Kamu) – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,477 nəfər və 1,730 ailədən ibarət idi.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Çağan
Birinci Çağan
Çoğan
Çoğan (lat. Gypsophila) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == İkirəng çoğan (Gypsophila bicolor (Freyn et Sint.) Grossh.) Başcıqlı çoğan (Gypsophila capitata Bieb.) Daur çoğanı (Gypsophila davurica Turcz.
Cigna
Cigna korporasiyası — Şimali Amerika Sığorta Şirkətinin ana korporasiyası. == Tarixi == Cigna 1982-ci ildə Connecticut General Life Insurance Company (CG) və INA Corporation (Amerikada ilk səhm sığorta şirkəti olan ) birləşməsi nəticəsində yaranmışdır. Şirkətin adı, Cigna, birləşən şirkətlər, CG və INA hərflərinin qarışığıdır. 1871-ci ilin oktyabrında böyük Çikaqo yanğını iki gün ərzin də yandı, 2000 akr ərazini məhv etdi və İllinoys ştatında 100.000 insanı evsiz qoydu. İNA iddiaları tam ödəmək üçün yalnız 51 sığorta şirkətindən (ümumi 202 sığorta şirkətindən) biri olan 650.000 dollar ödəmişdir. 1990-cı illərin sonlarında yerli və beynəlxalq əmlakını və zərərçəkmiş biznesini Bermudada yerləşən ACE Sığorta şirkətinə satmazdan əvvəl Cigna AIG, Allianz və Sürix ilə müqayisə oluna bilən geniş beynəlxalq şəbəkəyə malik şirkətlər sırasında idi. Satışın arxasında duran strategiya əsas biznes üzərində cəmləşmək idi. O zamanlar Bermuda və Lloyds sığorta bazarının əsas oyunçusu olan ACE, digər tərəfdən, ənənəvi sığorta bazarında beynəlxalq şəbəkənin genişləndirilməsində maraqlı idi. Cigna 1997-ci ildə həyat sığortası əməliyyatlarının əksəriyyətini Lincoln National Corporation -a satdı. 2002-ci ildə o, gəlirlərin manipulyasiyası üçün Qiymətli Kağızlar Birjası Qanununu pozduğu iddia edildi.
Adi çaqqal
Adi çaqqal (lat. Canis aureus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == Əsasən iki yarımnövə ayrılır. Aralıq Dənizi və Cənubi Avropada (bura həmçinin Qafqaz və Dağıstandada yaşayanlar da aiddir) yaşayan çaqqallar Canis aureus maeoticus yarımnövünə aid hesab olunur. Yaşayış arealın şərq hissəsində (Hindistan, Orta Asiya, İran) yaşayanlar isə tipik Canis aureus aureus yarımnövünə aid hesab edilir. Bunlardan başqa adi çaqqalın Şimali Afrikada yaşayan və sayı az olan bir neçə yarımnövü də var: Canis aureus algirensis Canis aureus anthus Canis aureus bea Canis aureus lupaster Canis aureus maroccanus Canis aureus riparius Canis aureus soudanicusLakin adi çaqqalın bu cür təsnifatı ilə bütün zooloqlar razılaşmır.
Aşağı Calğan
Aşağı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,139 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi müsəlmanlardan ibarətdir.
Böyük Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Böyük Ermənistan – e.ə. 55, Böyük Ermənistan) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
Calğan dağı
Calğan dağı (Calğan-Tau, Calğan-Dağ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd rayonu ərazisində yerləşir. Hündürlüyü 585 metrdir. == Coğrafi yerləşmə == Dağ Dağıstan Öndağlığı ilə dəniz kənarı ovalıq arasında qərarlaşır. Dağdan aşağıda Dərbənd şəhəri yerləşir. == Geologi quruluşu == Calğan-Mekax antiklinalına daxildir. Üst-Miosen suxurları üstünlük təşkil edir. == Bitki örtüyü == Dağın ətəklərindən yarımsəhra lanşaftının birdən meşə lanşaftına keçməsini müşahidə etmək olur. Bu isə zirvəuə doğru yağıntının miqdarının artması ilə əlaqədardır (Dərbənd — 171 mm, Calğan — 262 mm). Burada palıd, heyva və digər bitkilər meşə əmələ gətirir.
Cilian Eyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Ciloan Hamad
Ciloan Hamad (isv. Jiloan Hamad; 6 noyabr 1990, Bakı) — İsveç millisinin və "Hammarbü" FK-nın futbolçusu. == Həyatı == Milliyyətcə kürd olan Ciloan Hamad 6 noyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun ailəsi Bakıya İraqın Ranya şəhərindən gəlmişdir. Onun atası Mohammed Hamad, 15 il idi ki, kürd peşmərgəsində döyüşürdü; həyat yoldaşı və uşaqları ilə birlikdə İraqdan qaçmışdır. Ailəsi sonra Türkmənistanda, daha sonra isə Rusiyada qaçqın statusu almışdır. 1992-ci ildə iki yaşındaykən qaçqın kimi İsveçdə məskunlaşmışlar.
Cəngan (Neftçala)
Cəngan — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir.